Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1618/2025 12.11.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, X1 iştirakı ilə, Xİİ Tağım YPX inspektoru polis baş serjantı X3 «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarından X4 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: Xİİ Tağım YPX inspektoru polis baş serjantı X3 «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı ilə X4 xx.xx.2025-ci il tarixdə, saat 08:43 radələrində “MERCEDES BENZ 240” minik markalı ** KO *** dövlət nömrə nişanlı avtomobili idarə edərək hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etməyə görə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə 100 manat cərimə edilmişdir. Barəsində qərar qəbul edilmiş şəxs həmin qərardan məhkəməyə şikayət edib yol hərəkəti qaydaları əleyhinə heç bir inzibati xəta törətmədiyini göstərərək qeyd olunan qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati icraat aparılan şəxs X4 göstərmişdir ki, 16 oktyabr 2025-ci il tarixdə Sabirabad rayon ərazisində 729 saylı DYP postunda Xİİ tağım YPX əməkdaşı saxla əmri verdi, avtomobili saxladı və YPX əməkdaşından saxlama səbəbini soruşduqda bildirdi ki, Hacıqabul- Bəhrəmtəpə avtomobiİ yolunda düz xətti keçməklə ötmə əməliyyatı etmişəm, buna görə inzibati tənbeh vermə haqqında qərar qəbul ediləcəkdir. O isə etiraz edərək heç bir qayda pozmadığını, əgər qayda pozmuşsa və həmin pozuntu xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdirsə görüntüləri təqdim etməsini tələb etdi. Lakin YPX əməkdaşı bildirdi ki, postda kamera görüntülərinə baxsınlar. O isə ona bildirdi ki, əgər kameraya düşmüşsə, yəni inzibati xəta hadisəsi xüsusi texniki vasitələrin köməyi ilə aşkar edilmişdirsə, İnzibati Xətalar Məcəlləsinin 122-ci maddəsinə müvafiq olaraq real vaxt rejimində ona dərhal elektron qaydada inzibati tənbeh vermə haqqında qərar qəbul edilərdi. İnspektora bunları deyib sübutlar təqdim etmələrini xahiş etdi. Lakin inspektor xüsusi texniki xətaya dair ”foto və video görüntülərin “İCMAL” informasiya sistemində mövcud olmadığını və mövcud olsaydı, inzibati Xətalar Məcəlləsinin 122 maddəsinə əsasən dərhal elektron qaydada inzibati tənbeh vermə haqqında qərar qəbul edilməli olduğunu bildiyi üçün, ona qarşı qanuni tələblər irəli sürdüyü üçün aqressiyaya qapanıb qərəzli olaraq guya inzibati xətanı şəxsən aşkar etmiş kimi protokol tərtib etmiş və etirazına baxmayaraq dərhal inzibati tənbeh vermə haqqında qərar qəbul etmişdir.o Sabirabad DYP postu ərazisində heç bir xətti tapdalamamışdır, digər xətti keçmişsə, postun əməkdaşı orada olmamışdırsa bunu şəxsən necə aşkar etmişdir və yaxud xüsusi texniki vasitələrin köməyi ilə aşkar etmişdirsə nə üçün xətanı özü şəxsən aşkar etmiş kimi sənədləşdirmişdir. Əlavə olaraq qeyd edir ki, xx.xx.2025-ci il tarixdə tərtib olunan İXP ******* nömrəli inzibati xəta haqqında protokol ona təqdim edilməmiş, protokol tərtib olunduqdan sonra etirazı nəzərə alınmaqla işə baxılması üçün vaxt təyin edilməmiş, işin baxılmasında iştirak etmək hüquqları, habelə həmin protokoldan səlahiyyətli orqana şikayə vermək hüquqları məhdudlaşdırılmaqla həmin tarixdə TP7574466 nömrəli inzibati tənbeh tətbiq etmə haqqında qərar qəbul edilərək ona təqdim edilmişdir. İşdə olan xx.xx.2025-ci il tarixli TP ******* nömrəli «inzibati tənbeh vermə haqqında» qərara əsasən X4 xx.xx.2025-ci il tarixdə, saat 08:43 radələrində “MERCEDES BENZ 240” minik markalı ** KO *** dövlət nömrə nişanlı avtomobili idarə edərək hərəkətdə olarkən əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə qaydalarına riayət etməmişdir. İşdə olan hadisənin audio – video yazısının əlavə edildiyi diskə baxış zamanı müəyyən edilmişdir ki, X4 xx.xx.2025-ci il tarixdə, saat 08:43 radələrində “MERCEDES BENZ 240” minik markalı ** KO *** dövlət nömrə nişanlı avtomobili idarə edərək hərəkətdə olarkən yolayrıcını keçmə qaydasının tələblərinə riayət etməyərək, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə əməliyyatı etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Həmin Məcəllənin 327.2-ci maddəsinə əsasən svetoforun və ya nizamlayıcının qadağanedici işarəsi verilərkən hərəkətin davam etdirilməsinə, 3.1 “Giriş qadağandır” yol nişanının tələblərinin və ya sərnişin daşıma, əks istiqamətli hərəkət zolağına çıxmaqla ötmə və ya manevr etmə, yolayrıcını keçmə qaydalarının pozulmasına, ümumi istifadədə olan nəqliyyat vasitələrinin, yaxud adamlar daşınan yük avtomobillərinin sərnişinlərlə yanacaqdoldurma məntəqəsinə daxil olmasına, 1.1, 1.3 və 1.11 üfüqi nişanlanma xətlərinin tələblərinə riayət etməyərək sola və ya geriyə dönməyə, yaxud maneəni kənardan keçməyə görə səksən manat məbləğində cərimə edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 1-ci maddəsinə əsasən ötmə - hərəkət etdiyi zolağı dəyişməklə hərəkətdə olan bir və ya bir neçə nəqliyyat vasitəsini ötüb keçməkdir;. Məhkəmə iclasında təqdim olunmuş videodiskə baxışla müəyyən olunmuşdur ki, şikayətçi üfüqi nişanlanma xəttinin tələblərini pozmuşdur.
51. V. Ötmə: 1) nizamlanan yolayrıclarında— əks istiqamətli hərəkət zolağına keçməklə və nizamlanmayan yolayrıclarında — baş yol olmayan yolla hərəkət etdikdə (hərəkətin dairəvi olduğu yolayrıclarında ötmə, yanqoşqusu olmayan ikitəkərli nəqliyyat vasitələrini ötmə və icazə verilmiş sağdan ötmə istisna edilməklə) qadağandır. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, səlahiyyətli orqan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.2-ci maddəsi ilə təqsirli bilərək inzibati qaydada tənbeh etməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq
Q Ə R A R A A L D İ:
Şikayət təmin olunmasın. Xİİ Tağım YPX inspektoru polis baş serjantı X3 «inzibati tənbeh vermə haqqında» xx.xx.2025-ci il tarixli TP ******* nömrəli qərarı qanuni hesab edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Gülsaba Ağayeva.