Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-1545/2025 08.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlu, X3 Xidmətinin Mil-Muğan Regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarınn ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayəti nəzərdən keçirib MÜƏYYƏN ETDİM: X2 şikayət ərizəsi ilə İmişli Rayon Məhkəməsinə müraciət edərək X3 Xidmətinin Mil- Muğan Regional şöbəsi tərəfindən xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati tənbeh vermə haqqında barəsində tərtib edilmiş qərarın ləğv edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. Şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edirəm ki, şikayət və ona əlavə edilmiş sənədlər şikayətçiyə geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 61.1.6-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin inzibati xətalar haqqında işlər üzrə icraatın təmin edilməsi tədbirlərinin tətbiqindən və iş üzrə qəbul edilmiş qərardan şikayət vermək hüququ var; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Şikayətə əlavə edilmiş sənədlərdən müəyyən edilir ki, X2 tərəfindən mübahisələndirilən X3 Xidmətinin Mil-Muğan Regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərar şikayətə əlavə edilməmişdir. Beləliklə, inzibati xəta materialını araşdırıb, hesab edirəm ki, mübahisələndirilən qərar şikayətə əlavə edilmədiyindən şikayət və ona əlavə edilmiş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Əlavə olaraq şikayət vermiş şəxsə qəbul edilmiş qərarından onu şikayətə əlavə etməklə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə yuxarıda göstərilən maddələrinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115, 128 və 132-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİM: X3 Xidmətinin Mil-Muğan Regional şöbəsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN seriyalı ******* saylı inzibati xəta haqqında qərarın ləğv edilməsi barədə X2 tərəfindən verilmiş şikayət və ona əlavə olunmuş sənədlər X1 geri qaytarılsın. Qərardaddan şikayət verilə bilməz. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-1545/2025
İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-1545/2025
08.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver