Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-155/2020 12.05.2020 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, X7 Aydın oğlunun katibliyi, Şikayət vermiş şəxs X4 iştirakı ilə, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğına Nəzarət Xidmətinin Muğan regional Dövlət X5 rəisi X1 xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarından X8 tərəfindən verilmiş şikayətə baxaraq, məhkəmə Müəyyən etdi: Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğına Nəzarət Xidmətinin Muğan regional Dövlət X5 rəisi X1 xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ilə “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin İmişli rayon filialının inzibatçısı X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 350 manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət verilməsi qərara alınmışdır. X8 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək həmin qərarın ləğv edilməsini və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Məhkəmə iclasında X8 şikayətində göstərdiyi xüsusatlara uyğun izahat verərək şikayətini müddafiə etdi və göstərdi ki, o, “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin İmişli rayon filialının inzibatçısı vəzifəsində işləyir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğına Nəzarət Xidmətinin Muğan regional Dövlət X5 əməkdaşları onun iş yerinə gələrək binaya baxış keçirdikdən sonra onun barəsində qanunvericinin tələblərinə uyğun olmayan qərar qəbul etməklə onu 300 manat məbləğində cərimə etmişlər və əsas olaraq göstərmişlər ki, guya “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin İmişli rayon filialının mağazasında yanğın təhlükəsizliyi qaydaları pozulmuşdur. Halbu ki, mağazanın binasında yanğın təhlükəsizlik qaydalarına tam əməl olunmuş, o cümlədən mağaza elektrik naqillərinin sınaq protokollarının yoxlanılması aktı və ilkin yanğınsöndürmə vasitələri ilə tam təmin olunmuşdur. Bu səbəbdən hesab edir ki, qəbul olunmuş qərar əsassızdır. Bundan başqa qərar qəbul edilərkən İnzibati Xətalar Məcəlləsinin müvafiq norması düzgün tətbiq edilməmişdir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə görə qeyd olunan inzibati xətanın törədilməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir. Yəni, o həmin inzibati xətanı törətsəydi belə fiziki şəxs olduğundan ona xəbərdarlıq edilə və ya iyirmi manatdan otuz manatadək məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilə bilərdi. Bütün bunlara baxmayaq Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğına Nəzarət Xidmətinin Muğan regional Dövlət X5 rəisi X3 onu özü özlüyündə hüquqi şəxs qismində tanıyaraq 300 manat məbləğində cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul etmişdir ki, bu da qanunun normasının düzgün tətbiq olunmaması ilə nəticələnmişdir. Qeyd olunan əsaslara görə hesab edir ki, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğına Nəzarət Xidmətinin Muğan regional Dövlət X5 rəisi X1 xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Odur ki, şikayətin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğına Nəzarət Xidmətinin Muğan regional Dövlət X6 məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq onun nümayəndəsi məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə inzibati xəta haqqında iş üzrə qərardan verilmiş şikayətə Muğan regional Dövlət X5 nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə şikayət vermiş şəxsi dinləyib iş materiallarını araşdıraraq hesab edir ki, şikayət aşağıda qeyd olunan əsaslara görə təmin edilməlidir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğına Nəzarət Xidmətinin Muğan regional Dövlət X5 rəisi X1 xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ilə “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin İmişli rayon filialının inzibatçısı X8 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində göstərilən inzibati xətanı törətməkdə təqsirli bilinərək ona 350 manat məbləğində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi və törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsinə əsasən mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir. Qanunun normasından görünür ki, qeyd olunan xətanın törədilməsinə görə 350 manat məbləğində inzibati cərimə yalnız hüquqi şəxslərin barəsində tətbiq edilə bilər. Lakin, iş materiallarından da göründüyü kimi barəsində inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmiş şəxs X8 hüquqi şəxs deyil, fiziki şəxsdir. Məhkəmə qeyd edir ki, iş materiallarında “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin İmişli rayon filialının göstərilən inzibati xətanı törədib törətməməsi barədə hər hansı sübutlar mövcud deyildir. Lakin “xxxxxxxxxxxxxxxxxxx” MMC-nin İmişli rayon filialının göstərilən inzibati xətanı törətməsi sübuta yetirilmiş olsaydı belə, həmin xətanın törədilməsinə görə X8 məsuliyyətə cəlb edilə bilməz. Nəzərə alınmalıdır ki, X8 fiziki şəxs kimi həmin mağazanın sahibi olsaydı, həmin xətanın törədilməsinə görə məsuliyyətə cəlb edilə bilərdi. X2 həmin mağazanın sahibi deyil, həmin mağazada işçi kimi fəaliyyət göstərir. “xxxxxxxxxxxxxxxxxxx” MMC-ninİmişli rayon filialının yanğın təhlükəsizlik qaydalarını pozmasına görə (əgər pozmuşdursa) onun işçisi məsuliyyət daşımır. İnzibati Xətalar Məcəlləsinin 518.1-ci maddəsində fiziki şəxslər dedikdə hər hansı hüquqi şəxsin nəznində işçi kimi fəaliyyət göstərən fiziki şəxslər deyil, obyekt sahibi olan fiziki şəxslər nəzərdə tutulur. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraata başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin Məcəllənin 134.1.3-cü maddəsinə görə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, X4 əməlində hər hansı inzibati xəta tərkibi olmadığından Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğına Nəzarət Xidmətinin Muğan regional Dövlət X5 rəisi X1 xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və X4 barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 114-118 və 128-130 maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şikayət təmin edilsin. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğına Nəzarət Xidmətinin Muğan regional Dövlət X5 rəisi X1 xx xxxxxx 2020-ci il tarixli, MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №3(036)-155/2020
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-155/2020
12.05.2020 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver