Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-1830/2025 11.12.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Ağayeva Gülsaba Xeyrulla qızı, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə tənbeh tədbirinin tətbiq edilməsinə dair DİN Baş Dövlət Yol Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında materialı nəzərdən keçirib, m ü ə y y ə n e t d i: DİN Baş Dövlət Yol Polis idarəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə inzibati xəta törətməsinə dair xx.xx.2025-ci il tarixli İXP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilərək baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərilmişdir. Məhkəmə inzibati xəta haqqında protokolu və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən protokol və ona əlavə edilmiş sənədlər onu göndərmiş orqana geri qaytarılmalıdır. İşin baxılmağa hazırlanması zamanı müəyyən edilmişdir ki, inzibati xəta haqqında protokolda inzibati xətanın törədildiyi yer göstərilməmiş, protokolun tərtib edildiyi yer kimi DİN BDYPİ (Hacıqabul-Bəhrəmtəpə-Mincivan yolu 91.6 km) göstərilmiş, parametr dəyər göstəricilərində də stansiya M-6, 91.6 km, İmişli rayonu Qaradonlu kəndi, Hacıqabul istiqaməti, yol olaraq isə M-6 Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolu göstərilərək xətanın törədildiyi yerin, İmişli yaxud Hacıqabul rayonu olması dəqiq müəyyən olunmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 100.1-ci maddəsinə görə protokolun tərtib edildiyi tarix və yer göstərilməlidir. Beləliklə, inzibati xəta haqqında protokol düzgün tərtib olunmadığından, təqdim edilmiş materiallar natamam olduğundan məhkəmə hesab edir ki, inzibati xəta haqqında protokol və ya digər materiallar onu tərtib etmiş orqana geri qaytarılmalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib olunmadıqda, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xəta haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barədə qərardad qəbul edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 100 və 109-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 342.9-cu maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməsinə dair DİN Baş Dövlət Yol Polis idarəsindən daxil olmuş inzibati xəta haqqında protokol və ona əlavə olunmuş sənədlər DİN Baş Dövlət Yol Polis idarəsinə geri qaytarılsın. Hakim Gülsaba Ağayeva.
Məhkəmə qərarları › İş №3(036)-1830/2025
İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-1830/2025
11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver