Məhkəmə qərarları › İş №3(036)-1401/2023

İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-1401/2023

28.12.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-1401/2023 28.12.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rаyon Məhkəməsinin hakimi X5, X2 İmişli rayonu YNH-nin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayətə baxaraq, MÜƏYYƏN ETDİ: İmişli rayonu YNH-nin vəzifəli şəxsi tərəfindən tərtib olunmuş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati xəta haqqında qərarla X4 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə 80 manat məbləğində cərimə edilmişdir. X4 şikayət verərək, İmişli rayonu YNH-nin vəzifəli şəxsi tərəfindən onun barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarın qanunsuz və əsassız olduğuna görə ləğv olunmasını xahiş etmişdir. Şikayət xx.xx.2023-cü il tarixdə məhkəmənin icraatına daxil olmuşdur. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 126.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş şəxs yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların törədilməsinə görə inzibati tənbeh tətbiq etmə haqqında qərar ona bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan 20 (iyirmi) gün müddətində yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət edə bilər. Şikayət şəxsən verilə və ya poçt, yaxud internet vasitəsilə göndərilə bilər. İş materialları ilə müəyyən olur ki, X1 rayonu YNH-nin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli, TP ******* nömrəli inzibati tənbeh vermə haqqında qərarını mübahisələndirmiş, qanunvericiliyin tələbinə görə inzibati xəta haqqında iş üzrə qərardan qanunla müəyyən edilmiş müddətdə şikayət verilməli olduğu halda verilməmiş, qərar qəbul edildiyi vaxtdan 1 ay 7 gün müddət keçdikdən sonra şikayət verilmişdir. İnzibati xəta haqqında iş üzrə qərardan şikayətin qanunvericilikdə nəzərdə tutulmuş müddətdə verilməməsinin üzrlü səbəbdən buraxılması barədə heç bir sübut təqdim olunmamış və bu barədə şikayət verən şəxsin vəsatəti daxil olmamışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 132.1.2-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxmağa hazırlıq zamanı hakim inzibati xəta haqqında iş üzrə icraatı rədd edən halların mövcud olub-olmaması məsələsini həll edir. Yuxarıda qeyd olunanları nəzərə alaraq hesab edirəm ki, X2 İmişli rayonu YNH-nin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 106, 109, 110-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM: X2 İmişli rayonu YNH-nin vəzifəli şəxsinin xx.xx.2023-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından vermiş olduğu şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Sədrlik edən: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar