Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-1489/2025 18.09.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şahbazlı Musaxan Ağan oğlunun katibliyi ilə, İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X1, Tələbkar Zərərçəkmiş şəxs, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İmişli Rayon İcra və Probasiya Şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, İmişli Rayon Məhkəməsinin 2(036)-547/2024 saylı xx.xx.2024-cü il tarixli icra sənədinə əsasən Şəxs 15.000,0 (on beş min) manat əsas borc və 145 (bir yüz qırx beş) manat dövlət rüsumu tutulub tələbkar Zərərçəkmiş şəxs xeyrinə ödənilməlidir. Göstərilənlərə əsasən, o, Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə iclasında İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X2 məhkəməyə ərizə təqdim edərək, borclu və tələbkarın razılığa gəldikləri üçün borclu Şəxs barəsində tərtib olunmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolun mahiyyəti üzrə baxılmadan geri qaytarılmasını xahiş etmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs və tələbkar Zərərçəkmiş şəxs hər biri ayrı-ayrılıqda razılığa gəldiklərini və icra məmuru tərəfindən verilmiş inzibati xəta haqqında protokolun geri qaytarılmasına etiraz etmədiklərini bildirmişlər. Məhkəmə inzibati xəta haqqında protokolu araşdırıb, İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X1 inzibati xəta haqqında protokolun mahiyyəti üzrə baxılmadan geri qaytarılmasına dair təqdim etdiyi ərizəni və tərəflərin protokolun geri qaytarılmasına etiraz etmədiklərini nəzərə alaraq hesab edir ki, inzibati xəta haqqında material səlahiyyətli orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114 və 115-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İmişli rayon İcra və probasiya şöbəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər İmişli rayon İcra və probasiya şöbəsinə geri qaytarılsın. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-1489/2025
İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-1489/2025
18.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver