Məhkəmə qərarları › İş №3(036)-1362/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-1362/2025

21.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-1362/2025 21.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızı, Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara baxaraq, MÜƏYYƏNETDİ: İmişli rayon polis şöbəsi tərəfindən tərtib edilmiş Şəxs baəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilərək Beyləqan Rayon Məhkəməsinə göndərilmişdir. Beyləqan Rayon Məhkəməsinin 01 avqust 2025-ci il tarixli 3(020)-522/2025 saylı qərardadına əsasən iş aidiyyəti üzrə baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmişdir. Həmin qərardadda işin aidiyyəti üzrə göndərilməsinin əsası kimi Azərbaycan Respublikasının İXM-nin 529.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilmə yerinin İmişli-Saatlı yolunda baş verməsi və inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılmalı olması, işə yaşayış yeri üzrə baxılması barədə vəsatətin olmaması göstərilmişdir. İşdən müəyyən edilir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparlan şəxsin qeydiyyat yeri (yaşayış yeri) Beyləqan rayonu, Mil qəsəbə ərazi dairəsi, Mil qəsəbəsi ünvanıdır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta hərəkətsizliklə törədilən inzibati xəta hesab edilir və onun törədilmə yeri şəxsin yaşayış yeri hesab edilir. Şəxsin yaşayış yeri isə onun qeydiyyatda olduğu ünvan hesab edilir. Belə ki, “Yaşayış yeri və olduğu yer qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinə əsasən yaşayış yerini müəyyən edən sənəd Azərbaycan Respublikası vətəndaşı barədə - yalnız Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsidir. Şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün ondan əlavə hər hansı digər sənəd (arayış) tələb edilə bilməz. Həmin Məcəllənin 110.1-ci maddəsinə əsasən inzibati xəta haqqında işə onun törədildiyi yerdə baxılır. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin vəsatətinə əsasən inzibati xəta haqqında işə onun yaşadığı yer üzrə baxıla bilər. Nəzərə alsaq ki, Şəxs qeyd olunan inzibati xətanı üzərinə düşən öhdəliyi qeydiyyat (yaşayış) ünvanında müvafiq tədbir görməməklə (yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətaya görə tətbiq edilmiş inzibati cəriməni qərar qüvvəyə mindiyi vaxtdan 03 ay müddətə ödəməməklə) hərəkətsizliyə yol vermişdir, belə olan halda, inzibati xəta hadisəsi şəxsin qeydiyyat yerində (yaşayış yerində) baş vermişdir. Qeyd olunmalıdır ki, inzibati xətanın törədilmə yeri Şəxs qeydiyyat yeridir. Ona görə də məhkəmə hesab edir ki, inzibati xəta haqqında işə aidiyyəti üzrə Beyləqan Rayon Məhkəməsində baxılmalıdır. Göründüyü kimi işin məhkəmə aidiyyətinin müəyyən edilməsi məsələsində fikir ayrılığı yaranır. Yuxarıda qeyd edilən hallara Beyləqan Rayon Məhkəməsinin qərardadında qiymət verilmədiyindən, məhkəmənin qərardadındakı həmin mövqe ilə razılaşmaq olmaz. Buna görə də həmin hallar fikir ayrılığının yaranmasına səbəb olur. Bu fikir ayrılığı qərarın qanuniliyinə və əsaslılığına hüquqi qiymət vermə kimi qəbul edilə bilməz. Yaranmış fikir ayrılığına hüquqi qiymət vermə apellyasiya məhkəməsinin səlahiyyətlərinə aid edilmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 118, 106.0.1-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Beyləqan Rayon Məhkəməsindən daxil olmuş Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 529.3-cü maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallar işin ərazi aidiyyətinin müəyyən edilməsində yaranmış fikir ayrılığının həll edilməsi üçün Şirvan Apellyasiya Məhkəməsinə göndərilsin. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar