Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-155/2025 19.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi, Protokol tərtib etmiş şəxs İmişli RPŞ-nin İTB-nin sahə rəisi X2, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakları ilə, xx.xx.1995-ci ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, İmişli şəhəri, Heydər Əliyev prospekti, ev 109, mənzil 03 ünvanında qeydiyyatda olan və həmin ünvanda yaşayan (FİN: xxxxxxx) Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddəsi ilə tərtib edilmiş inzibati xəta haqqında protokola və ona əlavə edilmiş materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İmişli Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddəsi ilə 19 yanvar 2025-ci il tarixli, MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunaraq baxılması üçün məhkəməyə göndərilmişdir. Protokol ona görə tərtib olunmuşdur ki, Şəxs xx.xx.2025-ci il tarixində qanunsuz küçə yürüşü keçirərək, ünvansız nalayiq ifadələr işlətməklə polisin qanuni tələblərinə məhəl qoymamışdır. Nəticədə Şəxs tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510-cu və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Məhkəmə iclasında iştirak edən inzibati xəta haqqında protokol tərtib etmiş İmişli Rayon Polis Şöbəsinin İTB-nin sahə rəisi X6 tərtib etdiyi protokolu müdafiə edərək izahatında bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə baş vermiş avtonəqliyyat hadisəsi yerindən İmişli RPŞ-nin PPXB-nin polis nəfərləri, polis baş serjantı İdris Məmmədov, Gündüz İsmayılov, Şamil Həbibli ilə birlikdə xitmətdə olarkən orada olan vətəndaşlardan bir neçəsi qanunsuz olaraq küçə yürüşləri keçirmiş və bu zaman ünvansız nalayiq ifadələr səsləndirirərək onların qanuni tələblərinə tabe olmadıqları üçün onlardan bir neçəsi PPXBnın polis nəfərləri, polis baş serjantı İdris Məmmədov, Gündüz İsmayılov və Şamil Həbibli tərəfindən RPŞ-yə gətirilmişdir. Bundan başqa, yolun boşaldılması barədə polisin əmrinə tabe olmayaraq, avtomobilini yoldan çəkməmişdir. Göstərilən halları nəzərə alaraq, Şəxs barəsində həbs növündə inzibati tənbeh tətbiq edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs özünü təqsirli bilərək izahatında bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə saat 15:00-da özunə məxsuz olan “OPEL” minik markalı maşınla müştərini aparan zaman İmişli RPŞ-nin qarşısında insanların toplandığını görmüş, həmin an o, avtomobildən enərək qanunsuz təşkil edilən mitinqə qoşulmuşdur. İmişli RPŞ-nin əməkdaşları ona yaxınlaşaraq geri çəkilməyini, yolu açmaqlarını istəmişdirlər. Məhkəmə iclasında şahid İmişli RPŞ-nin serjantı X3 ifadəsində bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə baş verən qəza ilə bağlı PPX-nin polis nəfərləri Elnur İbrahimov, Gündüz İsmayılovla bir yerdə xidmətdə olduğu zaman bir neçə şəxs qanunsuz olaraq küçə yürüşləri keçirmiş, bu zaman onlar ictimai qaydanı pozmuşdur. Onları nizam-intizama dəvət etsələr də, onlar tabeçilik göstərməmişlər. Şəxs də hadisə yerində avtomobilin yanına xuliqanlıq hərəkətləri etmişdir. Məhkəmə iclasında şahid İmişli RPŞ-nin baş serjantı X4 ifadəsində bildirmişdir ki, o, xx.xx.2025-ci tarixdə baş vermiş avtonəqliyyat hadisəsi yerində PPXB-nın polis nəfəri İdris Məmmədov, Şamil Həbibli, Elnur İbrahimovla birlikdə xidmətdə olarkən orada olan vətəndaşlardan bir neçəsi qanunsuz olaraq küçə yürüşləri keçirmiş, bu zaman ünvansız nalayiq söyüşlər söyərək onlar polis əməkdaşlarına tabe olmamışlar ona görədə onları İmişli RPŞ-nə gətirmişdirlər. Şəxs də həmin şəxslərin arasında idi. Ona yolu boşaltmağı barədə göstəriş verilməsinə baxmayaraq, əmrə tabe olmamışdır. Daha sonra, kütlə şəklində polis şöbəsinə getmişdirlər və Şəxs avtomobilini yoldan çəkməyərək növbəti dəfə polisin əmrinə tabe olmamışdır. Məhkəmə iclasında şahid İmişli RPŞ-nin serjantı X5 ifadəsində bildirmişdir ki, o, xx.xx.2025-ci il tarixdə baş verən qəza ilə bağlı PPX-nin polis nəfərləri Məmmədov İdris və Gündüz İsmayılovla bir yerdə xidmətdə olduğu zaman bir neçə şəxsin qanunsuz olaraq küçə yürüşləri keçirmiş, bu zaman onlar ictimai qaydanı pozmuşdur. Onlar nizam-intizama dəvət etsəkdə, onlar tabeçilik göstərməmişlər. Orxan da həmin şəxslərin arasında idi. Daha sonra, bir qrup şəxs, Orxan da daxil olmaqla polis şöbəsinə doğru hərəkət etmiş və polis şöbəsinin qarşısında növbəti dəfə polisin əmrinə tabe olmamışdırlar. Ona görə də onları İmişli RPŞ-nə gətirmişdirlər. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək və inzibati xəta haqqında işin materiallarını araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi tam sübuta yetirilir. İş materiallarında olan İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 19 yanvar 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə İmişli şəhər ərazisində uca səslərlə səs-küy salaraq ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmaması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi göstərilmiş və barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə baş vermiş avtonəqliyyat hadisəsi yerində RPŞ-nin PPXB-nin polis nəfərləri, polis baş serjantı İdris Məmmədov, Gündüz İsmayılov və Şamil Həbibli ilə birlikdə xidmətdə olarkən orada olan vətəndaşlardan bir neçəsi qanunsuz olaraq küçə yürüşləri keçirmiş və bu zaman ünvansız nalayiq ifadələr səsləndirərək onların qanuni tələblərinə tabe olmadıqları üçün onlardan bir neçəsi PPXB-nün polis nəfərləri, polis baş serjantı İdris Məmmədov, Gündüz İsmayılov və Şamil Həbibli tərəfindən RPŞ-yə gətirilmişdir. RPŞ-də məlum oldu ki, həmin şəxlər İmişli şəhəri, H.Əliyev prospekti ev 109-da yaşayan xx.xx.1995-ci il təvəllüdlü Şəxs İmişli rayonu, Yalavac kəndində yaşayan xx.xx.1995-ci il təvəllüdlü X1 və Fizuli rayonu, Horadiz qəsəbəsində yaşayan xx.xx.2001-ci il təvəllüdlü X7r. Beləliklə, Şəxs polis işçiləri ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmaması, həmçinin xırda xuliqanlıq etməsi, yəni Azərbaycan Respublikasının İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətaları törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, özünün etirafı və digər iş materialları ilə tam sübuta yetirilmişdir. Qeyd edilən əməllərin inzibati xəta olmasını aradan qaldıran hallar, həmçinin inzibati məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikasının İXM-in 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icaat aparılan şəxsə inzibati tənbeh tətbiq edərkən Azərbaycan Respublikasının İXM-nin aşağıdakı prinsip və müddəalarını rəhbər tutur. Azərbaycan Respublikasının İXM-nin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, Şəxs şəxsiyyətini və təqsirinin dərəcəsini nəzərə alır, inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını, iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli 19 yanvar 2025-ci il tarixdən saat 19:55-dən hesablanmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İXM-nin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinərək həmin Məcəllənin 535.1-ci maddəsinə əsasən 15 (on beş) gün müddətinə inzibati qaydada həbs edilsin. İnzibati həbsdə saxlama müddətinin əvvəli 19 yanvar 2025-ci il tarixdən saat 19:55dən hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №3(036)-155/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-155/2025
19.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver