Məhkəmə qərarları › İş №3(036)-158/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-158/2023

07.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-158/2023 07.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Hacıyev Qurban Hamid oğlunun sədrliyi, Ağalı Ələmşah Əlabbas oğlunın katibliyi, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs və İmişli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X2 iştirakları ilə, 04 avqust 1987-ci il tarixdə İmişli rayonunun Muradxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, "xxxx" MMC-də fəhlə işləyən, əvvəllər məhkum olunmamış, İmişli rayonunun Muradxanlı kəndində qeydiyyatda olmaqla həmin kənddə yaşayan Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə İmişli rayon İcra və Probasiya şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində İmişli rayon İcra və Probasiya şöbəsi tərəfindən Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, İmişli rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(036)- 495/2022 saylı icra sənədlərini üzrsüz səbəbdən icra etməmişdir. Məkhəmə iclasında barəsində inzibati protokol tərtib edilmiş Şəxs izahatında göstərdi ki, o, məhkəmə qərarının icrasından boyun qaçırmır, maddi imkanı olmadığına görə icra edə bilməmişdir. Lakin hazırda icra sənədi üzrə borcun ödənilməsi icra məmuru tərəfindən onun əmək haqqına yönəldilmişdir. Bundan əlavə 07 fevral 2023-cü il tarixdə tələbkara ödənilməsi üçün İmişli rayon İcra və Probasiya Şöbəsinin depozit hesabına 300 (üç yüz) manat ödəniş etmişdir. Bundan sonra da ödənişləri davamlı olaraq həyata keçirəcəkdir. Onun niyyəti qətnamənin icrasından boyun qaçırmaq deyil, sadəcə olaraq icra sənədini birdəfəyə icra edə bilmir. Odur ki, məhkəmə qərarının icrasından qəsdən boyun qaçırılmamasının nəzərə alınmasını və barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etdi. İnzibati xəta haqqında protokol tərtib etmiş şəxs İmişli rayon İcra və Probasiya şöbəsinin böyük icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X4 bildirdi ki, İmişli rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(036)-495/2022 saylı saylı icra sənədinə əsasən cavabdeh Şəxs 10000 (on min) manat məbləğində pul və 30 manat məbləğində dövlət rüsumu alınıb iddiaçı X1 verilməlidir. Borclu icra sənədini könüllü icra etmədiyinə görə borcun ödənilməsi onun iş yeri üzrə əmək haqqına yönəldilmişdir. Bundan əlavə borclu tələbkara olduğu borcdan 300 (üç yüz) manat ödəniş etmişdir. Lakin borclu icra sənədini tam icra etmir. Odur ki, borclunun barəsində inzibati tənbeh tətbiq olunmamasını xahiş edir. Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə fiziki şəxslər beş yüz manatdan min manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bir ayadək müddətə inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında borclu Şəxs İmişli rayon Məhkəməsinin 22 iyun 2021-ci il tarixli 2(036)-495/2022 saylı icra sənədini üzrsüz səbəblərdən icra etməməsi müəyyən edilməmişdir. Belə olan halda məhkəmə hesab edir ki, onun əməlində inzibati xəta tərkibi yoxdur. Azərbaycan Respublikası İXM-nin 53.0.2-ci maddəsinə görə inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Azərbaycan Respublikası İXM-nin 105.1 və 114.2.1-ci maddələrinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Şərh olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, Şəxs barəsində başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Аzərbaycan Рespublikası İXM-nin 53, 112, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinin tərkib hissəsi olmadığından barəsində olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində Şirvan Apelyasiya məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Qurban Hacıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar