Məhkəmə qərarları › İş №3(036)-1490/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1490/2025

20.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1490/2025 20.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Sarıyev Əhmədf Siracəddin oğlunun katibliyi ilə, X1 iştirakı ilə, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X8 İdarəsinin 04 sentyabr 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsinə dair şikayətinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası İXMnin 327.1 və 327.6-cı maddələrinə əsasən 100 (bir yüz) manat cərimə edilməsi barədə Bakı şəhər DYPİ Polis polkovniki X5 04 sentyabr 2025-ci il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında elektron qərarın ləğv edilməsi və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət ərizəsi onunla əsaslandırılmışdır ki, qərarla razı deyil. Belə ki, Azərbaycan Respublikası İXM-nin həmin maddələrinin tələbini pozmamışdır. Qərara əsasən guya xx.xx.2025-ci il tarixində idarə etdiyi BYD DESTROYER 05 PLUG İN Hibrid minik markalı 77TH376 dövlət qeydiyyat nişanlı avtomobillə yol nəqliyyat hadisəsi yerindən yayınma, əks istiqamətli hərəkət zolağına çıxmadan manevretmə etmişdir. O heç bir qayda pozuntusu etməmiş və həmçinin hadisə yerindən yayınmamışdır. Həmin vaxt hərəkətdə olarkən yolayrıcı qaydalarına tam riayət etmişdir. Əlavə olaraq qeyd edir ki, həmin ərazidə kamera var və həmin kamera görüntülərinə baxılarsa heç bir qayda pozuntusu etmədiyi aydınlaşar. Hazırda hesab edir ki, qərar qarşı tərəfin təxmini hesabına əsasən yazılmışdır. Bütün bunlara görə hesab edir ki, əsassız olaraq 100 manat cərimə edilmişdir. Məhkəmə iclasında X3 şikayət ərizəsində göstərilən xüsusatlara uyğun izahat verərək, inzibati tənbeh vermə haqqında qərarın ləğv edilməsini xahiş etmişdir. Əlavə olaraq bildirmişdir ki, həmin gün qayda pozuntusu etməsini danmır, lakin hadisə yerindən qaçması həqiqəti əks etdirmir. Belə ki, o sola dönmə əməliyyatı edərkən həmin yolda sol tərəfdən yerləşən nəqliyyat vasitəsinə onun avtomobilinin toxunduğunu hiss etmiş, bu səbəbdən dönmə əməliyyatı etdikdən sonra maşını yavaşıtmış və görmüşdür ki, digər avtomobilin sahibi sürüb getmişdir. Kameralarda bu hallar əksini tapmışdır. Lakin o yenidən əraziyə qayıtmışdır və bu hal onun məsuliyyətdən yayınmamasından xəbər verir. Bakı şəhər DYPİ əməkdaşları onu idarəyə dəvət edib bildirmişlər ki, digər avtomobilin sahibinin şikayət ərizəsi mövcuddur. Sonda barəsində qərar qəbul edilmiş şəxs qərarın ləğvini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında inzibati xəta haqqında protokolu tərtib etmiş Bakı şəhər DYPİ nümayəndəsi iştirak etməmişdir. Məhkəməyə hadisənin audio-video görüntülərin təqdim olunması barədə Bakı şəhər DYPİ-nə elektron məhkəmə informasiya sistemi vasitəsilə sorğu göndərilmiş, lakin həmin görüntülər yalnız məhkəmə iclası başa çatdıqdan sonra çatmışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: Bakı şəhər DYPİ Polis polkovniki X7 tərəfindən 04 sentyabr 2025-ci il tarixində tərtib olunmuş TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X3 03 sentyabr 2025-ci il tarixdə idarə etdiyi “BYD DESTROYER 05 PLUG İN Hibrid minik markalı 77TH376 dövlət qeydiyyat nişanlı avtomobillə K.Rəhimov küçəsində yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə, əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etməyə görə barəsində Azərbaycan Respublikası İXM-nin 327.6, 327.1-ci maddələri ilə protokol tərtib olunmaqla 100 manat məbləğində inzibati cərimə cəzası tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İXM-nin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 124.3-cü maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs inzibati xəta hadisəsinin mövcudluğu ilə razılaşmadıqda, səlahiyyətli vəzifəli şəxs inzibati xəta haqqında protokol tərtib edir. 124.4-cü maddəsinə əsasən inzibati tənbeh tətbiq etmə haqqında qərar və ya inzibati xəta haqqında protokol operativ nəqliyyat vasitəsində quraşdırılmış bort-kompüter vasitəsilə tərtib olunaraq dərhal, yaxud belə kompüter olmadıqda həmin günün sonunadək müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə bu Məcəllənin 125.2.1-ci maddəsində nəzərdə tutulmuş qaydada bu barədə məlumat verilir. İnzibati tənbeh tətbiq etmə haqqında qərarın və ya inzibati xəta haqqında protokolun kağız daşıyıcıda surəti səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən yerindəcə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə, həmçinin belə müraciəti olduqda inzibati xəta haqqında iş üzrə zərər çəkmiş şəxsə verilir. Bu Məcəllənin 124.3-cü maddəsində nəzərdə tutulmuş hallarda inzibati xəta haqqında protokol baxılması üçün yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilir. Yuxarı səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən həmin iş üzrə qəbul edilən qərar qəbul edildiyi gün müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sistemində yerləşdirilir və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsə həmin qərar barədə bu Məcəllənin 125.2-ci maddəsində nəzərdə tutulmuş qaydada məlumat verilir. 134.1, 134.1.4-cü maddələrinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə- qırx manat məbləğində cərimə edilir. 327.6-cı maddəsinə əsasən Yol hərəkəti qaydalarını pozan nəqliyyat vasitəsi sürücüsünün yol nəqliyyat hadisəsi yerindən yayınmasına görə-yüz manat məbləğində cərimə edilir. Qeyd:1. Bu Məcəllənin 327.1-1, 327.1-2, 328.2, 346.2 və 346.4–346.9-cu maddələrində nəzərdə tutulmuş xətalar 2 balla, 327.2, 328.3 və 331-ci maddələrində nəzərdə tutulmuş xətalar 3 balla, 327.3-327.6, 327-1.1, 328.4, 342.7 və 346.3-cü maddələrində nəzərdə tutulmuş xətalar 4 balla qiymətləndirilir. Sübutların qiymətləndirilməsi və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə şikayət ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, şikayət qismən təmin edilməlidir. Məhkəmə qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs X3 inzibati xətanın mövcudluğu ilə razılaşmadığı halda, inzibati orqan onun barəsində müvafiq inzibati tənbeh tətbiq etmək haqqında qərar qəbul edərək X2 iştirakını təmin etməmiş və bununla onun hüquqlarını pozmuşdur. İnzibati orqana məhkəmə iclasının vaxtı və yeri barədə əvvəlcədən məlumat verilməsinə baxmayaraq, məhkəmədə iştirak etməmiş, inzibati xəta hadisənin mövcudluğunu sübut etməmişlər. Məhkəmə hesab edir ki, inzibati xəta haqqında icraat aparılarkən səlahiyyətli orqan (vəzifəli şəxs) İXM-lə müəyyən edilmiş işin faktiki hallarını tam, hərtərəfli araşdırmadan X3 barəsində inzibati xəta haqqında qərar qəbul edərək, sonuncunun hüquqlarını pozmuşdur. Məhkəmə iclasında barəsində qərar qəbul edilmiş şəxs hadisə yerindən qaçmadığını bildirmiş, digər avtomobilin sürüb-getməsinə istinad etmiş və onun barəsində şikayət olunduğunun da şübhəli olduğunu qeyd etmiş, İXM-nin 327.1-ci maddəsi ilə cərimənin tətbiqinin mümkünlüyünü bildirsə də, İXM-nin 327.6-cı maddəsi ilə təqsirli olmadığını bildirmişdir, hesab etmişdir ki, əsassız olaraq ona 4 bal hesablanmışdır. Məhkəmə hesab edir ki, şəxsin həmin dəlilləri işin araşdırılmalı hallarıdır. Bu səbəbdən, şikayət qismən təmin edilməli, Bakı şəhəri X10 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X2 İXM-nin 327.1, 327.6-cı maddələri ilə cərimə olunmasına dair xx.xx.2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilməli və X2 iştirakı ilə videogörüntülərə və digər sübutlara baxış keçirilməklə işə yenidən baxılması üçün Bakı şəhər X10 İdarəsinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128, 129 və 133-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X1 şikayəti qismən təmin edilsin. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X8 İdarəsinin vəzifəli şəxsi tərəfindən qəbul edilmiş X2 İnzibati Xətalar Məcəlləsinin 327.1, 327.6-cı maddələri ilə cərimə olunmasına dair 04 sentyabr 2025-ci il tarixli, TP seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında qərar ləğv edilsin və iş yenidən baxılması üçün Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Bakı şəhəri X10 İdarəsinə qaytarılsın. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Gülsaba Ağayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar