Məhkəmə qərarları › İş №3(036)-1510/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1510/2025

27.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1510/2025 27.09.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İmişli rayon polis şöbəsinin İTB-nin sahə rəisi X3, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1970-ci ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, İmişli rayonu, Buludlu kəndində qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İmişli rayon polis şöbəsinin, İTB-nin sahə rəisi X5 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə İmişli rayon, Bəhrəmtəpə qəsəbəsi ərazisində DYPB-nin inspektoruna qarşı nalayiq ifadələrdən istifadə etmiş, polisin qanuni tələbini pozmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş İmişli rayon polis şöbəsinin, İTB-nin sahə rəisi X5 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 00:17 radələrində İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi istiqamətində DYPB-nin inspektoru polis baş serjantı Nurlan Şərbətov və polis baş serjantı Şükür Atakişiyev ilə birlikdə xidmətdə olduqları zaman Sarxanlı kəndinə gedən yolda “Mersedes” markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilin uzaq vuran güclü işıqla getdiyini və təhlükəsizlik qaydasını pozduğunu müəyyən edib avtomaşını saxlamış, nəqliyyat vasitəsinə yaxınlaşaraq özlərini təqdim edib qayda pozuntusunu vətəndaşa izah edən zaman sürücünün sərxoş olmasını müəyyən etmiş və avtomobili RPŞ-nın duracağına gətirib yerləşdirmişlər. Maşında olan iki sərnişindən biri uca səslə polis əməkdaşlarının ünvanına təhqirlər etmişdir. Həmin vətəndaşı, İmişli rayonu, Sarxanlı kənd sakini Şəxs nizam-intizama dəvət etsələrdə o, öz hərəkətlərinə davam edərək qanuni göstərişlərə qəsdən məhəl qoymayaraq yenidən söyüş söyüb təhqir etmiş və bu vaxt nəqliyyat vasitəsindəki digər sərnişin X4 polis əməkdaşlarını videokameraya çəkməyə və onlara qarşı nalayiq ifadə işlətməyə başlamışdır. Onlar RPŞ-nin PPXB-nin əməkdaşları radio-rabitə vasitəsi ilə köməyə çağırmışlar və bu vaxtda vətəndaşlar öz hərəkətlərinə davam etmiş, ictimai yerdə xuliqanlıq hərəkətlərinə davam etdikləri üçün onları İmişli rayon polis şöbəsinə gətirmişdirlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, sərnişini olduqları avtomobili uzaq işıqdan istifadə etdiyi üçün DYPB-nin əməkdaşları saxlamışlar. Polis əməkdaşları onlardan pul istədiyi üçün narazılıq etmişdir. Özü İİ qrup əlildir və şizofren xəstəsidir. Buna görə də, əsəblərinə hakim ola bilməmişdir. İmişli rayon polis şöbəsinə apardıqdan sonra polis əməkdaşları onu döymüşdür. Məhkəmə iclasında şahid İmişli RPŞ-nin DYPB-nin polis baş serjantı X1 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 00:17 radələrində İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi istiqamətində DYPB-nin inspektoru polis baş serjantı Nurlan Şərbətov ilə birlikdə xidmətdə olduqları zaman Sarxanlı kəndinə gedən yolda “Mersedes” markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilin uzaq vuran güclü işıqla getdiyini və təhlükəsizlik qaydasını pozduğunu müəyyən edib avtomaşını saxlamış, nəqliyyat vasitəsinə yaxınlaşaraq özlərini təqdim edib qayda pozuntusunu vətəndaşa izah edən zaman sürücünün sərxoş olmasını müəyyən etmiş və avtomobili RPŞ-nın duracağına gətirib yerləşdirmişlər. Maşında olan iki sərnişindən biri uca səslə polis əməkdaşlarının ünvanına təhqirlər etmişdir. Həmin vətəndaşı, İmişli rayonu, Sarxanlı kənd sakini Şəxs nizamintizama dəvət etsələrdə o, öz hərəkətlərinə davam edərək qanuni göstərişlərə qəsdən tabe olmamışdır. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi olmasa da, onun Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi şahidin izahatları, həmçinin iş materialları ilə tam sübuta yetirilir. Belə ki, iş materiallarında olan raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 00:17 radələrində İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi istiqamətində DYPB-nin inspektoru polis baş serjantı Nurlan Şərbətov və polis baş serjantı Şükür Atakişiyev ilə birlikdə xidmətdə olduqları zaman Sarxanlı kəndinə gedən yolda “Mersedes” markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilin uzaq vuran güclü işıqla getdiyini və təhlükəsizlik qaydasını pozduğunu müəyyən edib avtomaşını saxlamış, nəqliyyat vasitəsinə yaxınlaşaraq özlərini təqdim edib qayda pozuntusunu vətəndaşa izah edən zaman sürücünün sərxoş olmasını müəyyən etmiş və avtomobili RPŞ-nın duracağına gətirib yerləşdirmişlər. Maşında olan iki sərnişindən biri uca səslə polis əməkdaşlarının ünvanına təhqirlər etmişdir. Həmin vətəndaşı, İmişli rayonu, Sarxanlı kənd sakini Şəxs nizamintizama dəvət etsələrdə o, öz hərəkətlərinə davam edərək qanuni göstərişlərə qəsdən məhəl qoymayaraq yenidən söyüş söyüb təhqir etmiş və bu vaxt nəqliyyat vasitəsindəki digər sərnişin X4 polis əməkdaşlarını videokameraya çəkməyə və onlara qarşı nalayiq ifadə işlətməyə başlamışdır. Onlar RPŞ-nin PPXB-nin əməkdaşları radio-rabitə vasitəsi ilə köməyə çağırmışlar və bu vaxtda vətəndaşlar öz hərəkətlərinə davam etmiş, ictimai yerdə xuliqanlıq hərəkətlərinə davam etdikləri üçün onları İmişli rayon polis şöbəsinə gətirmişdirlər. İş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə İmişli rayon polis şöbəsində ictimai qaydanı pozmuş, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İşdə olan sorğu məlumatından görünür ki, Şəxs İİ dərəcəli əlildir. İnizabti qaydada tutma protokolundan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə, saat 02:00-da inzibati qaydada tutulmuşdur. İnzibati xəta haqqında işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin tərkibi yaranmamışdır. Belə ki, işin halları ilə təsdiq edilir ki, Şəxs etdiyi hərəkətlərdə niyyəti ictimai qaydanı pozmaq olmamışdır. O, polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamış və polis əməkdaşları ilə aralarında mübahisə olmuşdur. Mübahisə zamanı barəsində icraat aparılan şəxsin hər hansı səs-küy salması məhz ictimai qaydanı pozmaq niyyəti ilə edilməmişdir. Bu hərəkətlər şəxsin etdiyi tabesizliyin tərkib elementi kimi çıxış etmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, Şəxs əməllərində yalnız Azərbaycan Respublikası İXM-nin 535.1-cu maddəsinin tərkibi yaranmışdır. Bu səbəbdən də onun barəsində İXM-nin 510-cu maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Məhkəmə həmçinin hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 535.1ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməlin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 30.2-ci maddəsinə əsasən, hamilə qadınlar və ya himayəsində on dörd yaşınadək uşağı olan qadınlar, on dörd yaşına çatmamış uşağını təkbaşına böyüdən kişilər, on səkkiz yaşına çatmayan şəxslər, birinci və ya ikinci dərəcə əlilliyi olan şəxslər, sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar, altmış yaşına çatmış qadınlar və altmış beş yaşına çatmış kişilər, habelə bu Məcəllənin 41-ci fəslində nəzərdə tutulmuş inzibati xətalar istisna olmaqla digər inzibati xətalara görə hərbi qulluqçular barəsində inzibati həbs tətbiq edilə bilməz. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə iclasında Şəxs cəzasını yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən inzibati qaydada tutulmuş şəxs barəsində inzibati həbs istisna olmaqla tətbiq edilən digər inzibati tənbehin həddi, bu Məcəllənin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yuxarı həddinin dörddə üçündən çox ola bilməz. Məhkəmə həmçinin hesab edir ki, cərimə növündə inzibati tənbehin həddi müəyyən edilərkən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin bir gün müddətində inzibati qaydada tutulması da nəzərə alınmalıdır. Beləliklə, inzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın hallarını və xarakterini, Şəxs şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır və hesab edir ki, onun barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə inzibati tənbeh tətbiq edilməsi məqsədəuyğundur. Bu növ tənbehin tətbiqi tənbeh tətbiq edilməsinin məqsədlərini təmin edə bilər. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsinin tərkibi olmadığı üçün onun barəsində həmin maddə ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək inzibati qaydada tutulduğu 01 (bir) gün müddət İnzibati Xətalar Məcəlləsinin 31.4-1-ci maddəsinə əsasən nəzərə alınaraq 150 (yüz əlli) manat məbləğində cərimə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar