Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1604/2025 07.11.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, X2 iclas katibliyi ilə, xx.xx.1966-cı ildə İmişli rayonu, Bəcrəvan kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, İmişli rayonu, Bəcrəvan kəndi ünvanında qeydiyyatda olan və yaşayan Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsinə dair inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Şəxs xx.xx.2025-ci il tarixdə saat 18 radələrində yaşadığı ünvanda həyət qapısı açıq olduğu üçün nəzarətsiz buraxmağı səbəbilə bir baş inək küçəyə çıxmışdır. Həmin inək nəzarətsiz qalaraqasfalt örtüklü yola gecənin qaranlıq vaxtı çıxması səbəbilə İmişli Bəcrəvan yolunda hərəkətdə olan Renault Master markalı avtomobil ona məxsus bir baş iribuynuzlu heyvanı vuraraq maddi ziyanla nəticələnən yol-nəqliyyat hadisəsi baş vermişdir. xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola və ona əlavə edilmiş sənədlər baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmiş və məhkəmə baxışına təyin edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq inzibati xəta haqqında protokol tərtib etmiş şəxs, barəsində protokol tərtib edilmiş şəxs, zərərçəkmiş şəxs və inzibati xətalar haqqında iş üzrə icraatda iştirak etmək hüququ olan prokuror məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İşin bütün hallarının məcmusuna hərtərəfli, tam və obyektiv surətdə baxaraq və iş üzrə olan sübutları qiymətləndirərək, məhkəmə belə nəticəyə gəlir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir və o, həmin maddənin sanksiyası həddində inzibati məsuliyyətə cəlb edilməlidir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixdə saat 20:15-də İmişli rayonu, Bəcrəvan kəndində yaşayan Şəxs İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Azərbaycan Respublikası DİN Avtomobil Təsərrüfatına aid avtomobilin ön hissəsi əzilərək ona maddi ziyan dəymişdir. Protokola əsasən Şəxs heyvanı sahibsiz və nəzarətsiz buraxdığını, protokolla razı olduğunu bildirmişdir. Araşdırma zamanı izahatı alınmış İmişli RPŞ-nin konvoy hissəsi-xüsusi avtomaşın sürücüsü X3 göstərmişdir ki, xidməti zərurətlə bağlı olaraq xx.xx.2025-ci il tarixdə saat 20:15 radələrində ona təhkim olnmuş yol vərəqəsi ilə idarə etdiyi Reanult Master markalı ** JU *** dövlət qeydiyyat nişanlı avtomobili İmişli Bəcrəvan yolunda saatda 50-60 km/saat sürətlə sayrışan işıq cihazlarını yandıraraq idarə edən zaman qəflətən yola bir baş iri buynuzlu heyvan çıxdı, o dərhal tormoz əyləc sistemindən istifadə etdi, lakin heyvanın yola qəflətən çıxmasə səbəbilə idarə etməni itirdi və bu zaman əks istiqamətli hərəkət zolağına çıxmaqla manevr etmə qaydasını pozaraq əks istiqamətdə bir baş iribuynuzlu heyvanı vurdu. Hadisə barədə dərhal İmişli RPŞ-nə məlumat verdi, əraziyə gələn YPX əməkdaşları hadisəni müayinə etdilər. Avtomobildə olan yanında İmişli RPŞ-nin MSY-nin rəisi polis mayoru Samir Nəsibov, İmişli RPŞ-nin konvoy hissəsinin polis serjantları Qulu Quluzadə və Şəhriyar Əhmədzadə, eləcə də şübhəli şəxs qismində saxlanılan Rəşli Orxan hər hansı bir bədən xəsarəti almamışdır. xx.xx.2025-ci il tarixli İXP ******* nömrəli inzibati xəta haqqında protokola əsasən xx.xx.2025-ci il tarixdə saat 20:15-də İmişli rayonu, Bəcrəvan kəndində ona təhkim olnmuş yol vərəqəsi ilə Reanult Master markalı ** JU *** dövlət qeydiyyat nişanlı avtomobili idarə edən, alkotester cihazı ilə ayıq olması müəyyən olunan X1 Xətalar Məcəlləsinin 327.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Protokola əsasən X3 manevretmə qaydalarını pozduğunu bildirmişdir. İmişli VAZ Təmir Stansiyası MMC-nin xx.xx.2025-ci il tarixli zərər aktına əsasən Reanult Master markalı ** JU *** dövlət qeydiyyat nişanlı avtomobilə 5385 manat məbləğində zərər vurulması müəyyən edilmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin: 338.7-ci maddəsinə əsasən Bu Məcəllənin 338.4, 338.4-1 və 338.5ci maddələrində nəzərdə tutulmuş xətalar nəticəsində zərər çəkmiş şəxsin sağlamlığına yüngül bədən xəsarətinin yetirilməsinə və ya zərər çəkmiş şəxsə maddi zərər vurulmasına görə-yüz manatdan yüz əlli manatadək məbləğdə cərimə edilir. 16.1-ci maddəsinə əsasən inzibati xəta törədərkən on altı yaşı tamam olmuş fiziki şəxslər inzibati məsuliyyətə cəlb olunurlar. İnzibati tənbeh tətbiq edərkən məhkəmə xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, təqsirinin dərəcəsini nəzərə alır. Məhkəmə tərəfindən Şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Məhkəmə, göstərilənlərə əsasən hesab edir ki, Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsinin sanksiyası həddində cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Belə ki, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 21-ci maddəsindən görünür ki, inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 43, 114, 115 və 130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 338.7-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli bilinib, 100.00 (bir yüz) manat məbləğində cərimə edilsin. Qərarın icrası İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. HAKİM: Gülsaba Ağayeva.
Məhkəmə qərarları › İş №3(036)-1604/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1604/2025
07.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver