Məhkəmə qərarları › İş №3(036)-156/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-156/2025

19.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-156/2025 19.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş İmişli Rayon Polis X2 Bölməsinin sahə rəisi, polis kapitanı X4, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1995-ci ildə İmişli rayonu, Yalavac kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İmişli rayonu, Yalavac kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 18 yanvar 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə İmişli şəhər ərazisində uca səslərlə səs-küy salaraq ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında İmişli Rayon Polis X2 Bölməsinin sahə rəisi, polis kapitanı X8 inzibati xəta haqqında protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə İmişli şəhər ərazisində məlum hadisə nəticəsində bir neçə vətəndaşlarla qanunsuz olaraq küçə yürüşləri keçirmiş və uca səslərlə ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmamışdır. Həmin şəxs Şəxs olmuşdur. Şəxs İmişli rayon polis şöbəsinin inzibati binasına dəvət olunsa da o, gəlməkdən imtina etmişdir. Şəxs İmişli rayon polis şöbəsinin post patrul əməkdaşlarının vasitəsi ilə polis şöbəsinin inzibati binasına gətirilmişdir. Odur ki, göstərilənlərə əsasən o, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətaları törətdiyinə görə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs izahat verərək bildirmişdir ki, xx.xx.2025-ci il tarixində saat 13 radələrində evdə olduğu vaxt qonşusu Xuraman adlı şəxs ona demişdir ki, yol nəqliyyat hadisəsində onun yaxın qohumlarının azyaşlı uşaqları həlak olublar. Ondan sonra o, yol nəqliyyat hadisəsi olan yerə gəlmişdir. Təxminən 10 dəqiqə sonra polis əməkdaşları ilə vətəndaşların arasında dava-dalaş olmuşdur. O, həmin vaxt vətəndaşlara və polislərə yaxınlaşmış, polisləri itələməyə başlamışdır ki, vətəndaşlardan uzaqlaşsınlar. Həmin vaxt polislərlə arasında mübahisə olmuş, daha sonra o, oradan uzaqlaşıb getmişdir. Yolnəqliyyat hadisəsinin iştirakçısı olan polisin xidməti avtomobili yolda olmuşdur. Polis əməkdaşları orada olan sakinlərdən tələb etdi ki, hadisə baş verən yerdən uzaqlaşsınlar. O, də polis əməkdaşlarının tələbini yerinə yetirib oradan uzaqlaşıb getmişdir. Ona görə də barəsində yüngül cəza verilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X6 ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə baş vermiş avtonəqliyyat hadisəsi yerində PPXB-nin polis nəfəri İdris Məmmədov, Şamil Həbibli və Elnur İbrahimovla birlikdə xidmətdə olarkən orada olan vətəndaşlardan bir neçəsi qanunsuz olaraq küçə yürüşləri keçirmiş, bu zaman Şəxs uca səslə qışqırmış və onların qanuni tələblərinə tabe olmamışdır. Ona görə də Şəxs İmişli Rayon Polis şöbəsinin inzibati binasına gətirilmiş və növbətçi hissəyə təhvil verildi. Məhkəmə iclasında şahid X7 və X5 şahid qismində dindirilmiş X6 ilə oxşar məzmunda ifadə verərək, həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 19 yanvar 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə İmişli şəhər ərazisində uca səslərlə səs-küy salaraq ictimai qaydanı pozmuş və polisin qanuni tələbinə tabe olmaması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi göstərilmiş və barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. xx.xx.2025-ci il tarixli raportdan görünür ki, 18.01,2025-ci il tarixdə baş vermiş avtonəqliyyat hadisəsi yerində RPŞ-nin PPXB-nin polis nəfərləri, polis baş serjantı İdris Məmmədov, Gündüz İsmayılov və Şamil Həbibli ilə birlikdə xidmətdə olarkən orada olan vətəndaşlardan bir neçəsi qanunsuz olaraq küçə yürüşləri keçirmiş və bu zaman ünvansız nalayiq ifadələr səsləndirərək onların qanuni tələblərinə tabe olmadıqları üçün onlardan bir neçəsi PPXB-nün polis nəfərləri, polis baş serjantı İdris Məmmədov, Gündüz İsmayılov və Şamil Həbibli tərəfindən RPŞ-yə gətirilmişdir. RPŞ-də məlum oldu ki, həmin şəxlər İmişli şəhəri, H.Əliyev prospekti ev 109-da yaşayan xx.xx.1995-ci il təvəllüdlü X1 rayonu, Yalavac kəndində yaşayan xx.xx.1995-ci il təvəllüdlü X3 və Fizuli rayonu, Horadiz qəsəbəsində yaşayan xx.xx.2001-ci il təvəllüdlü Şəxsdur. Göstərilənləri nəzərə alıb raportun araşdırılmasına dair göstəriş verilməsi xahiş edilmişdir. Məhkəmə, tərəflərin izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə birindən az ola bilməz. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən olunmamasını, iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 34.3-cü maddəsinin tələbləri nəzərə alınmaqla Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati həbs tənbeh tədbiri tətbiq edilməli, həbsetmənin əvvəli 19 yanvar 2025-ci il tarixdən saat 20:30-dan hesablanmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 15 (on beş) gün müddətində inzibati həbs növündə inzibati tənbeh tətbiq edilsin. İnzibati həbsdə saxlamanın əvvəli 19 yanvar 2025-ci il tarixdən saat 20:30-dan hesablansın. Qərarın icrası Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar