Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-147/2023 17.01.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X13 Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X7 iştirakı ilə, xx.xx.1997-ci ildə İmişli rayonunun Oruclu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, İmişli rayonunun Oruclu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq М Ü Ə Y Y Ə N E T D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ona görə ki, o, Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)- 2948/2021 saylı icra sənədinə əsasən X2 İmişli rayonu, Oruclu kəndində yerləşən həyətyanı torpaq sahəsinə gələn su arxının açılması və suyun axınına mane olan qanunazidd hərəkətlərə son qoyulması X10, X3 və Şəxs Razı oğluna həvalə edilməsi barədə icra məmurunun qanuni tələbini yerin yetirməmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəmədə izahat verərək göstərdi ki, X2 İmişli rayonu, Oruclu kəndində yerləşən həyətyanı torpaq sahəsinə gələn su arxının açılması və suyu axınına mane olan qanunazidd hərəkətlərə son qoyulması X10, X3 və Şəxs Razı oğluna həvalə edilməsi barədə Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-2948/2021 saylı icra sənədindən məlumatlıdır. Məhkəmə qərarınin icrası təmin edilərək su arxı traktorla bərpa olunmuşdur. Buna baxmayaraq, tələbkar çəkilmiş arxı digər traktorla qazdıraraq enlətmiş və əlavə torpaq kütləsini onlara məxsus torpaq sahəsinə tökdürmüşdür. Bundan xəbər tutmuş və özünü cilovlaya bilməyərək yenidən arxı doldurmuşdur. Hazırda özünü inzibati xəta törətməkdə təqsirli bilir və əməlindən səmimi peşmançılıq hissi keçirir. İcranı qısa müddətdə təmin edəcəkdir. Bu səbəbdən də məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X11 izahat verərək inzibati xəta törətmiş şəxs Şəxs barəsində qanuni tədbir göülməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş Şirvan Apellyasiya Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 2(106)-2948/2021 saylı icra sənədi ilə müəyyən olur ki, X2 İmişli rayonu, Oruclu kəndində yerləşən həyətyanı torpaq sahəsinə gələn su arxının açılması və suyun axınına mane olan qanunazidd hərəkətlərə son qoyulması X10, X3 və Şəxs Razı oğluna həvalə edilmişdir. İşdə olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs icranı könüllü olaraq təmin edilməsi təklif edilmişdir. xx.xx.2022-ci il tarixli “Tələbin könüllü icrası haqqında” bildiriş ilə Şəxs tələbin könüllü icrası ilə bağlı 10 gün vaxt verilmişdir. xx.xx.2022-ci il tarixli “icra işinin icrasının təyin edilməsi haqqında” bildirişindən görünür ki, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2948/2021 saylı icra sənədinin icrası xx.xx.2022-ci il tarixə, saat 15:00-a təyin edilmişdir. xx.xx.2022-ci il tarixli aktın surəti ilə müəyyən olur ki, borclu Şəxs icra yerinə gəlməməsinə baxmayaraq icra sənədinin icrası tam təmin edilmişdir. X1 xx.xx.2022-ci il tarixli ərizə ilə İmişli rayon icra və probasiya şöbəsinə müraciət edərək göstərmişdir ki,xx.xx.2022-ci il tarixdə icra tədbirləri nəticəsində həyətyanı torpaq sahəsinə gələn su arxı traktorla qazılmaqla bərpa edilməsinə baxmayaraq, xx.xx.2022-ci il tarixdə Şəxs Razı oğlu tərəfindən arxın bir hissəsi, xx.xx.2022-ci il tarixdə isə anası Süleymanova Qərənfil ilə birlikdə arxın qalan hissəsi doldurulmuşdur. Ona görə də, borclunun qanunsuz hərəkətləri barədə tədbir görülməsini xahiş etmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-2948/2021 saylı, 02 noyabr 2021-ci il tarixli icra sənədi üzrə icra məmurunun qanuni tələbini yerinə yetirməmişdir. Ona görə də, Şəxs İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32.1 və 32.12.1-ci maddələrinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati tənbeh tətbiq edilərkən, məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Şəxs əməlindən səmimi peşmançılığı iş üzrə məsuliyyəti yüngülləşdirən hal hesab edilir. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq Şəxsnın barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib, 500 ( beş yüz) manat cərimə edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev.
Məhkəmə qərarları › İş №3(036)-147/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-147/2023
17.01.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver