Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-15/2025 18.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, X1 iştirakı ilə, AR DİN BDYPİ Mərkəzi Məlumat Xidməti tərəfindən «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli EQ24510098 nömrəli qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: AR DİN BDYPİ Mərkəzi Məlumat Xidməti tərəfindən «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli EQ24510098 nömrəli qərarından X3 xx.xx.2024-cü il tarixdə, saat 13:05 radələrində idarə etdiyi “X6 1840LS” yük markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində Bakı istiqamətində hərəkətdə olarkən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametirlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmə əməliyyatı həyata keçirməsi qaydasını pozmasına görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə 600 manat cərimə edilmişdir. Barəsində qərar qəbul edilmiş şəxs həmin qərardan məhkəməyə şikayət edib AR DİN BDYPİ Mərkəzi Məlumat Xidməti tərəfində «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli EQ24510098 nömrəli qərarının ləğv edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, AR DİN BDYPİ Mərkəzi Məlumat Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli EQ24510098 saylı inzibati tənbeh vermə haqqında qərarı ilə Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsinə əsasən 600 manat cərimə edilmişdir. Həmin qərarla razı deyildir. Belə ki, o, Azərbaycan Respublikası İXM-nin həmin maddələrinin tələbini pozmamışdır. Hərəkət halında çəki ölçmə sistemi düzgün işləmədiyi üçün avtomobilə yığılan yükün çəkisini artıq göstərmişdir. Belə ki, idarə etdiyi yük maşınına icazə verilən yük limiti 40000 kq-dır və həmin tarixdə idarə etdiyi avtomoblə yığılan yük tərəzidə çəkilib və yükün çəkisi 40100 kq olması barədə ona qəbz verilmişdir. Məhkəmə iclasında şikayətçi X3 şikayət ərizəsində göstərilənlərə uyğun izahat verərək AR DİN BDYPİ Mərkəzi Məlumat Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli EQ24510098 saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq səlahiyyətli orqanın nümayəndəsi məhkəmə iclasına gəlməmişdir. Məhkəmə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini mümkün hesab etmişdir. Məhkəmə şikayətçinin izahatlarını dinləyib, şikayəti və materialları nəzərdən keçirdərək hesab edir ki, aşağıdakı əsaslara görə şikayət qismən təmin edilməlidir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: xx.xx.2024-cü il tarixli EQ24510098 nömrəli «inzibati tənbeh vermə haqqında» qərarın surətinə əsasən X3 xx.xx.2024-cü il tarixdə, saat 13:05 radələrində idarə etdiyi “X6 1840LS” yük markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində Bakı istiqamətində hərəkətdə olarkən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametirlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmə əməliyyatı həyata keçirməsi qaydasının tələblərinə riayət etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-cü maddəsinə əsasən isə inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur; 67.1-ci maddəsinə əsasən, inzibati xətalar haqqında işlərdə şahid qismində iş üzrə müəyyən edilməli olan hallar barədə məlumatı olan şəxslər çağırılırlar; 67.2-ci maddəsinə əsasən şahid hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) çağırışı ilə göstərilən vaxtda gəlməyə, doğru izahatlar verməyə, protokola daxil edilmiş izahatını imzası ilə təsdiq etməyə, iş üzrə ona məlum olan məlumatları bildirməyə və suallara cavab verməyə borcludur; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları və yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının mərkəzi informasiya sisteminə inteqrasiya olunmalıdır; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 353.2-ci maddəsinə əsasən iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsinə görə - fiziki şəхslər altı yüz mаnаt məbləğində cərimə edilir. Hazırkı iş üzrə barəsində şikayət verilən qərarda X3 xx.xx.2024-cü il tarixdə, saat 13:05 radələrində idarə etdiyi “X6 1840LS” yük markalı **-BO-*** dövlət qeydiyyat nişanlı avtomobillə Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində Bakı istiqamətində hərəkətdə olarkən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametirlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə etmə əməliyyatı həyata keçirməsi qaydasının tələblərinə riayət etməməsi göstərilməklə o, Azərbaycan Respublikası İXM-in 353.2-ci maddəsi ilə təqsirli bilinmiş və inzibati məsuliyyətə cəlb edilmişdir. Yuxarıda sadalanan normaların tələblərindən görünür ki, şəxsin inzibati məsuliyyətə cəlb edilməsi üçün sübutların məcmusu tələb olunur və heç bir sübutun, o cümlədən sübutlardan biri olan inzibati xəta haqqında protokolun və qərarın qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Məhkəmə iclasında X3 barəsində onun qaydanı pozmasını məsafədən ölçən tərəzilər vasitə ilə müyyən edildiyi, lakin həmin tərəzələrin sənədləri barədə heç bir sübut təqdim olunmadığını bildirmişdir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu olmadığından, onun təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunduğundan, inzibati orqan xətanı təsdiq edən sübutları məhkəməyə təqdim etmədiyindən, xx.xx.2024-cü il tarixli EQ24510098 nömrəli «inzibati tənbeh vermə haqqında» qərarda inzibati xətanın törədilməsini təsdiq edən mötəbərə sübut göstərilmədiyindən şikayət əsaslıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.1-ci maddəsinə Müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2-ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. Bununla əlaqədar məhkəmə tərəfindən işin obyektiv həllini təmin etmək üçün AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsinin EQ 24510098 nömrəli qərarının qəbul edilməsi əsas olmuş sübutların və M-2 47.9 k, Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində yerləşdirilmiş və hazırki qərarın qəbulu zamanı göstəricilərinə istinad olunan Kistler markalı, 9835A model - hərəkət halında çəki ölçmə nəzarət sisteminin müvafiq sertifikatı və metroloji sınaqdan keçməsi barədə sənədlərin məhkəməyə təqdim edilməsi barədə AR DİN-nin Baş Dövlət Yol Polis İdarəsinə sorğular göndərilsə də, həmin sorğulara inzibati xəta sübut etmək vəzifəsi daşıyan inzibati orqan tərəfindən məhkəməyə heç bir sübut təqdim edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki X3 barəsində xx.xx.2024-cü il tarixli EQ24510098 nömrəli «inzibati tənbeh vermə haqqında» qərar bütün sübutlara istinad edilmədən və qiymət verilmədən qəbul edilmiş, həmçinin X5 həmin qərarla İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməsi mötəbər sübutlar əsasında tam araşdırılmamış və qərar qəbul edilərkən səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki hallar araşdırılmamış və inzibati xəta haqqında qanunvericiliyin tələbləri inzibati xəta haqqında işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 134.1.4-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir; 135.1.1-ci maddəsinə əsasən hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) gəldiyi nəticələr üzrə mühüm əhəmiyyət kəsb edən bütün faktiki halların araşdırılmaması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsasdır; 135.1.6-cı maddəsinə əsasən bu Məcəllə ilə müəyyən edilmiş tələblərin işin hallarının hərtərəfli, tam və obyektiv araşdırılmasına maneə törədəcək dərəcədə pozulması qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə belə hesab edir ki, X2 şikayəti qismən təmin edilməli, AR DİN BDYPİ Mərkəzi Məlumat Xidməti tərəfindən «inzibati tənbeh vermə haqqında» qərarı ləğv edilməli və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128- 136-cı maddələrini rəhbər tutub, məhkəmə QƏRARAALDİ: X2 şikayəti qismən təmin edilsin. AR DİN BDYPİ Mərkəzi Məlumat Xidməti tərəfindən xx.xx.2024-cü il tarixli EQ24510098 nömrəli «inzibati tənbeh vermə haqqında» qərarı ləğv edilsin və iş yenidən baxılması üçün həmin səlahiyyətli orqana (vəzifəli şəxsə) qaytarılsın. Qərardan 10 (on) gün müddətində işə baxan İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-15/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-15/2025
18.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver