Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1385/2025 26.08.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X3, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, Zərərçəkmiş şəxs X4 iştirakları ilə, xx.xx.1980-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, X8 Sistemlərinin İstismarı İdarəsində sürücü işləyən, İmişli rayonu, Qaradonlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ondan ötrü ki, tələbkar X2 xeyrinə 1 ədəd 500 azn dəyərində lüstur, 1 ədəd 1300 azn dəyərində “Beko” qabyuyan maşın, 1 dəst 350 azn dəyərində qaşıq nabor dəsti, 1 ədəd 750 azn dəyərində yemək naboru, 1 dəst 700 azn dəyərində qranit qazan dəsti, 1 dəst 500 azn dəyərində qranit qazan dəsti, 1 dəst 250 azn dəyərində alüminium qazan dəsti, 1 dəst 45 azn dəyərində çuğun qazan dəsti, 1 ədəd 400 azn dəyərində tok qazan, 1 ədəd 350 azn dəyərində tok samovar, 2 ədəd 60 azn dəyərində tok qəfədan, 2 dəst 60 azn dəyərində şiş, 1 ədəd 350 azn dəyərində soba,1 ədəd 400 azn dəyərində taxt, 1 ədəd 600 azn dəyərində xalça, 1 ədəd 750 azn dəyərində xalça, 2 ədəd 800 azn dəyərində xaşmir xalça, 1 ədəd 150 azn dəyərində xalça, 1 ədəd 300 azn dəyərində xalça, 2 ədəd 250 azn dəyərində toy qazanı, 1 ədəd 50 azn dəyərində böyük aşsüzən, 2 ədəd 30 azn dəyərində balaca aşsüzən, 1 ədəd 100 azn dəyərində böyük çuğun qazan, 1 ədəd 45 azn dəyərində tərəvəz setqası, 1 ədəd 250 azn dəyərində divar saatı, 1 ədəd 150 azn dəyərində divar saatı, 1 ədəd 100 azn dəyərində divar saatı, 1 ədəd 50 azn dəyərində mətbəx üçün saat, 1 dəst 40 azn dəyərində xrustal stəkan, 60 ədəd 50 azn dəyərində sadə stəkan dəsti, 80 ədəd 800 azn dəyərində meyvə qabı, 50 ədəd 38 azn dəyərində çəngəl, 50 ədəd 30 azn dəyərində qaşıq dəsti, 50 ədəd 30 azn dəyərində duz qabı, 100 ədəd 50 azn dəyərində meyvə bıçağı,5 ədəd 30 azn dəyərində bıçaq dəsti, 2 ədəd 60 azn dəyərində ət baltası, 4 ədəd 520 azn dəyərində qəndqabı, 12 ədəd 60 azn dəyərində stəkan, 24 ədəd 360 azn dəyərində xrustal bakal, 4 ədəd 120 azn dəyərində salfetqa qabı, 2 ədəd 140 azn dəyərində gümüş konfet qabı,2 ədəd 110 azn dəyərində gümüş vaz, 8 ədəd 96 azn dəyərində çörək qabı, 1 ədəd 80 azn dəyərində çörək qazanı, 2 ədəd 60 azn dəyərində çuğun ləyən, 2 ədəd 48 azn dəyərində çuğun vedrə, 1 ədəd 25 azn dəyərində çuğun aşsüzən, 6 ədəd 450 azn dəyərində stul, 6 ədəd 600 azn dəyərində başı taclı stul, 1 ədəd 250 azn dəyərində vest tozsoran, 1 ədəd 300 azn dəyərində tozsoran, 1 ədəd 120 azn dəyərində ütü altı, 52 ədəd 78 azn dəyərində çay qaşığı, 1 dəst 180 azn dəyərində tava, 3 ədəd 200 azn dəyərində güldan, 120 azn dəyərində güllər, 120 ədəd 72 azn dəyərində banka, 1 ədəd 80 azn ədviyyat naboru, 6 ədəd 30 azn dəyərində piti qabı, 150 azn dəyərində stol dəsti, 2 ədəd 60 azn dəyərində çuğun qəfədan, 3 ədəd 65 azn dəyərində dəm çayniki, 48 ədəd 70 azn dəyərində boşqab, 48 ədəd 50 azn dəyərində boşqab, 48 ədəd 50 azn dəyərində boşqab, 1 ədəd 80 azn dəyərində su matoru, 1 ədəd 250 azn dəyərində şlank (içi ipli 100 metr), 1 ədəd 80 azn dəyərində əl arabası, 1 ədəd 50 metr 25 azn dəyərində su şiankı, 1 ədəd 150 azn dəyərində unitaz, 1 ədəd 250 azn dəyərində mətbəx üçün lüstur, 1 ədəd 120 azn dəyərində lüstur, 1 ədəd 80 azn dəyərində lüstur, 1 ədəd 10 metr 80 azn dəyərində həyət üçün setqa, 1 ədəd 120 azn dəyərində əlüz üçün tülpan, 3 ədəd 350 azn dəyərində mişqa, 3 ədəd 120 azn dəyərində ceyran, 10 ədəd 1000 azn dəyərində çxol-prasdina, 1 ədəd 80 azn dəyərində uşaq beşiyi, 2 ədəd 100 azn dəyərində uşaq şkafı, 2 ədəd 800 azn dəyərində pərdə, 1 ədəd 80 azn dəyərində pərdə, 2 ədəd 60 azn dəyərində pərdə, 10 ədəd 620 azn dəyərində adyal, 4 ədəd 160 azn dəyərində suviner, 5 ədəd 60 azn dəyərində podnist, 1 ədəd 50 azn dəyərində balon qaz, 1 ədəd 80 azn dəyərində balon qaz, 1 ədəd 490 azn dəyərində iran qaz sobası, 1 ədəd 80 azn dəyərində moyka iki gözlü, 60 ədəd 49 azn dəyərində meyvə qabı, 2000 azn dəyərində mətbəx mebeli, 1840 azn dəyərində yataq dəsti, 1 ədəd 700 azn dəyərində künc divan, 1 ədəd sadə 420 azn dəyərində künc divan, 1 ədəd 3 qapılı 270 azn dəyərində dolab, 1 ədəd 100 azn dəyərində masa, 1 ədəd 350 azn dəyərində taxt döşəyi və yaxud ümumi cehizin dəyərində 26406 manat pul borcu yaranmışdır. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X6 izahat verərək göstərdi ki, borclu Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-55/2025 saylı icra sənədini icra etməmiş, icra məmurunun qanuni tələblərini yerinə yetirməmiş və üzərinə düşən vəzifəsini icra etməmişdir. Tələbkar tərəfindən də borcun ödənilməsi tələb edilmişdir. Hazırda borclunun 14446 manat borcu var. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs özünü izahatında göstərdi ki, icra sənədində qeyd edilən əşyaların çoxu mövcud olmayıb. Mövcud olmayan əşyaları verə bilməz. Qalan əşyaları tələbkar götürə bilər, lakin, o, əşyaları deyil, pul istəyir. Qalan əşyaların dəyərini hissə-hissə ödəyər. X1 izahatında bildirdi ki, əşyaların dəyərinin ödənilməsini tələb edir. Odur ki, borclunun barəsində inzibati tənbeh tətbiq olunmasını xahiş etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli icraata başlamaq barədə qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-55/2025 nömrəli icra sənədi üzrə icraata başlanmışdır. Tələbin könüllü icrası barədə borcluya xx.xx.2025-ci il tarixli bildiriş göndərilmişdir. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, Şəxs İmişli rayonu, Qaradonlu kəndində yerləşən fərdi yaşayış evinə baxış keçirilmiş və icra sənədində qeyd olunan əmlakların bəzilərinin mövcud olmadığı müəyyən edilmişdir. Beləliklə, məhkəmə iclasında müəyyən edilmişdir ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2(036)-55/2025 nömrəli icra sənədinə əsasən X1nın xeyrinə ümumi cehizin dəyərində 26406 manat pul məbləği ödənilməlidir. İş üzrə xx.xx.2025-ci ildə icraata başlamaq barədə qərar qəbul edilmiş, borclu tələbin könüllü icrası barədə bildirişi qəbul etmişdir. Lakin, icra sənədi üzrə borcu ödəməmişdir. Hazırda da ödəniş edə bilmədiyini, yalnız bundan sonra hissə-hissə ödəniş edə biləcəyini bildirir və borcun ödənilməsi ilə bağlı tələbkarla aralarında hər hansı razılıq yoxdur. Göstərilən səbəblərdən də məhkəmə hesab edir ki, Şəxs qeyd edilən hərəkətləri, yəni indiyədək tələbi tam icra etməməsi, həmçinin icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsi və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməldir. Onun əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın tərkibi vardır. Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi üçün və məsuliyyətdən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 15.2-ci maddəsinə əsasən məhkəmələrin qanuni qüvvəyə minmiş qətnaməsi, qərardadı, qərarı, əmri bütün dövlət hakimiyyəti, yerli özünüidarə orqanları, onların vəzifəli şəxsləri, ictimai birliklər, siyasi partiyalar, həmkarlar ittifaqları, onların vəzifəli şəxsləri, həmçinin fiziki və hüquqi şəxslər üçün məcburidir və Azərbaycan Respublikasının bütün ərazisində hökmən icra olunmalıdır. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsindən görünür ki, məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələbləri Azərbaycan Respublikasının ərazisində bütün orqanlar, hüquqi şəxslər, onların vəzifəli şəxsləri və fiziki şəxslər üçün məcburidir. Məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurlarının tələblərini yerinə yetirməyən, onlara həvalə edilmiş vəzifələrin icrasına mane olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə-fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 12-ci maddəsinə görə bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və hərəkətsizlik) inzibati xəta hesab olunur. Bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulan əməllərə görə inzibati məsuliyyət o halda yaranır ki, bu əməllər cinayət məsuliyyətinə səbəb olmasın. Həmin Məcəllənin 22-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən Şəxs “Vətən müharibəsi” iştirakçısı olması onun məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsinə əsasən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən olunmamışdır. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini, məsuliyyətini yüngülləşdirən halın olmasını, ağırlaşdırıcı halın isə olmamasını nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 40, 43, 114-115, 117, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 500 (beş yüz) manat məbləğində inzibati cərimə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №3(036)-1385/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1385/2025
26.08.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver