Məhkəmə qərarları › İş №3(036)-1687/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1687/2025

01.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1687/2025 01.12.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən X3 iştirakı ilə, xx.xx.1965-ci il tarixdə İmişli şəhərində anadan olmuş, subay, ali təhsilli, Azərbaycan Respublikası vətəndaşı, İmişli şəhəri, Xiyabani küç., ev 1 ünvanında qeydiyyatda olan və yaşayan (FİN: 291VM46) X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mil-X19nin rəisi X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan X6 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlərə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyənetdi: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək X13 Xidmətinin X10 tərəfindən qəbul edilmiş 29 sentyabr 2025-ci il tarixli, MN ******* nömrəli qərarın ləğv edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X6 şikayət ərizəsində göstərmişdir ki, 09 sentyabr 2025-ci il tarixdən İmişli şəhəri Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsində çalışır. X13 Xidmətinin 16 sentyabr 2025-ci il tarixli 3-17-5/2-82929/2025 nömrəli məktubu ilə İmişli şəhəri Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinə müraciət olunaraq məktəbin sabiq psixoloqu X8 3 yaşınadək uşağı olduğu və əmək qabiliyyətini müvəqqəti itirdiyi halda əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddesinin "ç" bəndinə əsasən xx.xx.2024-cü il tarixli 54 nömrəli əmrlə xitam verilməsi barədə məlumat verilməklə, həmin əmrin ləğv edilərək Əhmədli Əsmərin əvvəlki vəzifəsinə qaytarılması tələb edilmişdir. Qeyd olunan hal araşdırılarkən, İmişli şəhəri Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbin psixoloqu X8 xx.xx.2024-cü il tarixdə 08:00-da işə gəlsə də, heç kimdən icazə almadan, heç bir rəsmi sənəd təqdim etmədən 08:50-də məktəbin ərazisini tərk edərək əmək müqaviləsi üzrə öhdəliklərini pozduğu, qeyd olunanların nəzərə alınaraq xx.xx.2024-cü il tarixdə ona Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "a" bəndinə əsasən töhmət elan olunduğu, X8 xx.xx.2024-cü il tarixdə işə gəlmədiyi, xx.xx.2024-cü il tarixdə ondan işə gəlməməsinin səbəbini soruşduqda o buna dair hər hansı təsdiqedici sənəd və izahat verməktən imtina etdiyi, qeyd olunanların nəzərə alınaraq X11 xx.xx.2024-cü il tarixli əmrlə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 186-cı maddəsinin 2-ci hissəsinin "b" bəndinə əsasən sonuncu xəbərdarlıqla şiddətli töhmət elan olunduğu, X8 xx.xx.2024-cü il tarixdə 08:00-da işə gəlməli olduğu halda 08:30-da işə gəldiyi, bununla da onun bənzər səbəblərdən elan olunmuş intizam tənbeh tədbirlərindən nəticə çıxarmayaraq əmək müqaviləsi üzrə öhdəliklərini kobud şəkildə pozduğu məlum olmuşdur. X1 əmək müqaviləsi Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilmişdir. X8 azyaşlı övladı vardır. Əsmər Əhmədli tərəfindən heç vaxt Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 127-ci maddəsində nəzərdə tutulmuş hüquqlarından istifadəyə dair müəssisəyə müraciət olunmamışdır. Bundan başqa, Ə.Əsmər dəfələrlə əmək müqaviləsi üzrə öhdəliklərini pozaraq işə gec ve ya heç gəlməmişdir. Ona dəfələrlə Əmək Məcəlləsinin 186-cı maddəsinə əsasən şifahi xəbərdarlıq edilsə də o, müxtəlif bəhanələr irəli sürərək işə gəlməmə və ya gecikmə səbəbinə dair heç bir təsdiqedici sənəd təqdim etməmişdir. Həmin şəxs yenə eyni xətanı edərək əmək funksiyasında göstərilən işçinin üzərinə düşən məsuliyyətini dərk etməmiş və vəzifə borcunu yerinə yetirməkdə nöqsanlara yol vermişdir. Ə.Ş.Əhmədli Azərbaycan Respublikasının Əmək məcəlləsinin 79-cu maddəsində göstərilən hallardan sui-istifadə edərək əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirməmiş və bu halların təkrarlanmasına yol vermişdir. Qeyd olunanlar nəzərə alınaraq, xx.xx.2024-cü il tarixdə müəssisənin Həmkarlar İttifaqı Komitəsinə müraciet olunmaqla Ə.Ş.Əhmədlinin əmək müqaviləsinə xitam verilməsinə münasibət bildirilməsi xahiş olunmuşdur. İmişli şəhəri Nizami Gəncəvi adına 2 nömrəli tam orta Ümumtəhsil məktəbin Həmkarlar İttifaqı Komitəsi tərəfindən xx.xx.2024-cü il tarixdə Ə.Ş.Əhmədlinin iştirakı ilə iclas keçirilmiş və onunla bağlanmış əmək müqaviləsinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 70-ci maddəsinin "ç" bəndinə əsasən ləğv edilməsinə razılıq verilmişdir. İddia müddətindən 1 ildən artıq müddət keçməsinə baxmayaraq fərdi əmək mübahisəsi ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan tərəfindən öhdəlik qoyula bilməz. Məhkəmənin fərdi əmək mübahisəsinə 1 (bir) ay ərzində verilmiş şikayət əsasında baxa biləcəyi halda X13 Xidməti tərəfindən iddia müddətinin qəbul edilməməsi qanunun tələblərinə ziddir. İddiaçı X8 müraciətinə əsasən işə bərpa tələbi İmişli Rayon Məhkəməsində mübahisələndirilmiş və İmişli Rayon Məhkəməsinin 2(036)- 1745/2025 nömrəli iş üzrə xx.xx.2025-ci il tarixli qətnaməsinə əsasən iddia təmin edilməmişdir. İddiaçının şikayətinə əsasən hal-hazırda fərdi əmək mübahisəsinə dair icraat Şirvan Apellyasiya Məhkəməsində davam edir. Qeyd olunanlar nəzərə alınaraq həmin göstəriş onun tərəfindən icra edilməmiş və nəticədə onun barəsində İnzibati cərimənin şərti olaraq tərtib edilməsi haqqında 29 sentyabr 2025-ci il tarixli MN ******* nömrəli Qərar ilə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsinə əsasən 1000 (min) manat cərimə tətbiq edilmişdir. Belə halda X5 məhkəmənin icraatında olan fərdi əmək mübahisəsi üzrə həmin dövrdə öhdəlik qoyması Azərbaycan Respublikasının 294-cü maddəsinin tələblərinə ziddir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilən şəxs X6 şikayətinin məzmununa uyğun izahat vermiş, əlavə olaraq bildirmişdir ki, X8 əmək müqaviləsinə onun İmişli şəhəri Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru vəzifəsinə təyin edilməsindən əvvəl xitam verilmişdir. İnzibati araşdırma zamanı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mil-X19nə özünün təqsirsizliyi ilə bağlı izahat verməsinə və inzibati xəta haqqında iş üzrə icraatın başlamasının qanunsuz olması ilə bağlı sübutlar təqdim etməsinə baxmayaraq, Əmək Müfəttişliyi Xidmətinin Mil-X19 tərəfindən həmin hallara qiymət verilməmiş və barəsində qanunsuz qərar qəbul edilmişdir. Məhkəmə iclasında şahid qismində iştirak edən Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi X14 izahatında göstərmişdir ki, X4 inzibati tənbeh verilməsinə dair keçirilmiş iclasda Mil-Muğan Regional Təhsil İdarəsinin nümayəndəsi kimi o da iştirak etmiş, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mil-X19nə iş üzrə sübutlar təqdim edilmiş, lakin təqdim edilmiş sübutlara qiymət verilməmiş və qəbul olunmuş qərarın əsassızlığına dair etirazlarına baxılmamış, qanunvericiliyin tələbləri kobud surətdə pozulmuşdur. X2 barəsində qanunsuz qərar qəbul edilmişdir. İnzibati tənbeh vermə haqqında qərar qəbul etmiş səlahiyyətli orqan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mil-X19 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq öz səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.4-cü maddəsinə əsasən işə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mil-X19nin səlahiyyətli nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə X6 və şahid X9 izahatlarını dinləyib, şikayəti və ona əlavə edilmiş sənədləri araşdıraraq hesab edir ki, X6 tərəfindən verilmiş şikayət təmin edilməli, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mil-X19nin rəisi X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməldir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: “Əmək müqaviləsinə xitam verilməsi barədə” xx.xx.2024-cü il tarixli 54 saylı əmrdən görünür ki, İmişli şəhəri, Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbdə “psixoloq” vəzifəsində işləyən X15 ilə bağlanmış 6J7AD3L000400 nömrəli əmək müqaviləsinə xitam verilmişdir; xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərardan görünür ki, məktəbin direktoru N.Quliyevaya xx.xx.2025-ci il tarixli 3- 17-5/2-67716/2025 nömrəli məktubla verilmiş göstərişə əməl edilməmiş, əmək hüquqları pozularaq əmək müqaviləsinə xitam verilmiş Ə.Əhmədli əvvəlki vəzifəsinə qəbul edilməmişdir. X2 tərəfindən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1- 1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmiş və X6 barəsində 1000 manat məbləğində inzibati cərimə şərti olaraq tətbiq edilmiş, törədilmiş hüquqpozmanın aradan qaldırılması üçün 30 gün müddət müəyyən edilmişdir; İmişli Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 2(036)-1745/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı X8 cavabdehlər İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı “İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 54 nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddiası təmin edilməmişdir; Şirvan Apellyasiya Məhkəməsinin 2(106)-1625/2025 saylı qətnaməsindən görünür ki, iddiaçı X8 cavabdehlər İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbinə və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Mil-Muğan Regional Təhsil İdarəsinə qarşı “İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 54 nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair mülki iş üzrə İmişli Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 2(036)- 1745/2025 saylı qətnaməsindən iddiaçı X15 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, İmişli Rayon Məhkəməsinin 2(036)-1745/2025 saylı, xx.xx.2025-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Əmək Məcəlləsinin: 15-ci maddəsinin 2-ci hissəsinə əsasən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan fəaliyyət istiqamətlərinə uyğun olaraq işəgötürənlərdən zəruri olan məlumatların tam, düzgün və vaxtında təqdim edilməsini, habelə əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək və digər məsuliyyətə cəlb olunması üçün müvafiq orqanlar qarşısında məsələ qaldırmaq hüququna malikdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 8.1-ci maddəsinə əsasən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir; 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir; 8.3-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 53.2-ci maddəsinə əsasən hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir; 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 128.2.3-cü maddəsinə əsasən səlahiyyətli orqanın (vəzifəli şəxsin) qərarındanyuxarı səlahiyyətli orqana (vəzifəli şəxsə) və məhkəməyə inzibati xəta haqqında iş üzrə qərardan şikayət və ya protest verilir; 134.1.3-cü maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq bu Məcəllənin 135.1.5-1-ci maddəsində nəzərdə tutulduğu hallarda qərarın ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir; 135.1.5-1-ci maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulmuş halların müəyyən olunması inzibati xəta haqqında iş üzrə qərarın ləğv edilməsi və ya dəyişdirilməsi üçün əsaslardandır; 539.1-1-ci maddəsinə əsasən əmək müqaviləsinin bağlanması, dəyişdirilməsi və xitamının əsasları və sənədləşdirilməsi, kollektiv müqavilənin (sazişin) bağlanması və yerinə yetirilməsi, əmək şəraiti, işçilərin və iş yerlərinin attestasiyasının keçirilməsi, iş və istirahət vaxtı, məzuniyyət hüququnun həyata keçirilməsi, əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, müavinət və digər ödənişlərin ödənilməsi, qadınların və yaşı 18-dən az olan işçilərin əməyindən istifadənin xüsusiyyətləri, işçilərin sığorta olunmasının tənzimlənməsi, əməyin mühafizəsi norma və qaydaları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə- vəzifəli şəxslər min manat məbləğində, hüquqi şəxslər iki min manat məbləğində cərimə edilir. Yuxarıda qeyd edilən qanunvericiliyin normalarından aydın olur ki, əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan (X13 Xidməti) əmək qanunvericiliyinin pozulmasında təqsirkar şəxslərdən yol verdikləri hüquq pozuntularının aradan qaldırılmasını tələb etmək, onları Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə müəyyən olunmuş hallarda və qaydada inzibati məsuliyyətə cəlb etmək hüququna malikdir. Əmək müqaviləsinin xitamının əsasları ilə bağlı əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi) icrası məcburi olan göstərişinin əmək münasibətlərinin iştirakçıları tərəfindən icra edilməməsinə görə məsuliyyət nəzərdə tutulmuşdur. İş materialına əlavə edilmiş sənədlərdən görünür ki, İmişli şəhəri, Nizami Gəncəvi adına 2 nömrəli tam orta ümumtəhsil məktəbdə “psixoloq” vəzifəsində işləyən X8 əmək müqaviləsinə xitam verilməsi barədə 54 saylı xx.xx.2024-cü il tarixli əmr verilmiş, X15 “İmişli şəhər N.Gəncəvi adına 2 nömrəli tam orta məktəbinin xx.xx.2024-cü il tarixli 54 nömrəli əmrin ləğv edilməsi, işə bərpa və məcburi iş buraxmaya görə əmək haqqı” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, lakin iddia təmin edilməmiş, qətnamədən apellyasiya şikayəti verilmiş, Şirvan Apellyasiya Məhkəməsinin 2(106)- 1625/2025 saylı qətnaməsi ilə apellyasiya şikayəti təmin edilməmiş və İmişli Rayon Məhkəməsinin 01 iyul 2025-ci il tarixli, 2(036)-1745/2025 saylı qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Məhkəmə qeyd edir ki, iş üzrə sübut hesab edilən xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar, həmçinin iş materialına əlavə edilmiş digər sənədlərdən barəsində inzibati xəta haqqında iş üzrə qərar qəbul edilmiş X3 təqsiri müəyyən edilmir. Belə ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mil-X19 tərəfindən məhkəməyə X3 yol verdiyi hüquq pozuntuları, həmin pozuntuların aradan qaldırılmasını tələb etdiyi icrası məcburi olan müvafiq göstəriş, habelə X3 təqsirini təsdiq edən hər hansı mötəbər sübut təqdim edilməmiş, eyni zamanda səlahiyyətli nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. İnzibati Xətalar Məcəlləsinin müddəalarına əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir və inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Qanunvericiliyin qeyd edilən müddəalarından aydın olur ki, hər hansı şəxsin inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə baxılarkən qərarın ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Hazırkı iş üzrə vəzifəli şəxs X6 barəsində X13 Xidmətinin Mil-X19 tərəfindən tam, hərtərəfli və obyektiv araşdırma aparılmamış, X3 təqsiri müəyyən edilmədən barəsində xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərar qəbul edilmişdir. Beləliklə şikayətin dəlillərini nəzərdən keçirib, iş materiallarını araşdıraraq məhkəmə hesab edir ki, inzibati xəta haqqında iş üzrə icraatı rədd edən hal mövcud olduğundan şikayət təmin edilməli, X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mil-X19nin rəisi X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi haqqında qərarı ləğv edilməli və inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və İnzibati Xətalar Məcəlləsinin 53, 115, 128, 130, 133-135, 137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: X3 şikayəti təmin edilsin. X6 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 539.1-1-ci maddəsi ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X13 Xidmətinin Mil-X19nin rəisi X7 tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli MN ******* nömrəli inzibati cərimənin şərti olaraq tətbiq edilməsi qərarı ləğv edilsin və inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Gülsaba Ağayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar