Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1533/2025 30.09.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi ilə, İnzibati xəta haqqında protokolu tərtib etmiş İmişli Rayon Polis X2 Bölməsinin sahə rəisi, polis baş leytenantı X11, Müdafiəçi – İmişli Rayon Vəkil Bürosunun vəkili X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1976-cı il tarixdə İmişli şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İmişli şəhəri, S.Vurğun küçəsi, ev 18-də kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində İmişli rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ : İmişli Rayon Polis Şöbəsinin X2 Bölməsinin sahə rəisi, polis baş leytenantı X16 tərəfindən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi barədə 30 sentyabr 2025-ci il tarixli protokol tərtib edilərək inzibati xəta haqqında material baxılması üçün məhkəməyə göndərilmişdir. İmişli Rayon Polis Şöbəsinin X2 Bölməsinin sahə rəisi, polis baş leytenantı X16 tərəfindən tərtib olunmuş 30 sentyabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə İmişli şəhər Gigiyena və Epidemologiya Mərkəzində ictimai qaydanı pozaraq ünvansız nalayiq ifadələr işlətmişdir. Məhkəmə iclasında barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilməyərək ifadəsində qeyd etmişdir ki, o, həyat yoldaşı İmişli rayon Gigiyena və Epidemologiya Mərkəzində işləyir və ona icazə almaq üçün ora getmişdir. Həmin vaxt hava yağışlı olmuşdur. Həmin vaxt Abbas Qasımov onu itələyərək yerə yıxmışdır. Palçılığa bulanmış və telefonu sınmışdır. Onun bu hərəkətini orda işləyən əməkdaşlar da görmüşdür. Bundan sonra o, 102 xidmətinə zəng vuraraq şikayətçi olmadığını bildirmişdir. İmişli Rayon Vəkil Bürosunun vəkili X8 ifadəsində göstərmişdir ki, hüquqların müdafiə etdiyi şəxs Şəxs barəsində tərtib edilmiş protokol natamamdır. Çünki, idarənin həyətində quraşdırılmış kamera görüntüləri əldə edilməlidir. Əgər onu vurub yıxıbsa Abbas Qasımovun əməlində cinayət tərkibi olduğunu bildirmiş təhqiqat və istintaq orqanlarında araşdırma aparılmalıdır. Ona görə görə də inzibati xətalar məcəlləsinin 510-cu maddəsinin tərkib əlamətləri yoxdur və hadisədən dörd ay keçməsinə baxmayaraq şəxsin barəsində nə çağırış bildirişı nə də hər hansı bir qərar qəbul edilməmişdir. Məhkəmə iclasında İmişli Rayon Polis Şöbəsinin X2 Bölməsinin sahə rəisi, polis baş leytenantı X16 protokolun məzmununa uyğun izahat verərək Şəxs Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində müvafiq olaraq 30 sentyabr 2025-ci il tarixli protokol tərtib olunduğunu bildirmiş və tərtib olunmuş protokolun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. X3 ifadəsində göstərmişdir ki, Şəxs dəfələrlə idarəyə gələrək idarəyə icazəsiz daxil olmuş, videoçəkiliş aparmış, iş ahəngini və nizam - intizam qaydalarını pozmağa çalışmış, işçiləri təhqir edərək işçilər və rəhbərlik haqqında xoşagələməz sözlər söyləmişdir. İmişli şəhəri, S.Vurğun küçəsi, ev 18 ünvanında yaşayan Şəxs növbəti dəfə isə xx.xx.2025-ci il tarixdə idarəyə gələrək icazəsiz daxil olmuş, videoçəkiliş aparmış, bunun müqabilində işçilər ona müdaxilə etmişlər. Şəxs isə cavabında idarənin rəhbərliyini və işçilərini söyərək təhqir etmişdir. Şəxs bu hərəkətinə görə o, onun qolundan tutaraq idarənin həyətindən çıxartmışdır. Bu zaman Şəxs ona qarşı çox nalayiq söyüşlər söymüşdür. Şəxs bu vəziyyətdə görən gəlinləri idarədə dezinfektor vəzifəsində işləyən X9 və idarənin digər işçisi dezinfektor X1 qolundan tutaraq evlərinə aparmağa çalışdılar. Bu zamanda Cabir yenidən onun haqqında çox nalayiq söyüşlər söyləməyə başlamışdır. Bu hal birinci dəfə deyil, bir neçə dəfə təkrar olunmuşdur. Bir çox işçilər bu hadisəyə şahiddir. Bu hadisəylə bağlı akt tərtib olunub, imzalanılıb və məktuba əlavə edilmişdir. Odur ki, Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş X12 bildirmişdir ki, Şəxs dəfələrlə idarəyə gələrək idarəyə icazəsiz daxil olmuş, videoçəkiliş aparmış, iş ahəngini və nizam - intizam qaydalarını pozmağa çalışmış, işçiləri təhqir edərək işçilər və rəhbərlik haqqında xoşagələməz sözlər söyləmişdir. Daha sonra idarənin əməkdaşı Abbas Qasımovla aralarında münaqişə yaranmış və həmin şəxs Abbas Qasımovun da ünvanına nalayiq ifadələr işlətmişdir. Daha sonra digər işçi Elşən Dəmirov onlara yaxınlaşmış və Cabiri oradan uzaqlaşdıraraq idarənin çölünə çıxartmışdır. İş üzrə şahid X7 ifadə verərək, şahid X5 göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişlər. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmişli Rayon Polis X2 Bölməsinin sahə rəisi, polis baş leytenantı X16 tərəfindən tərtib edilmiş 30 sentyabr 2025-cü il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə İmişli şəhər Gigiyena və Epidemologiya Mərkəzində ictimai qaydanı pozaraq ünvansız nalayiq ifadələr işlətdiyinə görə Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsində nəzərdə tutulan inzibati xətanı törətmişdir; Azərbaycan Respublikası İmişli rayon Gigiyena və Epidemologiya Mərkəzinin xx.xx.2025-ci il tarixli 245 nömrəli məktubundan görünür ki, İmişli rayon Gigiyena və Epidemiologiya Mərkəzinin rəhbəri olaraq məlum edir ki, dəfələrlə idarəyə gələrək idarəyə icazəsiz daxil olan, videoçəkiliş aparan, iş ahəngini və nizam- intizam qaydalarını pozmağa çalışan, işçiləri təhqir edərək işçilər və rəhbərlik haqqında xoşagələməz sözlər söyləyən İmişli şəhəri, S.Vurğun küçəsi, ev 18 ünvanında yaşayan Şəxs növbəti dəfə isə xx.xx.2025-ci il tarixdə idarəyə gələrək icazəsiz daxil olmuş, videoçəkiliş aparmış, bunun müqabilində işçilər Şəxs müdaxilə etmişlər. Şəxs isə cavabında idarənin rəhbərliyini və işçilərinin söyərək təhqir etmişdir. H.Cabirin bu hərəkətinə görə idarənin əməyin mühafizəsi üzrə mühəndisi X14 onun qolundan tutaraq idarənin həyətindən çıxartdı. Bu zaman Şəxs Abbas Qasımova çox nalayiq söyüşlər söydü. Şəxs bu vəziyyətdə görən gəlinləri idarəmizdə dezinfektor vəzifəsində işləyən X9 və idarənin digər işçisi dezinfektor X1 qolundan tutaraq evlərinə aparmağa çalışdılar. Bu zamanda Cabir yenidən Abbas Qasımov haqqında çox nalayiq söyüşlər söyləməyə başladı. Bu hal birinci dəfə deyil, bir neçə dəfə təkrar olunmuşdur. Bir çox işçilər bu hadisəyə şahiddir. Bu hadisəylə bağlı akt tərtib olunub, imzalanılıb və məktuba əlavə edilir. Odur ki, Şəxs haqqında xüsusi tədbir görülməsi xahiş olunmuşdur. xx.xx.2025-ci il tarixli aktdan görünür ki, İmişli şəhəri, S.Vurğun küçəsi, ev 18 ünvanında yaşayan Şəxs xx.xx.2025-ci il tarixdə saat 17:20-də idarəyə gələrək icazəsiz idarənin həyətinə daxil olaraq, videoçəkiliş aparmış, bunun müqabilində işçilər Şəxs müdaxilə etmişlər. Şəxs isə cavabında idarənin rəhbərliyini və işçilərinin söyərək təhqir etmişdir. Şəxs bu hərəkətinə görə idarənin əməyin mühafizəsi üzrə mühəndisi X14 onun qolundan tutaraq idarənin həyətindən çıxartmış, bu zaman Şəxs Abbas Qasımova çox nalayiq söyüşlər söydü. Şəxs bu vəziyyətdə görən gəlinləri idarədə dezinfektor vəzifəsində işləyən X9 və idarənin digər işçisi dezinfektor X1 qolundan tutaraq evlərinə aparmağa çalışdılar. Bu zamanda Cabir yenidən Abbas Qasımov haqqında çox nalayiq söyüşlər söyləməyə başladı. Bu hal birinci dəfə deyil, bir neçə dəfə təkrar olunmuşdur. Aktın doğruluğunu imzaları ilə təsdiq etmişlər. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 31.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır; 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən hal hesab edilir; 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən İnzibati Xətalar Məcəlləsinin 32.1.1-32.1.7-ci maddələrində göstərilməmiş başqa hallar da hakim tərəfindən məsuliyyəti yüngülləşdirən hal qismində nəzərə alına bilər; 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol, inzibati xəta törətmiş şəxsin izahatı, şahidlərin ifadələri və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, Şəxs ictimai qaydanı kobud surətdə pozmuşdur. xx.xx.2025-ci il tarixdə İmişli şəhər Gigiyena və Epidemologiya Mərkəzində nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuşdur. Bununla da, Şəxs fiziki şəxs olaraq Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən hal kimi barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin əməlindən peşmançılıq çəkməsini (İXM-32.1.1), ağırlaşdıran halların olmamasını nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək, hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə təqsirli bilinməli və barəsində cərimə növündə inzibati tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43- 48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 100 (bir yüz) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-1533/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1533/2025
30.09.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver