Məhkəmə qərarları › İş №3(036)-1641/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-1641/2025

14.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-1641/2025 14.11.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rаyon Məhkəməsinin hakimi Ağayeva Gülsaba Xeyrulla qızı, X2 X6 Xidmətinin X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı qərardan verdiyi şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək, X6 Xidmətinin X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə şikayət ərizəsini və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, inzibati qərardan şikayət vermə müddəti ötürüldüyündən və ötürülmüş müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi geri qaytarılmalıdır. Belə ki, şikayətdən və ona əlavə edilmiş qərardan görünür ki, X1 Əmək Müfəttişliyi Xidmətinin X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı qərarla İnzibati Xətalar Məcəlləsinin 539-1.1-ci maddəsində nəzərdə tutulan xətanı törətməkdə təqsirli bilinərək, 1000 (bir min) manat məbləğində cərimə edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 130.1-ci maddəsinə əsasən, Bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər. 130.2-ci maddəsində göstərilir ki, bu Məcəllənin 130.1-ci maddəsində nəzərdə tutulmuş müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) tərəfindən bərpa edilə bilər. 130.3. Buraxılmış müddətin bərpası qeyri-mümkün hesab edildikdə, bu halda vəsatəti rədd etmə haqqında qərardad qəbul edilir. İş materiallarına əlavə olunmuş sənədlərlə müəyyən olunur ki, İmişli Rаyon Məhkəməsinin 31 oktyabr 2025-ci il tarixli 3(036)-1614/2025 nömrəli qərardadı ilə qərardan şikayət vermə müddəti buraxıldığından və buraxılmış müddətin üzrlü sayılmasına dair vəsatət verilmədiyindən şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılmışdır. Hazırda təqdim olunmuş şikayətə buraxılmış müddətin bərpası barədə vəsatət əlavə edilsə də, həmin vəsatət əsaslandırılmamış, vəsatətdə şikayətçinin müddətin bərpa edilməli olması barədə dəlilləri ümumiyyətlə əksini tapmamış, yalnız müddətin bərpası xahiş edilmişdir. Halbuki yuxarıda qeyd edilən normaların tələbləri baxımından müddət üzrlü səbəblər nəticəsində buraxıldıqda, şikayət verən şəxsin vəsatəti ilə bu müddət hakim tərəfindən bərpa edilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İXM-nin 128-130-cu maddələrini rəhbər tutaraq məhkəmə Qərara aldı: X2 X6 Xidmətinin X5 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan verdiyi şikayət ərizəsi ona əlavə olunmuş sənədlərlə birlikdə şikayətçiyə geri qaytarılsın. Qərardaddan apellyasiya şikayəti verilə bilməz. Hakim Gülsaba Ağayeva.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar