Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1336/2023 30.12.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Balacayev Elməddin Xudan oğlunun katibliyi, İmişli RPŞ DYPB-nin inspektoru polis leytenantı X4 və barəsində inzibati icraat aparılan şəxs X1 iştirkı ilə, AR DİN İmişli RPŞ DYPB-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarından ( İXP 5542342) X5 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: AR DİN İmişli RPŞ DYPB-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarı ilə ( İXP 5542342) X5 AR İXM-nin 327.1-ci maddəsi ilə 40,0 manat cərimə olunmuşdur. Barəsində qərar qəbul edilmiş şəxs həmin qərardan məhkəməyə şikayət edib qeyd olunan qərarların ləğv edilməsini xahiş etmişdir. X5 göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə, saat 16-30 radələrində o, idarə etdiyi “VAZ 21074 minik” markalı ** MG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə İmişli şəhəri, L.Vəliyev küçəsi ilə hərəkətdə olarkən P.Həsənov küçəsi ilə kəsişmədə qoyulmuş işıqforun qırmızı işığında dayanmış və yaşıl işığın yanması ilə hərəkəti davam etdirərkən P.Həsənov küçəsi ilə hərəkətdə olan “Mersedes Benz 220 E CDİ minik” markalı ** FS *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. Hadisə nəticəsində hər iki avtomobil zədələnmiş və onun idarə etdiyi avtomobildə sərnişin olan X2 xəsarət almışdır. Yol nəqliyyat hadisəsi “Mersedes Benz 220 E CDİ minik” markalı ** FS *** dövlət nömrə nişanlı avtomobili idarə edən şəxsin işıqforun qırmızı işığında hərəkəti davam etdirməsi səbəbindən baş vermişdir. Barəsində olan «inzibati xəta haqqında» xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolda səhvən hadisənin xx.xx.2023-cü il tarixdə baş verdiyi göstərilmiş və hadisə araşdırılmadan barəsində «inzibati tənbeh vermə haqqında» xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərar qəbul edilmişdir. Ona görə də, barəsində olan xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli “inzibati xəta haqqında” elektron potokol qanunsuz hesab edilməli və AR DİN İmişli RPŞ DYPB-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarı ləğv edilməlidir. İmişli RPŞ DYPB-nin inspektoru polis leytenantı X4 göstərmişdir ki, X5 xx.xx.2023-cü il tarixdə, saat 16- 30 radələrində idarə etdiyi “VAZ 21074 minik” markalı ** MG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə İmişli şəhəri, L.Vəliyev küçəsi ilə hərəkətdə olarkən P.Həsənov küçəsi ilə kəsişmədə qoyulmuş işıqforun qırmızı işığınımn söndüyünü görmüş və hərəkət üstünlüyünün onda olduğunu zənn edib hərəkəti davam etdirərək P.Həsənov küçəsi ilə işıqforun yaşıl işığında hərəkətdə olan “Mersedes Benz 220 E CDİ minik” markalı ** FS *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. İmişli şəhəri, L.Vəliyev küçəsində “dayan” nişanı qoyulduğu halda P.Həsənov küçəsində həmin işarə olmamışdır. X5 həmin yol nişanı tələbinə əməl etməmişdir.Baş vermiş yol nəqliyyat hadisəsi İmişli RPŞ TB tərəfindən təkrarən araşdırılmış və X1 təqsiri sübuta yetirildiyi üçün barəsində «inzibati tənbeh vermə haqqında» qərar qəbul edilmişdir. Ona görə də, AR DİN İmişli RPŞ DYPB-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında” xx.xx.2022-ci il tarixli TP ******* nömrəli qərarı qanuni hesab edilməlidir. İşdə olan «inzibati xəta haqqında» xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli protokolunun surətinə əsasən X5 xx.xx.2023-cü il tarixdə, saat 16-45 radələrində idarə etdiyi “VAZ 21074 minik” markalı ** MG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə İmişli şəhəri, L.Vəliyev küçəsi ilə P.Həsənov küçəsinin kəsişmədə hərəkətdə olarkən yol hərəkəti qaydalarını pozaraq AR İXM-nin 327.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir. İşdə olan İmişli RPŞ TB-nin xx.xx.2023-cü il tarixli MK-1/1077 saylı qərarının surətinə əsasən X5 xx.xx.2023-cü il tarixdə, saat 16-30 radələrində idarə etdiyi “VAZ 21074 minik” markalı ** MG *** dövlət nömrə nişanlı nəqliyyat vasitəsi ilə İmişli şəhəri, L.Vəliyev küçəsi ilə hərəkətdə olarkən P.Həsənov küçəsi ilə kəsişmədə qoyulmuş işıqforun qırmızı işığınımn söndüyünü görmüş və hərəkət üstünlüyünün onda olduğunu zənn edib hərəkəti davam etdirərək P.Həsənov küçəsi ilə işıqforun yaşıl işığında hərəkətdə olan “Mersedes Benz 220 E CDİ minik” markalı ** FS *** dövlət nömrə nişanlı avtomobillə toqquşmuşdur. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə, nəqliyyat vasitələrindən bayıra hər hansı əşyanın atılmasına görə inzibati məsuliyyət nəzərdə tutmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, səlahiyyətli orqan X3 AR İXM-nin 327.1-ci maddəsi ilə təqsirli bilərək inzibati qaydada tənbeh etməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin olunmasın. AR DİN İmişli RPŞ DYPB-nin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarı( İXP 5542342) qanuni hesab edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(036)-1336/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1336/2023
30.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver