Məhkəmə qərarları › İş №3(036)-1782/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1782/2025

02.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1782/2025 02.12.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, İnzibati xəta haqqında protokolu tərtib etmiş İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis baş leytenantı X4, Müdafiəçi – İmişli Rayon Vəkil Bürosunun vəkili Vəkil, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1969-cu ildə İmişli rayonu, Sarıxanlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, İmişli rayonu, Sarıxanlı kəndində qeydiyyatda olan Şəxs Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1ci maddələri ilə nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 02 dekabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokolda göstərilmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə avtomobillərin mühafizə duracağında ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Bununla da o, Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan inzibati xətaları törətmişdir. Məhkəmə iclasında İmişli Rayon Polis X1 Bölməsinin sahə rəisi, polis baş leytenantı X9 protokolun məzmununa uyğun izahat verərək bildirmişdir ki, Şəxs xx.xx.2025-ci il tarixdə avtomobillərin mühafizə duracağında ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmamışdır. Həmin şəxs Şəxs olmuşdur. Şəxs İmişli rayon polis şöbəsinin inzibati binasına dəvət olunmuş, izahat verməkdən və həkim müayinəsindən keçməkdən imtina etmişdir. Odur ki o, Şəxs Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulmuş xətanı törətdiyinə görə barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qismən təqsirli hesab edərək izahatında göstərmişdir ki, o, İmişli rayonu, Sarıxanlı kəndində ailə üzvləri ilə birlikdə yaşayır. xx.xx.2025-ci il tarixdə Elnur adlı şəxs onun qonağı olmuşdur. Yol patrul əməkdaşları onu sərxoş vəziyyətdə avtomobili idarə edərkən saxlamış və avtomobili duracağa yerləşdirmişdir. O da qonağı olan Elnur adlı şəxsin arxasınca avtomobilin yerləşdiyi duracağa getmişdir. Həmin yerə yaxınlaşıb polis əməkdaşları ilə səmimi söhbət etmişdir. Polis əməkdaşları ondan pul istəmiş o da razı olmamışdır. Ona görə də aralarında mübahisə yaranmışdır. O, polis əməkdaşlarını söyməmiş və heç bir müqavimət göstərməmişdir. Məhkəmə iclasında iştirak edən müdafiəçi Vəkil izahatında göstərmişdir ki, hüquqların müdafiə etdiyi şəxs Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələri ilə inzibati qaydada protokol tərtib edilərək məhkəməyə verilmişdir. Qeyd edir ki, xx.xx.2025-ci il tarixdə inzibati qaydada saxlanılmış şəxs Şəxs hüquqlarının müdafiəsi ilə bağlı aralarında bağlanmış hüquqi yardım müqaviləsi əsasında sonuncu ilə konfidensial görüşüb ünsiyyət saxlamaq məqsədi ilə xx.xx.2025-ci il tarixdə İmişli rayon polis şöbəsinin növbətçi hissəsinə yaxınlaşıb özünü təqdim etsə də ona bu şərait yaradılmamış və görüşə icazə verilməmişdir. Bu isə saxlanılan şəxsin hüquqlarını kobud şəkildə pozulmasına gətirib çıxarmışdır. Halbu ki, hazırki, iş üzrə nə hüquqlarını müdafiə etdiyim şəxs nə də müdafiəçi qismində onun qeyd edilən hüquqlarının həyata keçirilməsinə imkan verilməmişdir. Göründüyü kimi hüquqlarını müdafiə etdiyi Şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat kobud qanun pozuntuları ilə müşayiət edilməklə o cümlədən qanuna zidd olaraq əldə edilmiş sübutlardan istifadə edilməklə aparılmışdır. Ona görə də Şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi barədə qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X2 ifadəsində bildirdi ki, xx.xx.2025-ci il tarixdə İmişli RPŞ-nin avtomobillər üçün nəzərdə tutulmuş mühafizə olunan duracağında İmişli RPŞ-nin MSY-nin polis nəfəri polis serjantı Xəyal İsmayıllı ilə birlikdə xidmətdə olan zaman saat 20:24 radələrində İmişli RPŞ-nin DYPB-nin YPX inspektoru, polis baş serjantı Elvin Nəhmədov “Mercedes” markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobili duracağa yerləşdirib sürücü barəsində protokol tərtib edən zaman bir nəfər vətəndaş mühafizə olunan duracağa daxil olaraq YPX inspektoru, polis baş serjantı Elvin Nəhmədovun protokol tərtib etməsinə maneçilik törətdiyi üçün ona yaxınlaşaraq özünü təqdim edib polisin qanuni işinə maneçilik törətməməsini və duracağdan çölə çıxmasını xahiş etmişdir. Bu zaman həmən şəxs ucadan ünvansız söyüşlər işlətmişdir. O, onu dəfələrlə nizam intizama dəvət edərək ictimai qaydanı pozmamasını eləcədə polisin qanuni tələblərinə riayət etməsini xahiş etmişdir. Lakin həmən şəxs öz qanunsuz hərəkətləri ilə yenidən ünvansız söyüşlər söyərək polisin qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən RPŞ-nin PPXB-nin polis nəfəri polis baş serjantı Cəbrayıl Qəhrəmanov və polis baş serjantı Elvin Həsənovu köməyə çağırmışdır. Əraziyə gələn əməkdaşların köməyi ilə həmən şəxs RPŞ-nə gətirilmişdir. RPŞ-nin NH-də həmən şəxsin İmişli rayonu Sarıxanlı kənd sakini Şəxs olduğu müəyyən edilmişdir. Məhkəmə iclasında şahidlər X3, X5, X8 və X7 şahid qismində dindirilmiş X2 ilə oxşar məzmunda ifadə verərək, həmin xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarında olan və məhkəmə iclasında tədqiq olunmuş: İmişli Rayon Polis Şöbəsindən daxil olmuş 02 dekabr 2025-ci il tarixli MN seriyalı ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, Şəxs xx.xx.2025-ci il tarixdə avtomobillərin mühafizə duracağında ünvansız nalayiq ifadələr işlədərək ictimai qaydanı pozmuş və polis əməkdaşlarının qanuni tələbinə qəsdən tabe olmaması əsas gətirilərək Azərbaycan Respublikası İXM-nin 510 və 535.1-ci maddələrində nəzərdə tutulan əməli törətməsi göstərilmiş və barəsində həmin maddələr ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. İnzibati qaydada tutma haqqında 01 dekabr 2025-ci il tarixli protokoldan görünür ki, Şəxs həmin tarixdə tutulmuşdur. xx.xx.2025-ci il tarixli 351 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Şəxs sərxoşluq vəziyyətinin tibbi müayinəsi zamanı üfürməkdən imtina etmişdir. İş materiallarına əlavə olunmuş xx.xx.2025-ci il tarixli raportdan görünür ki, xx.xx.2025-ci il tarixdə İmişli RPŞ-nin avtomobillər üçün nəzərdə tutulmuş mühafizə olunan duracağında İmişli RPŞ-nin MSY-nin polis nəfəri polis serjantı Xəyal İsmayıllı ilə birlikdə xidmətdə olan zaman saat 20:24 radələrində İmişli RPŞ-nin DYPB-nin YPX inspektoru,polis baş serjantı Elvin Nəhmədov “Mercedes” markalı **-GM-*** dövlət qeydiyyat nişanlı avtomobili duracağa yerləşdirib sürücü barəsində protokol tərtib edən zaman bir nəfər vətəndaş mühafizə olunan duracağa daxil olaraq YPX inspektoru, polis baş serjantı Elvin Nəhmədovun protokol tərtib etməsinə maneçilik törətdiyi üçün ona yaxınlaşaraq özünü təqdim edib polisin qanuni işinə maneçilik törətməməsini və duracağdan çölə çıxmasını xahiş etmişdir. Bu zaman həmən şəxs ucadan ünvansız söyüşlər işlətmişdir. O, onu dəfələrlə nizam intizama dəvət edərək ictimai qaydanı pozmamasını eləcədə polisin qanuni tələblərinə riayət etməsini xahiş etmişdir. Lakin həmən şəxs öz qanunsuz hərəkətləri ilə yenidən ünvansız söyüşlər söyərək polisin qanuni tələblərinə tabe olmamışdır. Bu səbəbdən RPŞ-nin PPXB-nin polis nəfəri polis baş serjantı Cəbrayıl Qəhrəmanov və polis baş serjantı Elvin Həsənovu köməyə çağırmışdır. Əraziyə gələn əməkdaşların köməyi ilə həmən şəxs RPŞ-nə gətirilmişdir. RPŞ-nin NH-də həmən şəxsin İmişli rayonu Sarıxanlı kənd sakini Şəxs olduğu müəyyən edilmişdir. Odur ki, həmən şəxs barəsində tədbir görülməsi üçün göstəriş verilməsi xahiş edilmişdir. Odur ki, İmişli rayonu Sarıxanh kənd sakini Şəxs barəsində tədbir görülməsinə dair göstəriş verməyinizi Sizdən xahiş edirəm Məhkəmə, tərəflərin izahatlarını, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin məhkəmə iclasında verdiyi izahatı, eləcə də inzibati xəta haqqında materialı araşdırıb hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməsi tam sübuta yetirilir. Azərbaycan Respublikası İXM-nin 510-cu maddəsinə əsasən xırda xuliqanlıq, yəni ictimai qaydanı pozan, lakin fiziki şəxslər üzərində zor tətbiq olunması ilə və ya belə zorun tətbiq edilməsi hədəsi ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət edilməyən hərəkətlərə görə - əlli manatdan yüz manatadək məbləğdə cərimə edilir, işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət sayılmadıqda, on beş günədək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə - fiziki şəxslər iki yüz manat məbləğində cərimə edilir və ya işin halları və pozuntu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 31.2-ci maddəsinə əsasən, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Həmin Məcəllənin 31.4-cü maddəsinə əsasən, bu Məcələnin Xüsusi hissəsində inzibati xətanın törədilməsinə görə müəyyən edilən inzibati tənbehin yalnız yuxarı həddi müəyyən edildikdə, tətbiq edilən inzibati tənbeh onun yuxarı həddinin dörddə üçündən az ola bilməz. Həmin Məcəllənin 32.1.1-ci maddəsinə əsaən inzibati xəta törətmiş şəxsin səmimi peşmançılığı inzibati məsuliyyəti yüngülləşdirən hal hesab edilir. Həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən, şəxsin eyni vaxtda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, həmin şəxs daha ciddi xətaya görə müəyyən edilmiş sanksiya çərçivəsində tənbeh edilir. Bu halda törədilmiş xətalardan hər hansı birinə görə nəzərdə tutulmuş əlavə tənbehlərdən biri əsas tənbehə əlavə edilə bilər. Həmin Məcəllənin 34.4-cü maddəsinə əsasən, şəxsin müxtəlif vaxtlarda öz hərəkətləri (hərəkətsizliyi) ilə törətdiyi bir neçə inzibati xətaya dair işlərə baxılması eyni orqanın səlahiyyətinə aiddirsə, barəsində inzibati icraat aparılan şəxsə tətbiq olunan tənbeh bu Məcəllənin 25.4, 27.1, 28.3, 29.3 və 30.1-ci maddələrində müəyyən edilmiş hədlərdən artıq ola bilməz. Məhkəmə, inzibati xəta törətmiş Şəxs şəxsiyyətini, inzibati məsuliyyəti yüngülləşdirən hal kimi əməlindən səmimi peşmançılıq çəkməsini (İXM-nin 32.1.1), ağırlaşdıran halların müəyyən olunmamasını və iş üzrə tədqiq olunmuş digər halları araşdırıb hesab edir ki, o, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə təqsirli bilinərək inzibati məsuliyyətə cəlb edilməli və həmin Məcəllənin 34.3-cü maddəsinə əsasən Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə tənbeh tədbiri tətbiq edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3, 40, 43, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 510 və 535.1-ci maddələri ilə nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 34.3-cü maddəsinin tələbinə uyğun olaraq daha ciddi xətaya görə - İXM-nin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək barəsində 150 (bir yüz əlli) manat məbləğində cərimə tənbeh tədbiri tətbiq edilsin. Şəxs dərhal məhkəmə iclas zalından azad edilsin. Qərarın icrası İmişli Rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Orxan Mahmud

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar