Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1828/2025 09.12.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru X3, X1, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.1993-cü ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, işləməyən, İmişli rayonu, Məhəmmədli kəndində qeydiyyatda olan və yaşayan Şəxs, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, X1 xeyrinə birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmalarından ötrü cavabdeh Şəxs hər bir uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, ayda 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment ödəməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(036)-146/2023 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmiş və cəmi 10020 (on min iyirmi) manat aliment borcu yaranmışdır. İmişli rayon icra və probasiya şöbəsinin böyük icra məmuru X14 izahat verərək göstərdi ki, borclu Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(036)-146/2023 saylı icra sənədini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir, aliment borcunun ödənilməsi üçün heç bir hərəkət etmir və üzərinə düşən vəzifəsini icra etməmişdir. Əvvəllər aliment borcundan ödəniş etmiş lakin son vaxtlar ödəniş etməmişdir. Məhkəmə qərarının icra edilməməsi tələbkarın haqlı narazılıqlarına səbəb olmuşdur. Nəticədə borclu Şəxs 10020 (on min iyirmi) manat aliment borcu yaranmışdır. Tələbkar borcun dərhal və bütöv şəkildə ödənilməsini tələb etmişdir. Ona görə də barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilərək izahatında göstərmişdir ki, X1 xeyrinə birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmalarından ötrü cavabdeh Şəxs hər bir uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, ayda 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment ödəməsi barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(036)-146/2023 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzrsüz səbəbdən olmamışdır. O, işləmir və maddi imkanı yoxdur. Hazırda aliment borcundan hissə-hissə ödənişlər etmişdir. Nəzərə alınmasını xahiş etmişdir. X2 izahat verərək göstərdi ki, borclu Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(036)-146/2023 saylı icra sənədini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir və üzərinə düşən vəzifəsini icra etməmişdir. Uşağın biri epilepsiya xəstəliyindən əziyyət çəkir. Daimi müalicəyə ehtiyacı var. Onunla əvvəllər dəfələrlə razılığa gəlinsə də ödəniş etməmişdir. İki gün əvvəl 40 (qırx) manat ödəmişdir. Bu isə uşağın müalicəsinə çatmır. Borcunun yarısından ödəniş etsə şikayətçi olmaz. Hazırda ondan şikayətçidir. Ona görə də Şəxs barəsində inzibati tənbeh tədbirinin tətbiq edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(036)- 146/2023 saylı icra sənədindən görünür ki, X1 xeyrinə birgə nikahdan doğulmuş xx.xx.2014-cü il təvəllüdlü X7, xx.xx.2016-cı il təvəllüdlü X5 və xx.xx.2018-ci il təvəllüdlü X6 yetkinlik yaşlarına çatanadək saxlanılmalarından ötrü cavabdeh Şəxs hər bir uşaq üçün 120 (yüz iyirmi) manat olmaqla, ayda 360 (üç yüz altmış) manat sabit pul məbləğində aliment ödənilməsi qət edilmişdir; İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(036)-146/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır; İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il 2(036)-146/2023 saylı icra sənədinin könüllü icrası dərhal icra edilməlidir; İş materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli qərarın surətindən görünür ki, borclu Şəxs İmişli Rayon İcra və Probasiya Şöbəsinə məcburi qaydada gətirilməsi barədə İmişli Rayon Məhkəməsinə təqdimat verilmişdir; İş materiallarına əlavə edilmiş İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 3(036)-1187/2023 saylı qərarın surətindən görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xətaya görə 10 gün inzibati qaydada həbs edilmişdir; İmişli Rayon İcra və Probasiya Şöbəsinin xəbərdarlıqlarından görünür ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə məsuliyyətə cəlb olunması barədə xəbərdar edilmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən: İ. Məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. İİ. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən: Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada qanuni qüvvəyə minmiş bu qərarlar Azərbaycan Respublikası ərazisində bütün fiziki və hüquqi şəxslər tərəfindən mütləq, vaxtında və dəqiq icra olunmalıdır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tədbirinin tətbiq edilməsi ilə cəzanın əsl məqsədinə nail olmağın mümkün olmayacağı qənaitinə gəldiyi üçün həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 09 dekabr 2025-ci il tarixdən saat 17:40-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-1828/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1828/2025
09.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver