Məhkəmə qərarları › İş №3(036)-1511/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1511/2025

27.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1511/2025 27.09.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İmişli rayon polis şöbəsinin İTB-nin sahə rəisi X4, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1979-cu ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işsiz, ünvan 1 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İmişli rayon polis şöbəsinin, İTB-nin sahə rəisi X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Tərtib edilmiş protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə İmişli rayon, Bəhrəmtəpə qəsəbəsi ərazisində DYPB-nin inspektoruna qarşı nalayiq ifadələrdən istifadə etmiş, polisin qanuni tələbini pozmuşdur. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş İmişli rayon polis şöbəsinin, İTB-nin sahə rəisi X6 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 00:17 radələrində İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi istiqamətində DYPB-nin inspektoru polis baş serjantı Nurlan Şərbətov və polis baş serjantı Şükür Atakişiyev ilə birlikdə xidmətdə olduqları zaman Sarxanlı kəndinə gedən yolda “Mersedes” markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilin uzaq vuran güclü işıqla getdiyini və təhlükəsizlik qaydasını pozduğunu müəyyən edib avtomaşını saxlamış, nəqliyyat vasitəsinə yaxınlaşaraq özlərini təqdim edib qayda pozuntusunu vətəndaşa izah edən zaman sürücünün sərxoş olmasını müəyyən etmiş və avtomobili RPŞ-nın duracağına gətirib yerləşdirmişlər. Maşında olan iki sərnişindən biri uca səslə polis əməkdaşlarının ünvanına təhqirlər etmişdir. Həmin vətəndaşı, İmişli rayonu, Sarxanlı kənd sakini X2 nizam-intizama dəvət etsələrdə o, öz hərəkətlərinə davam edərək qanuni göstərişlərə qəsdən məhəl qoymayaraq yenidən söyüş söyüb təhqir etmiş və bu vaxt nəqliyyat vasitəsindəki digər sərnişin Şəxs polis əməkdaşlarını videokameraya çəkməyə və onlara qarşı nalayiq ifadə işlətməyə başlamışdır. Onlar RPŞ-nin PPXB-nin əməkdaşları radio-rabitə vasitəsi ilə köməyə çağırmışlar və bu vaxtda vətəndaşlar öz hərəkətlərinə davam etmiş, ictimai yerdə xuliqanlıq hərəkətlərinə davam etdikləri üçün onları İmişli rayon polis şöbəsinə gətirmişdirlər. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahatında bildirmişdir ki, onlar Sarxanlı kəndi istiqamətində hərəkətdə olan zaman polis əməkdaşları onların avtomobilini saxlamışdır. Saxladıqdan sonra müəyyən edilmişdir ki, sürücü içkilidir, polis əməkdaşları onlardan pul istəmiş, vermədikdə isə onları şöbəyə gətirmişdirlər. O, telefonla çəkiliş etmək istəmiş, daha sonra polis əməkdaşları telefonu ondan alıb çəkilişi silmişdirlər. Polis əməkdaşlarının ünvanına nalayiq ifadə işlətməmiş və tabesizlik göstərməmişdir. Məhkəmə iclasında şahid İmişli RPŞ-nin DYPB-nin polis baş serjantı X1 ifadəsində bildirmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 00:17 radələrində İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi istiqamətində DYPB-nin inspektoru polis baş serjantı Nurlan Şərbətov ilə birlikdə xidmətdə olduqları zaman Sarxanlı kəndinə gedən yolda “Mersedes” markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilin uzaq vuran güclü işıqla getdiyini və təhlükəsizlik qaydasını pozduğunu müəyyən edib avtomaşını saxlamış, nəqliyyat vasitəsinə yaxınlaşaraq özlərini təqdim edib qayda pozuntusunu vətəndaşa izah edən zaman sürücünün sərxoş olmasını müəyyən etmiş və avtomobili RPŞ-nın duracağına gətirib yerləşdirmişlər. Maşında olan iki sərnişindən biri uca səslə polis əməkdaşlarının ünvanına təhqirlər etmişdir. Həmin vətəndaşı, İmişli rayonu, Sarxanlı kənd sakini X2 nizam-intizama dəvət etsələrdə o, öz hərəkətlərinə davam edərək qanuni göstərişlərə qəsdən tabe olmamışdır. Digər sərnişin onlara qarşı nalayiq ifadələr işlətməmiş və tabesizlik göstərməmişdir. Məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinin və 535.1-ci maddəsinin tərkibi yoxdur. Belə ki, iş materiallarında olan raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə saat 00:17 radələrində İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi istiqamətində DYPB-nin inspektoru polis baş serjantı Nurlan Şərbətov və polis baş serjantı Şükür Atakişiyev ilə birlikdə xidmətdə olduqları zaman Sarxanlı kəndinə gedən yolda “Mersedes” markalı **-LS-*** dövlət qeydiyyat nişanlı avtomobilin uzaq vuran güclü işıqla getdiyini və təhlükəsizlik qaydasını pozduğunu müəyyən edib avtomaşını saxlamış, nəqliyyat vasitəsinə yaxınlaşaraq özlərini təqdim edib qayda pozuntusunu vətəndaşa izah edən zaman sürücünün sərxoş olmasını müəyyən etmiş və avtomobili RPŞ-nın duracağına gətirib yerləşdirmişlər. Maşında olan iki sərnişindən biri uca səslə polis əməkdaşlarının ünvanına təhqirlər etmişdir. Həmin vətəndaşı, İmişli rayonu, Sarxanlı kənd sakini X2 nizam-intizama dəvət etsələrdə o, öz hərəkətlərinə davam edərək qanuni göstərişlərə qəsdən məhəl qoymayaraq yenidən söyüş söyüb təhqir etmiş və bu vaxt nəqliyyat vasitəsindəki digər sərnişin Şəxs polis əməkdaşlarını videokameraya çəkməyə və onlara qarşı nalayiq ifadə işlətməyə başlamışdır. Onlar RPŞ-nin PPXB-nin əməkdaşları radio-rabitə vasitəsi ilə köməyə çağırmışlar və bu vaxtda vətəndaşlar öz hərəkətlərinə davam etmiş, ictimai yerdə xuliqanlıq hərəkətlərinə davam etdikləri üçün onları İmişli rayon polis şöbəsinə gətirmişdirlər. İş materiallarında olan inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə İmişli rayon polis şöbəsində ictimai qaydanı pozmuş, həmçinin polis əməkdaşlarının qanuni tələblərinə tabe olmamışdır. İnzibati xəta haqqında işin məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 510-cu və 535.1-ci maddəsinin tərkibi yaranmamışdır. Belə ki, işin halları ilə təsdiq edilir ki, Şəxs etdiyi hərəkətlərdə niyyəti ictimai qaydanı pozmaq olmamışdır. O, yalnız çəkiliş aparmaq istəmiş, polis əməkdaşı müdaxilə edərək telefonu əlindən almışdır. Bu zaman, Şəxs polisin ünvanına nalayiq ifadə işlətməmiş, hər hansı tabesizlik göstərməmişdir. Qeyd edilən hal protokola əlavə edilmiş videogörüntülərdən də müəyyən olunur. Məhkəmə yuxarıda göstərilənlərə əsasən qeyd edir ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyil, əksinə şəxsin qeyd olunan inzibati xətanı törətməsini ilə sübut etmək vəzifəsi protokol tərtib etmiş şəxsin üzərinə düşür, həmçinin barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsirli olması ilə bağlı şübhələr və ziddiyətli məqamlar onun xeyrinə həll olunmalıdır. İndiki halda isə yanız protokol tərtib etmiş şəxsin raportu şəxsin hər hansı inzibati xətanı törətməsini sübut etməyə kifayət etmir. İş üzrə əlavə heç bir sübut mövcud deyil. Azərbaycan Respublikasının İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 105.1-ci maddəsinə əsasən Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Həmin Məcəllənin 114.1-ci və 114.1.4-cü maddələrinə görə inzibati xətalar haqqında işlərə baxılarkən inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Həmin Məcəllənin 114.2-ci və 114.2.1-ci maddələrində müəyyən edilmişdir ki, bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda, inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar çıxarılır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrinin tərkibi olmadığı üçün onun barəsində həmin maddələr ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar