Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1690/2025 20.11.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağayeva Gülsaba Xeyrulla qızının sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, İmişli Rayon Polis X2 Bölməsinin sahə rəisi X3, Zərərçəkmiş şəxs X4, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1988-ci il tarixdə İmişli rayonu, Otuziki kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, İmişli rayonu, Otuziki kəndində qeydiyyatda olan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair İmişli rayon Polis Şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İmişli rayon Polis Şöbəsindən daxil olmuş «cinayət işinin başlanılmasının rədd edilməsi haqqında» xx.xx.2025-ci il tarixli qərar və onun əsasında tərtib edilmiş xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə atası X11 tərəfindən döyülmüşdür. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs məhkəmə iclasında izahat verib özünü təqsirli bilməmiş və göstərmişdir ki, 2019-cu il tarixdə anası dünyasını dəyişmiş, atası Razi 2020-ci il tarixdə 2-ci dəfə ailə həyatı qurması səbəbindən o yaşadıqları evə gedə bilməmişdir. O atasına heç nə etməmişdir. Bununla bağlı şahidlər də var. Həmin gün evə daxil olan kimi atasının arvadı uşaqlarının yanında ona ağır sözlər demiş, o da məcbur olub ailəsini, uşaqlarını götürüb evdən çıxmışdır. O həmin evdə yaşamaq istəyir. Sonda, zərərçəkmiş şəxslə barışdığını, zərərçəkmiş şəxsin ona qarşı şikayət və tələbinin olmadığını bildirərək barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. X1 məhkəmə iclasında çıxış edərək bildirmişdir ki, arvadı öldükdən sonra ona baxan olmamış, 2020-ci il tarixdə 2-ci dəfə olaraq ailə həyatı qurmuş, bundan sonra uşaqları o yaşayan evdən onun çıxmasını istəmişlər. xx.xx.2025-ci il tarixdə işlədiyi məktəbdən evə gəlmiş və evdə olan zaman Əlverdi mobil telefon vasitəsilə ona zəng etmiş, heç bir əsaslı səbəb olmadan onun və ailə üzvlərinin ünvanına nalayiq və təhqiramiz ifadələr işlədərək evdən çıxmalarnı demişdir. O, qeyd etmişdir ki, Əlverdinin dediklərinə məhəl qoymayaraq mobil telefonu söndürmüş, bir neçə saatdan sonra Əlverdi onlara məxsus evə gəlmiş və aralarında sözlü mübahisə baş vermiş, mübahisə zamanı təkrar sonuncunun ünvanına nalayiq və təhqiramiz ifadələr işlədərək onun üzərinə gəlmiş və sinəsindən vuraraq divara sıxmış, sonuncu ağır şəkər və təzyiq xəstəsi olduğu üçün halı pisləşmiş və yerə yıxılmışdır. Sonunda, məhkəməyə ərizə təqdim edərək barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxslə barışdığını, ona qarşı şikayət və tələbinin olmadığını bildirərək inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. İnzibati xəta haqqında protokolu tərtib etmiş İmişli Rayon Polis X2 Bölməsinin sahə rəisi X5 məhkəmə iclasında protokolda qeyd olunanlara uyğun çıxış edib əlavə olaraq inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs barəsində qanunamüvafiq qaydada qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: İmişli rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X10 tərəfindən qəbul edilmiş cinayət işinin başlanmasının rədd edilməsi haqqında xx.xx.2025ci il tarixli qərardan görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığına görə cinayət işinin başlanması rədd olunmuşdur, onun Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb edilməsi üçün qərarın surətinin İmişli rayon polis X2 bölməsinə göndərilməsi qərara alınmışdır; MTE və PA ETT Birliyinin İmişli rayon şöbəsindən alınmış xx.xx.2025-ci il tarixli, 543 saylı ekspert rəyində göstərilmişdir ki, 1963-cü il təvəllüdlü X6 aşkar edilmiş xəsarətləri döş qəfəsinin sağ yarsının ön səthində orta körpüçük xətti boyunca 4-cü qabırğa səviyyəsində sıyrıq bərk küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müxtəlif şəraitlərdə, o cümlədən xx.xx.2025-ci il tarixdə təsviri hissədə göstərilən şəraitdə əmələ gələ bilərdi.Qeyd olunmuş xəsarətlər sağlamlığa zərər vurmayan xəsarətlər olduğu üçün dərəcəsi təyin edilmir. xx.xx.2025-ci il tarixli MN seriyalı ******* nömrəli inzibati xəta haqqında protokoldan aydın olur ki, Şəxs xx.xx.2025-ci il tarixində atası X7 döydüyündən barəsində İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib edilmişdir; Zərərçəkmiş şəxs X11 tərəfindən verilmiş ərizədən görünür ki, X11 həmin ərizəsində, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs ilə barışdıqlarını, ona qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmiş və onun barəsində olan inzibati xəta haqqında işin icraatına xitam verilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs tərəfindən verilmiş ərizədən görünür ki, o X11 ilə barışmış və məhkəmədən iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 157-ci maddəsinə əsasən döymə və ya sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə - üç yüz manatdan beş yüz manatadək məbləğdə cərimə edilir və ya işin hallarına görə, xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla, iki ayadək müddətə inzibati həbs tətbiq olunur. 39.1-ci maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xəta haqqında iş üzrə icraat yalnız zərər çəkmiş şəxsin ərizəsinə əsasən başlanır, zərərçəkmiş şəxslə barəsində inzibati icraat aparılan şəxs barışdıqda isə həmin iş üzrə icraata xitam verilir; 53.0.9-cu maddəsinə görə, bu Məcəllənin 157 və 158-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Məhkəmə, barəsində inzibati xəta haqqında icraat aparılan Şəxs törətmiş olduğu xətanın hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun törətdiyi xəta İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə düzgün olaraq tövsif olunmuşdur. Məhkəmənin gəldiyi qənaətə görə Şəxs tərəfindən X8 xəsarət yetirilməsi və bununla da, İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi faktı iş materiallarına əlavə edilmiş ekspertiza rəyi, zərərçəkmiş şəxsin izahatı, inzibati xəta haqqında protokol və məhkəmə iclasında tədqiq edilmiş digər sübutların bir-biri ilə müqayisəli şəkildə tədqiqi nəticəsində öz təsdiqini tapmışdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınmalıdır. Məhkəmə, törədilmiş inzibati xətanın xarakterini, inzibati xəta törədən şəxsin şəxsiyyətini, habelə iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, Şəxs zərərçəkmiş şəxslə barışdığından İnzibati Xətalar Məcəlləsinin 53.0.9-cü maddəsinə əsasən barəsində olan inzibati xəta haqqında işə üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43-48, 106-115, 117-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs zərərçəkmiş şəxslə barışdığından barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərarın surəti təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Gülsaba Ağayeva.
Məhkəmə qərarları › İş №3(036)-1690/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1690/2025
20.11.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver