Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-1379/2023 26.12.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, xx.xx.1990-cı ildə anadan olmuş, AR vətəndaşı, İmişli, Mürsəlli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2023-cü il tarixli EQ ********) tərtib edilmişdir ki, o, “HYUNDAİ İ 30 Minik” markalı ** FF *** dövlət nömrə nişanlı avtomaşını xx.xx.2023-cü il tarixdə, saat 14-52 radələrində Bakı-Qazax yolu 29.5 km Qazax ist. ərazidə idarə edərkən yolda müəyyən edilmiş hərəkət sürətini 21-40 km/saat həddində aşmağa görə tələbinə əməl etmədiyinə görə AR İXMnin 328.2-ci maddəsi ilə 50,0 manat cərimə olunması haqqında xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarı qüvvəyə mindiyi gündən üç ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra etməmişdir. Aşağıda göstərilənlərə əsasən Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol (xx.xx.2023-cü il tarixli EQ ********) geri qaytarılmalıdır. AR İXM-nin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xəta törətməsinə görə inzibati tənbeh etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş qaydada verildiyi vaxtdan 20 gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Həmin Məcəllənin 138.1.1-ci maddəsinə əsasən əgər inzibati xəta haqqında iş üzrə qərar əgər şikayət və ya protest verilməmişdirsə, qərardan şikayətin verilməsi müddətinin bitdiyi gün qanuni qüvvəyə minir. Həmin Məcəllənin 529.3-cü maddəsinə əsasən yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətanın törədilməsinə görə inzibati cərimə növündə inzibati tənbeh tətbiq etmə haqqında qərarın qanuni qüvvəyə mindiyi gündən 3 ay müddətində qanunla müəyyən edilmiş əsaslar olmadan icra edilməməsinə görə inzibati məsuliyyət müəyyən edilmişdir. İşdə olan materiallara əsasən İmişli RPŞ DYPB-nin xx.xx.2023-cü il tarixli İXP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarının surətininin Şəxs nə vaxt verildiyii müəyyən edilmədiyindən həmin qərarın nə vaxt qüvvəyə mindiyi və AR İXM-nin 529.3-cü maddəsinin tərkib əlamətini təşkil edən üç aylıq müddətin nə vaxt bitdiyi məlum deyil. Ona görə də, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər geri qaytarılmışdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106 və109-cu maddəsini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 529.3-cü maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş sənədlər İmişli rayon polis şöbəsinə qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(036)-1379/2023
İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-1379/2023
26.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver