Məhkəmə qərarları › İş №3(036)-172/2023

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-172/2023

06.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-172/2023 06.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rаyon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, inzibati xəta törətmiş şəxs Şəxs, Ekologiya və X4 3 saylı Reginonal Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X1 iştirakı ilə, xx.xx.1962-ci ildə İmişli rayonu, Şahverdili kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, İmişli rayonu Şahverdili kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.1 və 262.2.2ci maddələri ilə olan inzibati xəta haqqında işə açıq məhkəmə iclasında bахаraq М Ü Ə Y Y Ə N E T D İ: Ekologiya və X4 3 saylı Reginonal Ekologiya və Təbii Sərvətlər İdarəsi tərəfindən Şəxs barəsində ətraf mühitin mühafizəsi, təbiətdən istifadə və ekoloji təhlükəsizlik qaydaları əleyhinə olan inzibati xətalarla bağlı xx.xx.2023-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, 09 yanvar 2023-cü il tarixdə İmişli rayonu Xubyarlı kəndi ərazisində yerüstü mənbəyindən istifadənin müvəqqəti qeydiyyatı üçün müraciət etmədən Araz çayına su matoru quraşdırıb, sudan özbaşına istifadə edilməsinə, yəni sudan istifadə etmə limitlərinə əməl edilməməsi və su ehtiyatlarından israfçılıqla istifadə edilməsinə görə nəzərdə tutulmuş inzibati xəta törətmişdir. Ekologiya və X4 3 saylı Reginonal Ekologiya və Təbii Sərvətlər İdarəsinin nümayəndəsi X3 inzibati xəta törətmiş şəxsin barəsində qanuni tədbir görülməsini xahiş etdi. İnzibati xəta törətmiş şəxs məhkəmədə izahat verərək törətdiyi inzibati xətanı etiraf edib, səmimi peşimançılığını göstərdi. İş nateriallarına əlavə edilmiş 09 yanvar 2023-cü il tarixli. 75876 nömrəli aktla müəyyən olur ki, Şəxs 09 yanvar 2023-cü il tarixdə İmişli rayonu Xubyarlı kəndi ərazisində Araz çayına su matoru quraşdırıb, sudan özbaşına istifadə edilməsinə görə nəzərdə tutulmuş inzibati xəta törətməsi aşkar edilmişdir. İşdə olan xx.xx.2006-cı il tarixli, ********** saylı vergi ödəyicisinin uçota alınması haqqında şəhadətnamənin surətinə əsasən Şəxs vergi ödəyicisidir. İnzibati Xətalar Məcəlləsi Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 262.2. Sudan özbaşına istifadə edilməsinə, yəni; Maddə 262.2.1. Sudan istifadə etmə limitlərinə əməl edilməməsinə; Maddə 262.2.2. Su ehtiyatlarından israfçılıqla istifadə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İşin faktiki halları ilə müəyyən olur ki, Əliyev X2 Xətalar Məcəlləsinin 262.2.1 və 262.2.2-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta törətmiş və onun barəsində həmin maddələrlə nəzərdə tutulmuş inzibati qaydada tənbeh tətdiq olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəm, İnzibati Xətalar Məcəlləsinin 32.1.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxsin səmimi peşmanşılığını məsuliyyəti yüngülləşdirən hal hesab edir. İnzibati Xətalar Məcəlləsinin 262.2.1 və 262.2.2-ci maddələrinin sanksiyasında fiziki şəxslərin iki yüz manatdan dörd yüz manatadək məbləğdə, vəzifəli şəxslər min manatdan min beş yüz manatadək məbləğdə, hüquqi şəxslərin iki min beş yüz manatdan üç min beş yüz manatadək məbləğdə cərimə edilməsi nəzərdə tutulmuşdur. İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin maddənin qeyd hissəsində göstərilmişdir ki, dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyri-dövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibatitəsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İnzibati xəta törətmiş şəxs Şəxs hüquqi şəxs yaratmadan, vergi ödəyicisi olaraq sahibkarlıq fəaliyyəti ilə məşğul olub, belə səlahiyyətləri yerinə yetirdiyinə görə vəzifəli şəxs hesab edilir. Məhkəmə inzibati xəta törətmiş şəxs Şəxs barəsində inzibati tənbeh tətbiq edərkən onun şəxsiyyətini və xətanın xarakterini nəzərə alaraq İnzibati Xətalar Məcəlləsinin 262.2.1 və 262.2.2 -ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş aşağı həddə inzibati cərimə növündə tənbeh tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 262.2.1 və 262.2.2-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə 800 (səkkiz yüz) manat inzibati cərimə edilsin. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar