Məhkəmə qərarları › İş №3(036)-162/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-162/2025

22.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-162/2025 22.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlu, X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İmişli rayonu üzrə polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X2 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İmişli rayonu üzrə polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati qərardan şikayət vermə müddəti ötürüldüyündən və ötürülmüş müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, şikayətdən və ona əlavə edilmiş qərardan aydın olur ki, X2 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İmişli rayonu üzrə polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı qərarla İnzibati Xətalar Məcəlləsinin 353.5, 327.1, 329.3-cü maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək, 1200 manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. Beləliklə məhkəmə hesab edir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İmişli rayonu üzrə polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı qərardan şikayət üçün Azərbaycan Respublikası İXM-nin 130.1-ci maddəsində nəzərdə tutulmuş şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən, həmçinin şikayətçinin nümayəndəsi tərəfindən şikayət ərizəsi imzalanmadığından şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmalıdır. Əlavə olaraq şikayət vermiş şəxsə səlahiyyətli orqanın (vəzifəli şəxsin) müvafiq protokol əsasında qəbul edilmiş qərarından Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.2.3-cü maddəsinə uyğun olaraq - yuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və ya məhkəməyə şikayət vermək hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə QƏRARA ALDİ: X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin İmişli rayonu üzrə polis kapitanı X3 tərəfindən qəbul edilmiş xx.xx.2024-cü il tarixli TP ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılsın. Hakim: Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar