Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-176/2023 01.02.2023 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, katib X1, inzibati xəta törətmiş şəxs Şəxs və müdafiəçisi X2 iştirakı ilə, xx.xx.1987-cı ildə İmişli rayonu, Qaradonlu kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, İmişli rayonu Qaradonlu kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1, 339.1-1, və 342.7-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiallara açıq məhkəmə iclasında bахаraq М Ü Ə Y Y Ə N E T D İ: İmişli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində yol hərəkəti qaydaları əleyhinə olan inzibati xətalarla bağlı xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, 0, xx.xx.2023-cü il tarixdə saat 17-13 radələrində mülkiyyətində olan “VAZ 2106” markalı, ** BG *** dövlət qeydiyyat nömrə nişanlı avtomobili idarə etmək hüququ olmadan, sərxoş vəziyyətdə, nəqliyyat vasitəsini müəyyən edilmiş müddətdə texniki baxışdan keçirmədən və dövlət qeydiyyat nişanlarindan biri olmadan idarə edərək, yol hərəkəti qaydaları əlehinə olan inzibati xətalar hadisəsini törətmişdir. İnzibati xəta törətmiş şəxs Şəxs məhkəmə iclasında izahat verərək göstərdi ki, o, mülkiyyətində olan “VAZ 2106” markalı, ** BG *** dövlət qeydiyyat nömrə nişanlı nəqliyyat vasitəsini idarə edərək kənd ərazisində taksi fəaliyyəti ilə məşğul olur. Avtomobili dövlət qeydiyyat nişanı olmadan idarə edərək yol hərəkəti qaydaları əlehinə olan inzibati xəta hadisəsi törətməkdə özünü təqsirli bilir və hazırda bu hərəkətinə görə peşmançılıq çəkir. Digər inzibati xəta hadisəsinə görə özünü təqsirli bilmir və polis əməkdaşı tərəfindən ona imza etdirilən sənədlərin məzmunu ilə tanış olmadan, hüquq və vəzifələri ona izah olunmadan, müdafiə hüququ pozulmaqla onun barəsində qanunsuz və əsassız protokol tərtib olunmuşdur. İnzibati xəta haqqında protokol tərtib edən İmişli Rayon Polis X5 Polisi Bölməsinin əməkdaşı X3 izahat verərək göstərdi ki, xx.xx.2023-cü il tarixli, İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərkən inzibati xəta törətmiş şəxs Şəxs həmin protokolla tanış etməmiş, onun hüquq və vəzifələrini izah etməmiş, həmin şəxsi tibbi müayinəyə göndərməmiş, İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsi digər inzibati xəta hadisəsinin normalarının əlamətlərindən daha ağır olduğundan, həmin inzibati xəta hadisələrinə görə əlavə araşdırma aparılmasını və sübutlar toplanmasını lazım bilməmiş və həmin vaxt inzibati xəta törətmiş şəxsin izahatının alınmasını məqsədəmüvafiq hesab etməmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1-ci maddəsinə əsasən nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs tərəfindən nəqliyyat vasitəsini alkoqoldan, narkotik vasitələrdən, psixotrop maddələrdən və ya güclü təsir göstərən digər maddələrdən istifadə olunması nəticəsində sərxoş vəziyyətdə idarə edilməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 339.1-ci maddəsinə əsasən nəqliyyat vasitələrinin sahibləri və ya sürücüləri tərəfindən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada və müddətdə nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməyə və ya dövlət qeydiyyatından keçirilmiş nəqliyyat vasitəsi icarə və ya digər əşya hüquqlarına dair müqavilə (notarius tərəfindən təsdiq edilən müqavilələr istisna olmaqla) əsasında başqa şəxsə verildikdə onu təkrar dövlət qeydiyyatından keçirməməyə, yaxud nəqliyyat vasitəsinin geri qaytarılması barədə öhdəçiliyə əməl etməməyə və ya nəqliyyat vasitəsinin özgəninkiləşdirilməsinin rəsmiləşdirilməsi və ya girov qoyulması qaydalarını pozmağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Həmin Məcəllənin 342.7-ci maddəsinə əsasən dövlət qeydiyyat nişanları və ya onlardan birinin olmamasına, saxta və ya mövcud standartlara uyğun olmayan və ya başqa nəqliyyat vasitələrinə verilmiş dövlət qeydiyyat nişanları ilə nəqliyyat vasitələrini idarə etməyə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2014-cü il tarixli, 209 nömrəli Qərarı ilə təsdiq olunmuş “Nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi Qaydaları”-nın 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxsin sərxoşluq vəziyyətinin müəyyən edilməsi nəfəsindən alkoqollu içki qoxusu gəldikdə; ayaq üstə sərbəst dayana bilmədikdə; özünü idarə edə bilmədikdə həyata keçirilir. Qaydaların 2.7-ci bəndinə əsasən nəqliyyat vasitəsini idarə edən şəxs alkoqollu içkidən və yaxud narkotik vasitələrdən, psixotrop və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş vəziyyətdə olub-olmamasının müəyyən edilməsindən imtina etdikdə və ya xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduqda, lakin onun sərxoşluq əlamətləri özünü aşkar büruzə verdikdə, həmin şəxs tibbi müayinəyə göndərilir. Qaydaların 3.1-ci bəndinə əsasən alkoqollu içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində yaranan sərxoşluq hallarının müəyyənləşdirilməsi məqsədi ilə aparılan tibbi müayinə yalnız narkoloji xidmət göstərən dövlət tibb müəssisəsinin həkim-narkoloqu tərəfindən həyata keçirilir. Sərxoşluq hallarının müəyyən edilməsi məqsədi ilə aparılan tibbi müayinə tibbi müayinəyə göndərilmə barədə protokolla, habelə müayinə olunan şəxsin təşəbbüsü ilə həyata keçirilir. Qaydaların 3.4-cü bəndinə əsasən müayinə aparan həkim-narkoloq bu Qaydaların əlavəsinə uyğun formada 3 nüsxədən (əsli və surəti) ibarət tibbi müayinə aktı tərtib edir. Aktda yoxlanılan şəxs barədə məlumatlar (adı, soyadı, atasının adı, doğulduğu tarix, sürücülük vəsiqəsinin nömrəsi), müayinə aparılması barədə qərar qəbul edən orqanın adı və müayinənin səbəbi göstərilir. İnzibati Xətalar Məcəllə Maddə 3. Bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Maddə 8. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. İnzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Maddə 53.2. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. Maddə 61.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin aşağıdakı hüquqları vardır: inzibati xəta haqqında iş üzrə bütün materiallarla tanış olmaq; izahat vermək; işə baxılarkən müdafiəçinin hüquqi yardımından istifadə etmək və sairə. Maddə 66.3. Maddi vəziyyətinə görə öz hesabına vəkil tutmaq imkanı olmadıqda, inzibati qaydada tutulmuş şəxsə hüquqi yardım dövlətin vəsaiti hesabına göstərilir. Belə halda vəkil öz vəzifələrini yerinə yetirməkdən imtina edə bilməz. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Beləliklə, iş materialları ilə müəyyən olur ki, inzibati xəta haqqında protokol tərtib edilərkən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100-cü maddəsinin tələbləri kobud surətdə pozularaq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs haqqında məlumat, o cümlədən vətəndaşın fərdi identifikasiya nömrəsi qeyd olunmamış, inzibati xətanın mahiyyəti protokolda öz əksini tapmamış, inzibati xətanın aşkar edilməsində xüsusi texniki vasitələrdən istifadə olunduğu halda onların göstəriciləri, habelə istifadə olunmuş xüsusi texniki vasitənin tipi, markası, modeli, yerləşdiyi yer, ölçmə vasitəsinin son dəfə müqayisəli dövlət yoxlamasından keçdiyi vaxt (bunu təsdiq edən sənədin nömrəsi, tarixi) və növbəti yoxlamanın keçirilməli olduğu vaxt barədə məlumatlar göstərilməmiş, protokol tərtib edilərkən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə bu Məcəllədə nəzərdə tutulmuş hüquqları və vəzifələri izah edilməmiş və bu barədə protokolda müvafiq qeyd aparılmamış, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan fiziki şəxsə inzibati xəta haqqında protokolun surəti verilməli olduğu halda verilməmişdir. İşdə olan nəqliyyat vasitəsinin mühafizə olunan duracağa yerləşdirilməsi barədə tərtib edilmiş 11 yanvar 2023-cü il tarixli aktla müəyyən olur ki, həmin tarixdə saat 21-50 radələrində Şəxs Amil oğlu “VAZ 2106” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edən zaman inzibati xəta hadisəsi törətdiyinə görə, polis əməkdaşları tərəfindən ona məxsus nəqliyyat vasitəsi dayandırılaraq duracağa gətirilmiş, lakin nəqliyyat vasitəsinin qəbul edilməsi barədə duracağın əməkdaşının imzası yoxdur və həmin şəxsin soyadı, adı qeyd olunmamışdır. Məhkəmədə Şəxs “VAZ 2106” markalı, ** BG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini dövlət qeydiyyatından keçirmədən idarə etməsi halı müəyyən edilməmiş, bu barədə iş materiallarında heç bir sübut mövcud deyildir. Bundan əlavə, məhkəmədə müəyyən olur ki, inzibati xəta törətmiş şəxs xüsusi texniki vasitə ilə müayinənin nəticəsindən narazı olduğu halda, həmin şəxs tibbi müayinəyə göndərilməmiş və həmin hal araşdırılmamış qalmışdır. İnzibati xəta törətmiş şəxsin xüsusi texniki vasitə ilə müayinədən keçməsi və bu barədə iş materallarına əlavə edilmiş kağız parçasındakı qeydlər oxunmaz halda olub, konkret faktı özündə əks etdirmədiyindən maddi sübut kimi qəbul edilə bilməz və həmin sənədə tənqidi yanaşılmalıdır. İnzibati xəta haqqında protokol tərtib etmiş polis əməkdaşı tərəfindən qeyd olunan faktları təsdiq edən başqa bir sübut təqdim olunmamışdır. Qanunvericiliyə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. İnzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində şübhələr onun xeyrinə həll edilir. Hər hansı şəxs barəsində başlanılmış inzibati xətalar haqqında işlər üzrə icraata, həmçinin onun inzibati xəta törədilməsinə aidiyyəti olmadıqda və ya təqsirliliyi sübuta yetirilmədikdə, o cümlədən təqsirliliyin sübuta yetirilməsində qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edildikdə xitam verilir. İnzibati Xətalar Məcəlləsinin 32 və 33-cü maddələrinə əsasən inzibati tənbeh tətbiq edilərkən məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə hesab edir ki, inzibati xəta törətmiş şəxs Şəxs barəsində Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 339.1-ci maddələri ilə olan inzibati xəta haqqında iş üzrə təqsirliliyi sübuta yetirilmədiyinə görə həmin hissədə iş üzrə icraata xitam verilməli və onun tərəfindən İnzibati Xətalar Məcəlləsinin 342.7–ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsinin törədilməsi etiraf edilib, işin faktiki halları ilə sübuta yetirildiyinə görə, həmin maddə ilə də təqsirli bilinərək inzibati qaydada tənbeh olunmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.7-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xətaya görə təqsirli bilinib, 60 (altmış) manat cərimə edilsin. Şəxs barəsində Аzərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.1 və 339.1-ci maddələri ilə olan inzibati xətaya görə icraata xitam verilsin. Qərardan 10(on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №3(036)-176/2023
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-176/2023
01.02.2023 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver