Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1439/2025 09.09.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1985-ci ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, İmişli şəhəri, C.Quliyev küçəsi, ev 39 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ondan ötrü ki, İmişli Rayon Məhkəməsinin 2(036)-1334/2012 nömrəli xx.xx.2012-ci il tarixli və İmişli Rayon Məhkəməsinin 2(036)-1856/2021 nömrəli, xx.xx.2021-ci il tarixli icra sənədlərini üzrsüz səbəbdən icra etməmiş və icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X6 izahat verərək göstərdi ki, borclu Şəxs İmişli Rayon Məhkəməsinin 2(036)-1334/2012 nömrəli xx.xx.2012-ci il tarixli və İmişli Rayon Məhkəməsinin 2(036)-1856/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir və üzərinə düşən vəzifəsini icra etməmişdir. Məhkəmə qərarının icra edilməməsi tələbkarın haqlı narazılıqlarına səbəb olmuşdur. Borclu Şəxs hazırda 6560 manat borcu qalmaqdadır. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə qismən təqsirli bilərək izahatında göstərmişdir ki, İmişli Rayon Məhkəməsinin 2(036)-1334/2012 nömrəli xx.xx.2012-ci il tarixli, İmişli Rayon Məhkəməsinin 2(036)-1856/2021 saylı xx.xx.2021-ci il tarixli icra sənədi üzrə tələbi ödəməməsi üzrsüz səbəbdən olmamışdır. Belə ki, o, imkanının olmadığını və ikinci nikahından olan iki uşağa baxdığından alimenti ödəyə bilmədiyini bildirmişdir. Ona möhlət verilərsə, borcunu ödəyəcəyini bildirdi. İmişli Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(036)-1334/2012 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs 14 noyabr 2012-ci il tarixdən etibarən xx.xx.2011ci təvəllüdlü X2 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü 50 (əlli) manat məbləğində alimentin tutularaq X3 xeyrinə ödənilməsi qət edilmişdir. İşdə olan xx.xx.2013-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(036)-1334/2012 saylı icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2013-cu il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2012ci il tarixli 2(036)-1334/2012 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 gün müddət verilmişdir. İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)-1856/2021 saylı icra sənədindən görünür ki, cavabdeh Şəxs xx.xx.2011-ci il təvəllüdlü X1 üçün yetkinlik yaşına çatanadək saxlanılması üçün iddiaçı X3 xeyrinə cavabdeh Şəxs tutulan alimentin miqdarı artırılaraq hər ay 130 (yüz otuz) manat sabit pul məbləğində müəyyən edilməsi qət edilmişdir. xx.xx.2021-ci il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(036)-1856/2021 saylı saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 gün müddət verilmişdir. xx.xx.2025-ci il tarixli protokoldan görünür ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən protokol tərtib edilərək məhkəməyə verilmişdir. İmişli rayon İcra və probasiya şöbəsinin xx.xx.2016-cı il tarixli qərarından görünür ki, icra tədbirləri nəticəsində borclu Şəxs barəsində axtarış elan edilmişdir. İmişli rayon İcra və probasiya şöbəsinin xx.xx.2013-cü il tarixli qərarından görünür ki, icra tədbirləri nəticəsində borclu Şəxs barəsində axtarış elan edilmişdir. Məhkəmə işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Belə ki, borclu məhkəmə qərarından xəbərdar olmuş, hazırda inzibati məsuliyyətə cəlb edilməsi əsası onun məhkəmə qərarının qəsdən icra edilməməsi ilə bağlıdır. Məhkəmə alimentlə əlaqədar tutulmaların hər ay ödənilməsini zəruri şərt hesab edir. Belə ki, aliment məhz hər ay uşağın zəruri ehtiyaclarının qarşılanmasına yönəlir və məhkəmə qərarının vaxtında icra edilməməsi uşağı minimal tələblərindən məhrum edir. İcra sənədi üzrə aliment borcunun yaranması onun qəsdən icra sənədinin icrasından yayınmaq məqsədini təsdiq edir. Bundan başqa işdən göründüyü kimi, borclu barəsində axtarış qərarı qəbul edilməklə icra məmuru tərəfindən şəxsin məhkəmədə iştirakı təmin edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən, icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə xüsusi olaraq qeyd edir ki, aliment uşağın saxlanılması üçün hər ay ödənilməsi məcburi olan pul vəsaitdir ki, uşağın aylıq tələbatı (qida, istirahət, geyim və s.) təmin edilsin. Şəxs şəxsiyyətini, borclunun məhkəmənin icra sənədindən xəbərdar olmasına baxmayaraq ödəniş etmədiyini, məhkəmə qərarı ilə şəxsdən tutulan alimentə nisbətdə borcun kifayət qədər yüksək olduğunu, icra sənədini icra etməkdən boyun qaçırmasını, təqsirli olduğu inzibati xətanın tənbeh növünün cərimə və ya həbs olduğunu və hazırda borclunun aliment borcunun olmasını məhkəmə nəzərə alaraq hesab edir ki, cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi ilə cəzanın əsl məqsədinə nail olmaq mümkün olmayacaq və həbs növündə tənbeh tədbirinin tətbiq olunması məqsədəmüvafiqdir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək 8 (səkkiz) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 09 sentyabr 2025-ci il tarixdən saat 15:39dan hesablansın.Qərar dərhal icra edilsin. Qərarın icrası İmişli rayon polis şöbəsinə həvalə edilsin. Qərar dərhal icra edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №3(036)-1439/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1439/2025
09.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver