Məhkəmə qərarları › İş №3(036)-1580/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1580/2025

30.10.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1580/2025 30.10.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qıznın katibliyi ilə, Şəxs İstehsal Kooperativ Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 253.2 və 253.4-cü maddələri ilə inzibati məsuliyyətə cəlb edilməsinə dair Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsindən daxil olan inzibati xəta haqqında protokola İmişli Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə, MÜƏYYƏNETDİ: Şəxs Azərbaycan Respublikasındakı filialı barəsində Azərbaycan Respublikasının Ekologiya və Təbii Sərvətlər Nazirliyi 3 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Azərbaycan Respublikasının İXMnin 253.2 və 253.4-cü maddələri ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsinə dair xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmişdir. Protokoldan görünür ki, xx.xx.2025-ci il tarixdə İmişli rayonu ərazisindən keçən Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil magistiral yolunun 11-ci km-də Şəxsnə aid torpaq sahəsində hamarlama işləri aparılarkən 53 ədəd yaş halda yulğun kolunun məhv edilməsi və 28 ədəd yulğun kolunun zədələnməsi faktı aşkar edilmişdir. Bununla da, Şəxs İXM-nin 253.2 və 253.4-cü maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, iş üzrə icraata Azərbaycan Respublikasının İXM-nin 53.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli 91062 saylı akta əlavə edilmiş cədvəlindən görünür ki, 53 ədəd yaş halda yulğun kolunun məhv edilməsi nəticəsində 4240 (dörd min iki yüz qırx) manat ziyan dəymişdir. İş materiallarında olan fotoşəkillərdən görünür ki, həmin torpaq sahəsində aparılmış qazma çoxlu sayda müxtəlif ağac kötükləri çıxarılmışdır. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli çıxarışın surətindən görünür ki, İmişli rayonu ərazisində yerləşən 77.50 ha torpaq sahəsi X1 icarəyə verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli çıxarışın surətindən görünür ki, İmişli rayonu ərazisində yerləşən 9.20 ha torpaq sahəsi X1 icarəyə verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli çıxarışın surətindən görünür ki, İmişli rayonu ərazisində yerləşən 80.77 ha torpaq sahəsi X1 icarəyə verilmişdir. İş materiallarında olan Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri PHŞ-nın hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** nömrəli çıxarışın surətindən görünür ki, İmişli rayonu ərazisində yerləşən 40 ha torpaq sahəsi X1 icarəyə verilmişdir. xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati xəta haqqında protokoldan görünür ki, İmişli rayonu ərazisindən keçən Ağsu-Kürdəmir-Bəhrəmtəpə avtomobil magistiral yolunun 11-ci km-də Şəxsnə aid torpaq sahəsində hamarlama işləri aparılarkən 53 ədəd yaş halda yulğun kolunun məhv edilməsi və 28 ədəd yulğun kolunun zədələnməsi faktı aşkar edilmişdir. Bununla da, Şəxs İXM-nin 253.2 və 253.4-cü maddələrində nəzərdə tutulmuş xətanı törətmişdir. Beləliklə, məhkəmə tərəfindən müəyyən olundu ki, Şəxs tərəfindən quyularının qazılması zamanı yulğun kolunun məhv edilməsi faktı aşkar olunmuşdur. Məhkəmə hesab edir ki, yoxlama mahiyyətcə ekoloji nəzarət çərçivəsində həyata keçirilsə də, lakin sahibkarlıq subyektinə yönəldiyindən, forma baxımından sahibkarlıq sahəsində aparılan yoxlamaya aiddir və bu zaman "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Qanunun tələblərinə əməl olunmalı idi. Belə ki, Şəxs quyuların qazılması ilə məşğul olan sahibkarlıq subyektidir və bu fəaliyyətin ekoloji tələblərə uyğun aparılması tələb olunur. Ekologiya Nazirliyi tərəfindən aparılan yoxlama, məhz sahibkarlıq fəaliyyətinin ekoloji tələblərə uyğunluğunu yoxlamaq məqsədini güdür, buna görə də bu yoxlama sahibkarlıq fəaliyyəti çərçivəsində aparılır. Buna əsasən, yoxlamanın reyestrdə qeydiyyatdan keçməsi tələb olunur, çünki sahibkarlıq fəaliyyətinin tənzimlənməsi üçün bu cür yoxlamalar qanuna uyğun şəkildə həyata keçirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, 3 saylı RETSİ-i tərəfindən aparılmış yoxlama (araşdırma və monitorinq) qanuni olmamış, vahid məlumat reyestrində qeydə alınmamış, bu isə yoxlamanın qanunsuz aparıldığını göstərir. Aparılmış yoxlama "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında" Azərbaycan Respublikası Qanununun və "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dövlət tənzimlənməsinə dair əlavə tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin Fərmanının tələblərinə zidd olaraq aparılmışdır. Plandankənar yoxlama üçün qanunla tələb olunan əsaslandırılmış rəsmi müraciət olmamış və prosedur pozulmuşdur. Yoxlamanın səbəbi və məqsədi açıq və hüquqi sənədlərlə əsaslandırılmamış, həmçinin protokol tərtib edirlərkən fəaliyyəti yoxlanılan sahibkarlıq subyektinin nümayəndəsinin iştirakı təmin edilməmişdir. Odur ki, qeyd olunan hallar inzibati icraatın əsas prinsiplərinin pozulması və iş üzrə etibarlı sübutların mövcud olmaması kimi qiymətləndirilir. Təqdim olunmuş sübutlar qanunsuz aparılmış yoxlamaya əsaslandığı üçün etibarsız sayılır, yoxlama isə qanunvericiliyin – xüsusilə də “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi haqqında” Qanunun və müvafiq icra hakimiyyəti aktlarının tələblərinə zidd olaraq həyata keçirildiyindən, iş üzrə əldə edilmiş sübutlar hüquqi qüvvəyə malik deyil və buna görə də, Azərbaycan Respublikasının İXMnin 53.2-ci maddəsinə əsasən iş üzrə icraata xitam verilməlidir. Məhkəmə, həmçinin qeyd etməyi zəruri hesab edir ki, İnzibati Xətalar Məcəlləsinin 12.1-ci maddəsinə əsasən, bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Bundan başqa, protokol Şəxs barəsində tərtib edilsə də, X1 məxsus olan sənədlər sübut qismində məhkəməyə göndərilmiş, lakin onun İSKRA” İstehsal Kooperativi hər hansı əlaqəsini təsdiq edən sübut məhkəmə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati XətalarMəcəlləsinin; 8.1-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. 53.2-ci maddəsinə əsasən, hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. 105.1-ci maddəsinə əsasən, həmin Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş hallardan hər hansı biri olduqda, icraatında inzibati xəta haqqında iş olan hakim və ya səlahiyyətli orqan (vəzifəli şəxs) inzibati xəta haqqında işin icraatına xitam verilməsi haqqında qərar qəbul edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8, 53, 114-115, 117, 128-136-cı maddələrini rəhbər tutaraq, məhkəmə, QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 253.2 və 253.4-cü maddələrində nəzərdə tutulmuş inzibati xətanın törədilməsinə dair iş üzrə icraata xitam verilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində işə baxan İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar