Məhkəmə qərarları › İş №3(036)-152/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-152/2024

12.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-152/2024 12.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs, zərərçəkmiş X3, İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X1 iştirakı ilə, xx.xx.1983-cü ildə İmişli rayonu, Bəcirəvan kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İmişli rayonu, Bəcirəvan kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokol və ona əlavə edilmiş materiallara İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq М Ü Ə Y Y Ə N E T D İ: İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(036)-669/2023 saylı icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra etməmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək göstərdi ki, o, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(036)-669/2023 saylı icra sənədini qəsdən deyil, maddi imkanının ağır olması, əlavə qazanc yerinin olmaması səbəbindən icra etməmiş və icra məmurunun çağırışlarına gələ bilməmişdir. Hal-hazırda icra sənədini tam şəkildə icra etmişdir. Özünü inzibati xəta törətməkdə təqsirli bilir və barəsində inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə iclasında zərərçəkmiş X3 izahat verərək göstərdi ki, borclu Şəxs ona olan borcunu tam şəkildə icra etmişdir və hal-hazırda icra sənədi üzrə ona qarşı heç bir tələbi yoxdur. İmişli Rayon Məhkəməsinin xx.xx.2023-ci il tarixli, 2(036)-669/2023 saylı icra sənədi ilə müəyyən olur ki, Şəxs 1 ədəd 585 əyarlı 20 qram çəkidə 1600 manat dəyərində komplekt nabor, 1 ədəd 585 əyarlı 8 qram çəkidə 640 manat dəyərində nişan üzüyü və 1 ədəd 585 əyarlı 7 qram çəkidə 560 manat dəyərində gül üzük və ya həmin əmlakların dəyəri alınıb iddiaçı X2 verilməlidir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmurunun xx.xx.2023-cü il tarixli qərarı ilə icra sənədi üzrə icraata başlanmış və borclu Şəxs icranı könüllü olaraq təmin edilməsi təklif edilmiş və “Tələbin könüllü icrası haqqında” bildiriş ilə borcluya tələbin könüllü icrası ilə bağlı 10 gün vaxt verilmişdir. İmişli Rayon İcra və Probasiya şöbəsinin xx.xx.2023-cü il tarixli qərarı ilə borclunun məcburi gətirilməsi haqqında qərar qəbul edilmişdir. İmişli Rayon İcra və Probasiya şöbəsinin qərarı əsasında borclu Şəxs haqqında axtarış elan edilmişdir. İşdən görünür ki, icra məmuru tərəfindən icra sənədi üzrə icra tədbirlərinin həyata keçirilməsi barədə, yəni borclunun adına hər hansı bir əmlakın, bank hesablarının, tələbin borclunun yönəldilə biləcək əmək haqqının və sair gəlirlərinin olub-olmamasının müəyyənləşdirilməsi istiqamətində icra tədbirləri görmüş, lakin tələbin yönəldilə biləcəyi əmlak aşkar edilməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə baxışında zərərçəkmiş X3 ərizə verərək borclu Şəxs tərəfindən xx.xx.2023-ci il tarixli, 2(036)-669/2023 saylı icra sənədi üzrə qızıl zinət əşyalarının dəyəri olan 2800 manat pulu ona tam şəkildə ödəmişdir. İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin Qeyd hissəsndə göstərilmişdir ki, bu Məcəllənin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmiş borclu müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdikdə inzibati məsuliyyətdən azad olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.10-cu maddəsinə əsasən bu Məcəllənin Xüsusi hissəsinin müvafiq maddələrinin Qeyd hissələrində bilavasitə müəyyən edilmiş hallarda inzibati xətanı törətmiş şəxs vurulmuş ziyanı tamamilə ödədikdə və zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə hesab edir ki, inzibati xətanı törətmiş şəxs müvafiq icra sənədini həmin inzibati xəta haqqında iş üzrə məhkəmə qərar qəbul edənədək icra etdiyinə görə inzibati məsuliyyətdən azad olunmalı və iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114,115, 135, 130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar