Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-17/2024 24.01.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi, AR ƏƏSMN DƏMX-nin Mil-Muğan Region nümayəndəsi X9 və “İmişli MRX” PHŞ-nin nümayəndəsi X7 iştirakı ilə, AR ƏƏSMN DƏMX-nin Mil-Muğan Region şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı qərarından “İmişli MRX” PHŞ-nin direktoru X14 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: AR ƏƏSMN DƏMX-nin Mil-Muğan Region şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023cü il tarixli ******* saylı qərarı ilə “İmişli MRX” PHŞ-nin direktoru X14 Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinərək 1000,0 manat cərimə olunmuşdur. Barəsində qərar qəbul edilmiş şəxs həmin qərardan məhkəməyə şikayət edib qərarın ləğv edilməsini xahiş etmişdir. İmişli MRX” PHŞ-nin nümayəndəsi X10 göstərmişdir ki, İmişli rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)3371/2022 saylı icra sənədinə əsasən X1 RMX TTTY şöbəsinin sürücüsü vəzifəsinə bərpa edilərək bərpa olunduğu günədək ona əvvəlki vəzifəsi ilə keçirildiyi vəzifəsi arasındakı əmək haqqı fərqi ödənilməli olduğundan xx.xx.2023-cü il tarixdə X1 RMX TTTY şöbəsinin sürücüsü vəzifəsinə bərpa edilmiş və 1632,50 manat əmək haqqı fərqi hesablanaraq ona ödənilmişdir. X2 ödənilməli olan əmək haqqı fərqinin düzgün hesablanmadığından şikayət etmiş və İmişli rayon İcra və Probasiya şöbəsinin dəvət etdiyi Sərbəst Auditor tərəfindən keçirilmiş yoxlama nəticəsində ona 602,92 manat artıq ödəmə aparıldığı müəyyən edilərək xx.xx.2023-cü il tarixli Müstəqil auditorun Hesabatı ilə təsdiq olunmuşdur. Bundan sonra X3 artıq ödənilmiş 602,92 manat tutularaq geri qaytarılmışdır. Ona görə də, “İmişli MRX” PHŞ-nin direktoru X11 AR İXM-nin 192.4-cü maddəsi ilə 1000,0 manat cərimə olunması haqqında AR ƏƏSMN DƏMX-nin Mil-Muğan Region şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı qərarı qanunsuz hesab edilməlidir. AR ƏƏSMN DƏMX-nin Mil-Muğan Region nümayəndələri X12 göstərmişdir ki, AR Əmək Məcəlləsinin 175-ci maddəsinin 3-cü bəndinə əsasən səhv riyazi hesablamalar nəticəsində düzgün hesablanmamış pulun işçiyə verildiyi gündən bir ay keçəndən sonra həmin məbləğin tutulması haqqında mühasibat əməliyyatı aparıla bilməz. İmişli MRX” PHŞ-nin direktoru X14 X3 2023-cü ilin aprel ayında ödənilmiş 602,92 manat pulun həmin ilin noyabr ayında tutulması barədə mühasibat əməliyyatı aparılmasına göstəriş verməklə əmək qanunvericiliyini pozmuşdur. Ona görə də, İmişli MRX” PHŞ-nin direktoru X11 AR İXM-nin 192.4-cü maddəsi ilə 1000 manat cərimə olunması haqqında AR ƏƏSMN DƏMX-nin Mil- Muğan Region şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı qərarı qanuni hesab edilməlidir. İşdə olan İmişli rayon Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2(036)3371/2022 saylı qətnaməsinin surətinə əsasən X1 RMX TTTY şöbəsinin sürücüsü vəzifəsinə bərpa edilərək bərpa olunduğu günədək ona əvvəlki vəzifəsi ilə keçirildiyi vəzifəsi arasındakı əmək haqqı fərqi ödənilməlidir. İşdə olan“İmişli MRX” PHŞ üzrə verilmiş xx.xx.2023-cü il tarixli PHŞ -646/3-1-1-143/2023 saylı əmrin surətinə əsasən X1 RMX TTTY şöbəsinin sürücüsü vəzifəsinə bərpa edilib bərpa olunduğu günədək ona əvvəlki vəzifəsi ilə keçirildiyi vəzifəsi arasındakı əmək haqqı fərqi ödənilmişdir. İşdə olan xx.xx.2023-cü il tarixli ******* nömrəli “ İnzibati xəta haqqında” Protokolun surətinə əsasən “İmişli MRX” PHŞ-nin direktoru X5 RMX TTTY şöbəsinin sürücüsü X3 2023-cü ilin aprel ayında ödənilmiş 602,92 manatın 2023-cü ilin noyabr ayında tutulmasına yol verərək AR ƏM-nin 175-ci maddəsinin 3-cü bəndinin tələbini pozmuşdur. AR Əmək və Əhalinin Sosial müdafiəsi Nazirliyi yanında DƏMX haqqında Əsasnamənin 4.1.1-ci bəndində göstərilir ki, xidmət öz vəzifələrini yerinə yetirmək üçün işəgötürənlərə əmək qanunvericiliyinin tələblərinə əməl olunmasına dair öz səlahiyyətləri daxilində göstərişlər vermək, öz səlahiyyətləri daxilində qərarlar qəbul etmək və onların yerinə yetirilməsinə nəzarət etmək hüququna malikdir. AR ƏM-nin 288-ci maddəsinin «d» bəndinə əsasən əmək haqqının, habelə digər ödəmələrin müəyyən edilməsi və hesablanması, yaxud ödənilməsi zamanı yaranan mübahisələr fərdi əmək mübahisələrinə aid edilir. Həmin Məcəllənin 228-ci maddəsinin «e» bəndinə əsasən əmək haqqından, habelə digər ödəmələrdən tutulmaların aparılması zamanı yaranan mübahisələr fərdi əmək mübahisələrinə aid edilir. Həmin Məcəllənin 294-cü maddəsinə əsasən bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. AR İXM-nin AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (ərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 192.4-cü maddəsinə əsasən işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla, qanun pozuntularına yol verilməsinə görə məsuliyyət müəyyən edilmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, AR ƏƏSMN DƏMX-nin Mil-Muğan Region şöbəsi səlahiyyətinə aid edilməyən məsələ üzrə araşdırma aparmış və AR İXM-nin 192.4-cü maddəsinin mənasını düzgün başa düşməyərək “İmişli MRX” PHŞ-nin direktorunun hərəkətlərini (İmişli RMX TTTY şöbəsinin sürücüsü X3 2023-cü ilin aprel ayında səhvən ödənilmiş 602,92 manat pulun 2023-cü ilin noyabr ayında tutulması) maddədə nəzərdə tutulmuş inzibati xətanın tərkib əlamətləri ilə müqayisə edə bilməmişdir. Belə ki, AR İXM-nin 192-cü maddəsinə əsasən əmək qanunvericiliyinin pozulması hər bir halda konkretləşdirilərək ayrı-ayrı inzibati xəta tərkibləri (192.1; 192.2;192.3;192.4;192.5;192.6;192,7;192.8;192.9;192.10; 192.11;192.12) ilə əhatə edilmiş və AR ƏMnin 175-ci maddəsinin 3-cü bəndinin pozulmasına görə məsuliyyət müəyyən edən inzibati xəta tərkibi nəzərdə tutulmamışdır. Səlahiyyətli orqan AR İXM-nin 192.4-cü maddəsində nəzərdə tutulan “qanun pozuntuları”nın ancaq işçinin əmək və məzuniyyət haqlarının, ezamiyyə xərclərinin, əmək qanunvericiliyində nəzərdə tutulmuş müavinət və digər ödənişlərin hesablanmasında və ödənilməsində yol verilən nöqsanlarda ( riyazi hesablamalar nəticəsində yol verilən nöqsanlar istisna olmaqla) ifadə olunduğunun və İmişli RMX TTTY şöbəsinin sürücüsü X3 2023-cü ilin aprel ayında səhvən ödənilmiş 602,92 manat pulun 2023-cü ilin noyabr ayında tutulması ilə bağlı məsələnin fərdi əmək mübahisələrinə aid edildiynin fərqinə vara bilməyərək səlahiyyətinə aid edilməyən məsələ üzrə qərar qəbul etmişdir. Ona görə də, AR ƏƏSMN DƏMX-nin Mil-Muğan Region şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023-cü il tarixli ******* saylı qərarı ləğv edilməli və “İmişli MRX” PHŞ-nin direktoru X14 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq Q Ə R A R A A L D İ: Şikayət təmin edilsin. AR ƏƏSMN DƏMX-nin Mil-Muğan Region şöbəsinin “İnzibati tənbeh vermə haqqında” xx.xx.2023cü il tarixli ******* saylı qərarı ləğv edilsin. “İmişli MRX” PHŞ-nin direktoru X14 barəsində Azərbaycan Respublikası İXM-nin 192.4-cü maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(036)-17/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-17/2024
24.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver