Məhkəmə qərarları › İş №3(036)-167/2025

İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-167/2025

28.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-167/2025 28.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlu, Şiralıyeva Günel Mirzə qızının katibliyi ilə, Qərardan şikayət verən şəxs X2 iştirakı ilə, Qərardan şikayət verən şəxs X3 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsinə dair qərardan şikayətə baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X3 barəsində Cəbrayıl rayonu Yol Patrul Xidməti tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.2.2-ci maddəsi ilə inzibati tənbeh tədbirinin tətbiq edilməsi ilə bağlı xx.xx.2025-ci il tarixli, TP ******* saylı qərar qəbul edilmişdir. X1 məhkəməyə şikayətlər müraciət edərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə inzibati xəta haqqında materialı araşdırıb belə qənaətə gəlir ki, qərardan şikayət verən şəxs X3 şikayəti düzgün göndəlməmişdir. Ona görə də toplanmış material baxılması üçün aidiyyəti üzrə Füzuli Rayon Məhkəməsinə göndərilməlidir. İş materiallarından da görünür ki, qərardan şikayət verən şəxs X3 qeydiyyatda olduğu ünvanı (Füzuli rayonu Dədəli kəndi) Füzuli rayon inzibati ərazisinə aiddir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinə əsasən: 129.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest aşağıdakı qaydada verilir: 129.1.3. səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarından məhkəməyə verilən şikayət - şikayət verən şəxsin yaşayış yeri və ya hüquqi şəxsin ünvanının olduğu yer üzrə rayon (şəhər) məhkəməsinə; “Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114.3-cü maddəsinə əsasən inzibati xəta haqqında işə baxılma hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) səlahiyyətinə aid olmadıqda, inzibati xəta haqqında işin aidiyyəti üzrə hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi barədə qərardad çıxarılır. Yuxarıda göstərilənlərə əsaslanaraq və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 110, 112, 114-cü maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: X2 Cəbrayıl rayonu Yol Patrul Xidmətinin inzibati tənbeh vermə haqqında xx.xx.2025ci il tarixli, TP ******* saylı qərarından verdiyi şikayəti ona əlavə olunmuş sənədlərlə birlikdə aidiyyəti üzrə baxılması üçün Füzuli Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar