Məhkəmə qərarları › İş №3(036)-1487/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1487/2025

09.02.2026 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1487/2025 09.02.2026 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, Şəxs MMC barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlərə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: Şəxs barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXM-nin 253.2-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmişdir. İmişli Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 3(036)-1487/2025 nömrəli qərarı ilə Şəxs barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilmişdir. Qərardan səlahiyyətli orqan Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Fərid Piriyev apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və Şəxs MMC-nin İXM-nin 253.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-659/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə İmişli Rayon Məhkəməsinin 01 oktyabr 2025-ci il tarixli, 3(036)-1487/2025 nömrəli qərarı apellyasiya şikayətinə münasibətdə ləğv edilərək, inzibati xəta haqqında iş üzrə icraat materialları qərarın təsviri-əsaslandırıcı hissəsində sadalanan halların araşdırılması üçün İmişli Rayon Məhkəməsinə göndərilməsi qərara alınmışdır. Məhkəmə iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş inzibati xəta haqqında protokol tərtib etmiş orqanın nümayəndəsi və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs məhkəmə iclasına gəlməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 61.3 və 112.1.4-cü maddələrinə əsasən işə protokol tərtib etmiş orqanın nümayəndəsinin və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.. Məhkəmə, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, MN №2363651 saylı protokolu və digər sənədləri əlaqəli şəkildə araşdırıb hesab edir ki, Şəxs MMC tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanın törədilməsi tərtib edilmiş inzibati xəta haqqında protokol və işdə olan digər sübutlarla təsdiq edilir. Ona görə də, Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinib tənbeh edilməlidir. xx.xx.2025-ci il tarixli, 90796 saylı aktda qeyd edilmişdir ki, keçirilən reydlər zamanı İmişli-Kürdəmir avtomobil yolunun sol hissəsində eni 50 sm, dərinliyi 50 sm və uzunluğu 300 metr qazılaraq 48 ədəd saksaul kolları kökündən çıxarılaraq məhv edilmişdir. Araşdırma zamanı ekskvator sürücüsü özünü İmişli rayonu, Sarıxanlı kənd sakini X1 təqdim edərək qazıntı işlərinin "xxxx" tərəfindən aparıldığını bildirərək yazılı izahat verməkdən imtina etdi. Araşdırmanının nəticəsi olaraq İmişli rayonu ərazisində yerləşən yararsız yüksək gərginlikli yeraltı kabel xəttinin "xxxx" MMC tərəfindən qazılaraq çıxarıldığı, bu zaman ərazidə olan 48 ədəd saksaul kollarının məhv edildiyi, bununla da MMC-nin “Yaşıllıqların mühafizəsi haqqında” qanunun tələblərini pozduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası İXM-nin 253.2-ci maddəsi ilə tərtib olunmuş xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokoldan müəyyən olunur ki, 08 aprel 2025-ci il tarixində İmişli-Kürdəmir avtomobil yolunun sol hissəsində qazıntı işləri aparan zaman 48 ədəd qanunsuz saksaul kollarının çıxardılaraq məhv edilmişdir. “Azərenerji ASC tərəfindən İmişli rayon polis şöbəsinə ünvanlanmış xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, "xxxx" ASC-nin X4 Şəbəkəsinin balansında olan, İmişli rayonu ərazisində yerləşən yararsız yüksək gərginlikli yeraltı kabel xətlərinin Şəxs MMC ilə bağlanmış xx.xx.2025-ci il tarixli 29 saylı təhvil-təslim aktına əsasən "xxxx" MMC-nin anbarına təhvil verilməsi həvalə edilmişdir. "xxxx" ASC-nin xx.xx.2025-ci il tarixli məktubu yalnız ümumi xarakterli məlumat sənədi deyil, konkret olaraq inzibati xəta predmeti olan ağac və kolların kəsildiyi ərazidə aparılan işlərin məhz Şəxs MMC-yə həvalə olunduğunu təsdiq edən rəsmi xidməti məlumatdır. Həmin məktubda göstərilir ki, X4 Şəbəkəsinin balansında olan yararsız yüksək gərginlikli kabel xətlərinin sökülməsi və anbara təhvil verilməsi barədə xx.xx.2025ci il tarixli 29 saylı təhvil-təslim aktı əsasında işlərin icrası Şəxs MMC-yə tapşırılmışdır. Ərazidə ağac və kolların kəsilməsinə səbəb olan qazıntı işlərinin məhz həmin kabel xətlərinin çıxarılması ilə bağlı aparıldığı iş materialları ilə təsdiqini tapır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 3-cü maddəsinə əsasən, yalnız həmin Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 253.2-ci maddəsinə əsasən meşə fonduna daxil olmayan ağac və ya kolların qanunsuz kəsilməsinə (götürülməsinə) və ya məhv edilməsinə görə - fiziki şəxslər iki min manat miqdarında, vəzifəli şəxslər dörd min manat miqdarında, hüquqi şəxslər iyirmi beş min manat miqdarında cərimə edilir. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. “Yaşıllıqların mühafizəsi haqqında" Azərbaycan Respublikası Qanununun 10-cu maddəsinə əsasən yaşıllıqların mühafizəsi ilə bağlı bu Qanunun və digər normativ hüquqi aktların tələblərinə əməl etmək bütün fiziki və hüquqi şəxslərin vəzifəsidir. Həmin Qanunun 13.4-cü maddəsinə əsasən yaşıllıqların götürülməsi müvafiq icra hakimiyyəti orqanının rəyi nəzərə alınmaqla, müvafiq icra hakimiyyəti orqanının və ya bələdiyyənin qərarı əsasında həyata keçirilir. Həmin qanunun 3-cü maddəsinə əsasən isə bu qanun, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, xüsusi mülkiyyətdə olan həyətyanı və bağ sahələrindəki yaşıllıqlar, habelə kənd təsərrüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, ölkə ərazisindəki yaşıllıqlara şamil edilir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs MMC-nin barəsində cərimə növündə inzibati tənbeh təyin edilməsi məqsədə müvafiqdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 109-112 və 113-114-cü maddələrini rəhbər tutaraq qərara aldı: Şəxs MMC Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2-ci maddəsi ilə təqsirli bilinsin və barəsində 25000 (iyirmi beş min) manat məbləğində cərimə növündə inzibati tənbeh təyin edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar