Məhkəmə qərarları › İş №3(036)-138/2021

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-138/2021

31.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-138/2021 31.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, Şikayətçi: X4, Səlahiyyətli orqan-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis X12 Polisi Bölməsinin nümayəndəsi: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis X12 X11 patrul xidməti inspektoru, polis baş serjantı X7 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis X12 Polisi Bölməsinin TP ******* saylı, xx xxxxxx 2021-ci il tarixli “İnzibati xəta haqqında” qərarından şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 tərəfindən məhkəməyə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis X12 Polisi Bölməsinin TP ******* saylı, xx xxxxxx 2021-ci il tarixli “İnzibati xəta haqqında” qərarından şikayət daxil olmuşdur. Məhkəmə iclasında X2 izahatında bildirmişdir ki, xx xxxxxx 2021-ci il tarixdə, təxminən saat 10:19 radələrində ona məxsus “QAZ-3110-101” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İmişli-Bəhrəmtəpə yolunda hərəkətdə olan zaman İmişli Rayon Polis X12 X11 patrul xidməti inspektoru, polis baş serjantı X9 ona “saxla” əmri vermişdir. O, “saxla” əmrinə tabe olaraq, idarə etdiyi avtomobili saxlamışdır. Bu zaman İmişli Rayon Polis X12 X11 patrul xidməti inspektoru, polis baş serjantı X9 ona yük daşıma qaydalarını pozmasını bildirmiş və heç bir araşdırma aparmadan qərəzli şəkildə İXP ******* saylı, xx xxxxxx 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokol tərtib etmişdir. Daha sonra isə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis X12 Polisi Bölməsinin TP ******* saylı, xx xxxxxx 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis X12 X11 patrul xidməti inspektoru, polis serjantı X9 tərəfindən məhz qərəzli və qanunsuz olaraq barəsində “İnzibati xəta haqqında” protokol tərtib edilmiş və “İnzibati xəta haqqında” qərar qəbul edilmişdir. Belə ki, o, avtomobili idarə edən yük daşıma qaydalarını pozmamış və yol hərəkəti qaydalarına əməl etmişdir. Bütün bunları nəzərə alaraq, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis X12 Polisi Bölməsinin TP ******* saylı, xx xxxxxx 2021-ci il tarixli “İnzibati xəta haqqında” qərarının ləğv edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməsi xahiş etmişdir. Məhkəmə iclasında səlahiyyətli orqan-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis X12 Polisi Bölməsinin nümayəndəsi X9 izahatında bildirmişdir ki, o, İmişli Rayon Polis X12 X11 patrul xidməti inspektoru vəzifəsində işləyir və polis baş serjantıdır. X5 xx xxxxxx 2021-ci il tarixdə, təxminən saat 10:19 radələrində idarə etdiyi “QAZ-3110-101” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə İmişli-Bəhrəmtəpə yolunda hərəkətdə olan zaman yük daşıma qaydalarını pozduğu üçün ona “saxla” əmri vermişdir. Sürücü “saxla” əmrinə tabe olaraq, idarə etdiyi avtomobili saxlamışdır. Bu zaman müəyyən edilmişdir ki, sürücü X5 yük daşıma qaydalarını pozmaqla, “QAZ-3110- 101” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edir. X3 barəsində İXP ******* saylı, xx xxxxxx 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokol tərtib etmişdir. Daha sonra isə, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis X12 Polisi Bölməsinin TP ******* saylı, xx xxxxxx 2021-ci il tarixli qərarı ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. Hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis X12 Polisi Bölməsinin İXP ******* saylı, xx xxxxxx 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokolu və TP ******* saylı, xx xxxxxx 2021-ci il tarixli qərarı qanuni və əsaslıdır. Bütün bunları nəzərə alaraq, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis X12 Polisi Bölməsinin TP ******* saylı, xx xxxxxx 2021-ci il tarixli “İnzibati xəta haqqında” qərarının ləğv edilməsi haqqında şikayətinin rədd edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş İXP ******* saylı, xx xxxxxx 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokolun surətindən görünür ki, X4 xx xxxxxx 2021-ci il tarixdə, saat 10:19 radələrində İmişli-Bəhrəmtəpə yolunda “QAZ-3110-101” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən zaman Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsi faktı müəyyən edilmişdir. İş materiallarında olan TP ******* saylı, xx xxxxxx 2021-ci il tarixli “İnzibati xəta haqqında” qərarın surətindən görünür ki, X5 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinərək, 40 (qırx) manat məbləğində inzibati cərimə edilmişdir. Məhkəmə şikayətçi-X4 və səlahiyyətli orqan- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis X12 Polisi Bölməsinin nümayəndəsi X7 izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, X1 şikayəti əsaslı olduğu üçün qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis X12 Polisi Bölməsinin TP ******* saylı, xx xxxxxx 2021-ci il tarixli “İnzibati xəta haqqında” qərarı ləğv edilməli və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməlidir. Məhkəmə şikayət ilə bağlı ilk əvvəl onu qeyd edir ki, Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinə əsasən aşkar edilmiş inzibati xəta faktı əsasında inzibati xətanın subyekti, yəni inzibati məsuliyyətə cəlb olunmalı olan fiziki və ya vəzifəli şəxs müəyyən edilməli, inzibati xətanın subyekti olan şəxsin (fiziki və ya vəzifəli şəxs) əməlində inzibati xəta tərkibinin bütün digər əlamətlərinin olub-olmaması məsələsi, eləcə də, inzibati xəta hadisəsinin mövcudluğunu göstərən kifayət qədər hallar araşdırılmalı və əmələ düzgün hüquqi qiymət verilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin müvafiq maddi hüquq normasına düzgün tövsif edilməlidir. Bundan başqa, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis X12 Polisi Bölməsinin İXP ******* saylı, xx xxxxxx 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokolu Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin tələblərinə düzgün əməl edilmədən tərtib edilmişdir. Belə ki, inzibati xəta haqqında protokolun “İnzibati xətanın aşkar edilməsində istifadə olunan xüsusi texniki vasitə...” hissəsində müvafiq qeydlər aparılmamışdır. Bundan başqa, “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə (hüquqi şəxsin nümayəndəsinə), habelə inzibati xəta haqqında iş üzrə icraatın digər iştirakçılarına hüquq və vəzifələrin izah edilməsi...” hissəsində şəxsə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsində nəzərdə tutulmuş hüquq və vəzifələrin izah edilməsi haqqında müvafiq qeyd aparılmamışdır. Bundan başqa, inzibati xəta haqqında protokolun “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin (hüquqi şəxsin nümayəndəsinə) soyadı, adı, atasının adı...” hissəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin soyadı, adı və atasının adı qeyd edilməmişdir. Bundan başqa, inzibati xəta haqqında protokolun “Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsin (hüquqi şəxsin nümayəndəsinin) izahatının məzmunu...” hissəsində barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatı alınaraq, qeyd edilməmişdir. Bundan başqa, “İnzibati xəta haqqında iş üzrə zəruri olan digər məlumatlar...” hissəsində iş üzrə əhəmiyyət kəsb edən digər məlumatların araşıdırılıb-araşdırılmaması və ya olub-olmaması barədə qeydlər öz əksini tapmamışdır. Bununla yanaşı, TP ******* saylı, xx xxxxxx 2021-ci il tarixli “İnzibati xəta haqqında” qərar qəbul edilən zaman X1 iştirakının təmin edilib-edilməməsi, eləcə də, bu qərarın ona göndərilib-göndərilməməsi iş materialları ilə müəyyən edilməmişdir. Beləliklə, məhkəmə hesab edir ki, səlahiyyətli orqan-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis X12 X11 patrul xidməti inspektoru, polis baş serjantı X9 tərəfindən inzibati məsuliyyətə cəlb olunmalı olan, yəni inzibati xətanın subyekti olan şəxsin (fiziki və ya vəzifəli şəxs) əməlində inzibati xəta tərkibinin bütün digər əlamətlərinin daşıyıb-daşımaması məsələsi araşdırılmamış, ümumiyyətlə, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmadan əmələ hüquqi qiymət verilmiş və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin tələbləri işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 75.0-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə aşağıdakılar müəyyən edilməlidir: 75.0.1. inzibati xəta hadisəsi (inzibati xəta törədilmişdirmi); 75.0.2. inzibati xəta törətmiş şəxs; 75.0.3. inzibati xəta törətməkdə şəxsin təqsiri; 75.0.4. inzibati məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar; 75.0.5. inzibati xəta nəticəsində vurulan zərərin xarakteri və miqdarı; 75.0.6. inzibati xətalar haqqında işlər üzrə icraatı rədd edən hallar; 75.0.7. işin düzgün həlli üçün əhəmiyyətli olan digər hallar, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəblər və şərait. Həmin Məcəllənin 100.5-ci maddəsinə əsasən protokol ciddi hesabat sənədi olmaqla, nömrələnmiş blanklarda tərtib olunur. Protokolun forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Həmin Məcəllənin 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Həmin Məcəllənin 135.1.6-ci maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə və qanunvericilik aktı normalarına əsasən hesab edir ki, şikayət qismən təmin edilməli, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis X12 Polisi Bölməsinin TP ******* saylı, xx xxxxxx 2021-ci il tarixli “İnzibati xəta haqqında” qərarı ləğv edilməli, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən edilmiş tələblər işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulduğu üçün, eləcə də, səlahiyyətli orqanın gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılması məqsədi ilə inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana-Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis X12 Polisi Bölməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 128-130, 133-135 və 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şikayət qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis X12 Polisi Bölməsinin TP ******* saylı, xx xxxxxx 2021-ci il tarixli “İnzibati xəta haqqında” qərarı ləğv edilsin və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün səlahiyyətli orqana- Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis X12 Polisi Bölməsinə göndərilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya İmişli Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar