Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-179/2024 26.02.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Əsədli Xuraman Emin qızının katibliyi ilə, xx.xx.1990-cı ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, İmişli rayonunun Yalavac kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində İmişli şəhəri, H.Aslanov küçəsində Mərkəzi Poçtun yanında ictimai qaydanı pozaraq polis əməkdaşlarına qarşı hörmətsizlik etmiş və qanuni tələblərinə qəsdən tabe olmayaraq münaqişə yaratmışdır. Protokol toplanmış materiallarla birlikdə baxılması üçün məhkəməyə göndərilmişdir. Barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxs Şəxs özünü inzibati xəta törətməkdə təqsirli bilərək izahatında göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Yalavac kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə saat 23:00 radələrində İmişli şəhərində yerləşən “Nərgizim” şadlıq sarayında toy məclisində iştirak etmiş və həddən artıq spirtli içki qəbul etmişdir. Toydan çıxıb evə gedərkən polis əməkdaşları onu küçədə saxladıqda o, bundan əsəbləşərək polis əməkdaşlarına qarşı hörmətsizlik etmişdir. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. AR İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43, 50, 114, 115, 117, 130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 8 (səkkiz) gün müddətində inzibati qaydada həbs edilsin. Həbsdə saxlanma müddətinin əvvəli xx.xx.2024-cü il tarixdən, saat 23-00-dan hesablansın. Qərarın icrası İmişli rayon Polis şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov
Məhkəmə qərarları › İş №3(036)-179/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-179/2024
26.02.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver