Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-16/2025 08.04.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ Mərkəzi Məlumat Xidmətinin səlahiyyətli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2024-cü il tarixli EQ 24501938 nömrəli qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 məhkəməyə şikayətlə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abduləlizadənin xx.xx.2024-cü il tarixli EQ 24501938 nömrəli qərarının əməldə inzibati xəta tərkibi olmaması əsası ilə ləğv edilməli və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, xx.xx.2024-cü il tarixdə saat 20.23 radələrində idarə etdiyi Man TGA 18.440 4x2 BLS Yük markalı 77BE844 nömrə nişanlı avtomobillə Qaradağ rayonu, Səngəçal qəsəbəsi ərazisində Bakı istiqmətində hərəkətdə olarkən AR DİN BDYPİ Mərkəzi Məlumat Xidməti tərəfindən guya İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametirlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi əsas gətirilərək İXM-nin 353.2-ci maddəsinə əsasən 600 manat cərimə olunmağım barədə elektron qərar qəbul olunmuşdur. O həmin qərarla razı deyilə, çünki o Azərbaycan Respublikası İXM-nin həmin maddəsinin tələbini pozmamışdır. Hərəkət halında çəki ölçmə sistemi (Kistler) düzgün işləmədiyi üçün avtomobilimə yığılan yükün çəkisini artıq göstərmişdir. Belə ki, onun idarə etdiyi yük maşınına icazə verilən yük limiti 40000 KQ-dır və həmin tarixdə idarə etdiyi avtomobilə yığılan yük tərəzidə çəkilib və yükün çəkisinin 39880 kq olması barədə ona tərəzi qəbzi verilmiş və həmçinin həmin yük boşaldılan zamanda tərəzdə çəkilmiş və yükün çəkisinin 39660 kq olması barədə mənə tərəzi qəbzi verilmişdir. Azərbaycan Respublikası İXM-nin 353.2-ci maddəsinə əsasən İriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla (icazə verilən ümumi kütlə və ya oxa düşən yükün kütləsi üzrə 5 faiz və daha artıq) ümumi istifadədə olan avtomobil yollarında idarə edilməsi halında məsuliyyət yaranır. Göründüyü kimi, hazırkı halda onun yük avtomobilində olan yükün çəkisi icazə verilən həddən artıq olmamışdır. Ona görədə hesab edir ki, barəsində olan qərar əsassızdır. Məhkəmə iş materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ Mərkəzi Məlumat Xidməti tərəfindən X1 barəsində xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə EQ 24501938 nömrəli inzibati tənbeh vermə haqqında qərar qəbul edilmişdir ona görə ki, o, həmin tarixdə, saat 20:23 radələrində “MAN TGA 18.440 4X2 BLS yük” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iribaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilmişdir. Buna görə də Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilinib 600 manat məbləğində cərimə cərimə edilmişdir. İnzibati xəta Kistler markalı 9835A modelli hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsi ilə aşkar edilmişdir. Qaradağ rayonu, Səngəçal qəsəbəsi, Bakı istiqmətində olan M-2 nömrəli stansiyada olan hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsi çəkilmiş şəkillərdən görünür ki, icazə verilən maksimal iribaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki 40000 kq olmasına baxmayaraq, xx.xx.2024-cü il tarixdə saat 20.23 radələrində “MAN TGA 18.440 4X2 BLS yük” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin çəkisi 42130 kq olmuşdur. Məhkəmənin sorğusuna cavab Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeleyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş ölçmə vasitələrinin yoxlanılması haqqında R№038662 və R№ 038663 nömrəli şəhadətnamələrdən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yanında Azərbaycan Respublikası Metrologiya X5 Şəxs tərəfindən Kistler markalı 9835A modelli hərəkət halında çəki ölçmə nəzarət sisteminin sazlığı xx.xx.2024-cü il tarixdə yoxlanılmış və heç bir qüsur aşkar edilməmişdir. Növbəti yoxlama tarixi xx.xx.2025-ci il müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfidnən verilmiş CH.T.28.069.Ü.№004758 nömrəli xx.xx.2024-cü il tarixli standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikatdan görünür ki, sınaqların müsbət nəticələri əsasında Kistler markalı 9835A modelli hərəkət halında çəki ölçmə nəzarət sistemi tipi təsdiq edilmiş, dövlət reyestrində 6520-2024 nömrə ilə qeydiyyata alınmış və Azərbaycan Respublikasında tətbiq edilməsinə icazə verilmişdir. Üzərində Türkaz MMC yazılan printer vasitəsilə çap edilən qeydlərdən görünür ki, **- BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə saat 11:54-də olan çəkim zamanı yüklə birlikdə çəkisi 26900 kq olmuşdur. X6 MMC yazılan printer vasitəsilə çap edilən qeydlərdən görünür ki, **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin xx.xx.2024-cü il tarixdə saat 11:54-də olan çəkim zamanı yüklə birlikdə çəkisi 26600 kq olmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları və bu Məcəllənin 81.2ci maddəsində nəzərdə tutulan vasitələr xüsusi texniki vasitələr adlanır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.2-ci maddəsinə əsasən yol hərəkəti qaydaları, yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan inzibati xətaların aşkarlanmasında istifadə olunan, foto və ya video qeydiyyat funksiyalarına malik xüsusi texniki vasitələr müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 100.1.8-ci maddəsinə əsasən inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunmuşdursa, onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməlidir. Mübahisələndirlən «inzibati tənbeh vermə haqqında» qərarda göstərilən tələblərə riayət edilmişdir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən müəyyən edilmişdir ki, xx.xx.2024-cü il tarixdə saat 20.23 radələrində “MAN TGA 18.440 4X2 BLS yük” markalı **-BE-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən iribaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərini aşmaqla ümumi istifadədə olan avtomobil yollarında idarə edilmişdir. İnzibati xəta Kistler markalı 9835A modelli hərəkət halında çəki ölçmə nəzarət sistemi vasitəsi ilə aşkar edilmişdir. Məhkəmə araşdırması zamanı işin tam, hər tərəfli və obyektiv araşdırılmasını təmin etmək məqsədilə verilmiş müvafiq sorğuların icrası ilə əlaqədar təqdim edilmiş sənədlərdən məlum olmuşdur ki, «inzibati tənbeh vermə haqqında» qərar qanunvericliyin tələblərinə əsasən qəbul edilmişdir. Belə ki, inzibati xətanı aşkarlayan Kistler markalı 9835A modelli hərəkət halında çəki ölçmə nəzarət sistemi Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.1-ci maddəsinə əsasən müvafiq sertifikatı olan və metroloji sınaqdan keçmiş ölçü cihazları olmaqla, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 81.2-ci maddəsinə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müvafiq informasiya sisteminə inteqrasiya olunmuşdur. Məhkəmənin sorğusuna cavab Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeleyində olan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən məhkəməyə təqdim edilmiş ölçmə vasitələrinin yoxlanılması haqqında R№038662 və R№ 038663 nömrəli şəhadətnamələrdən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti yanında Azərbaycan Respublikası Metrologiya X5 Şəxs tərəfindən Kistler markalı 9835A modelli hərəkət halında çəki ölçmə nəzarət sisteminin sazlığı xx.xx.2024-cü il tarixdə yoxlanılmış və heç bir qüsur aşkar edilməmişdir. Növbəti yoxlama tarixi xx.xx.2025-ci il müəyyən edilmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti tərəfidnən verilmiş CH.T.28.069.Ü.№004758 nömrəli xx.xx.2024-cü il tarixli standart nümunənin və ya ölçmə vasitəsinin tipinin təsdiqi barədə sertifikatdan görünür ki, sınaqların müsbət nəticələri əsasında Kistler markalı 9835A modelli hərəkət halında çəki ölçmə nəzarət sistemi tipi təsdiq edilmiş, dövlət reyestrində 6520-2024 nömrə ilə qeydiyyata alınmış və Azərbaycan Respublikasında tətbiq edilməsinə icazə verilmişdir. Bunun əksini təsdin heç bir sübut şikayətçi tərəfindən məhkəməyə təqdim edilməmişdir. Məhkəmə üzərində "xxxx" MMC və "xxxx" MMC yazılan printer vasitəsilə çap edilən qeydlərə təndiqi yanaşaraq hesab edir ki, həmin qeydlər mötəbər sübut kimi qəbul edilə bilməz. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 80.1-ci maddəsinə əsasən sənədlərdə müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslərin təsdiq etdikləri və ya şərh etdikləri məlumatların inzibati xəta haqqında iş üzrə icraat üçün əhəmiyyəti vardırsa, bu sənədlər iş üzrə sübutlar hesab edilir. Göründüyü kimi, həmin qeydlər müəssisələrin, idarələrin, təşkilatların, vəzifəli şəxslərin və fiziki şəxslər tərəfindən təsdiq edilməmi, müvafiq vəzifəli şəxsin imzası və müəssisənin möhürü ilə təsdiq edilməmişdir. Eyni zamanda, şikayətçi tərəfindən həmin qeydlərin müvafiq müəssisələr məxsus oln tərəzilərin qeydləri olması qeyd edilsə də, həmin tərəzilərin müvafiq şəhadətnamə və serfikatları məhkəməyə təqdim edilməmişdir. Eyni zamanda, həmin qeydlərdə tərəzilər tərəfindən ölçəmənin göstəriciləri əks olunsa belə, həmin göstəricilər inzibati xətanın baş verdiyi vaxtda yəni, xx.xx.2024-cü il tarixdə saat 20.23 radələrində olan çəkini deyil, digər saatlar da olan çəki əks etdirir. Bütün bunlara görə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BDYPİ Mərkəzi Məlumat Xidmətinin rəisi polis polkovnik leytenantı Elvin Abduləlizadənin xx.xx.2024-cü il tarixli EQ 24501938 nömrəli qərarı qanuni və əsaslı olmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, səlahiyyətli orqan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 353.2-ci maddəsi ilə təqsirli bilərək inzibati qaydada tənbeh etməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin olunmasın. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-16/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-16/2025
08.04.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver