Məhkəmə qərarları › İş №3(036)-1847/2025

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1847/2025

18.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1847/2025 18.12.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Tağıyev Rasət Şaiq oğlunun katibliyi ilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X4 nümayəndəsi X2 iştirakı ilə, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X4 səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan X10 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: X10 şikayətlə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X4 səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarının ləğv edilməsini və iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayətçi ərizəsini onunla əsaslandırmışdır ki, Azərbaycan Respublikası Qida X5 X8 rəisi Anar Əlizadənin 04 dekabr 2025-ci il tarixli MN ******* saylı inzibati tənbeh vermə haqqında qərarı ilə AR İXM-nin 220.3-cü maddəsinə əsasən 400 manat cərimə olunmağı barədə qərar qəbul olunmuşdur. O, həmin qərarla razı deyil, çünki Azərbaycan Respublikası İXM-nin həmin maddəsinin tələbini pozmamışdır. Həmin qərar qərəzli yazılıb. Belə ki, müəssisə kifayət qədər havalandırma sistemi ilə təchiz olunmuşdur. Eyni zamanda müəssisədə vaxtı vaxtında dizenfeksiya işləri aparılır. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X4 Heyvan sağlamlığı və baytarlıq nəzarəti sektorunun aparıcı məsləhətçisi X3 şikayət təmin edilməməsini, qərarın qüvvədə qalmasını məhkəmədən xahiş etdi. X7 məhkəmə iclasının vaxtı və yeri barədə qanunla nəzərdə tutulmuş qaydada məlumat verilməsinə baxmayaraq, o, məhkəməyə gəlməmiş və ondan işə baxılmasının təxirə salınması barədə vəsatət daxil olmamışdır. Məhkəmə Azərbaycan Respublikasının İXM-nin 133.2.4-cü maddəsinə əsasən işə X6 iştirakı olmadan baxılması mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını tədqiq edib, proses iştirakçısının izahatına və toplanmış sübutlara məcmu üzrə qiymət verərək hesab edir ki, şikayət təmin olunmamalıdır. Belə ki, iş materiallarında olan xx.xx.2025-ci il tarixli, MMRB-YP-414 saylı yoxlamanın nəticələri üzrə qərardan görünür ki, müəssisənin yem anbarında müvafiq qaydada yerləşdirilmiş ümumi mübadiləli və öz-özünə (avtonom) mekaniki havalandırma sistemləri quraşdırılmamış, yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin saxlanması üçün xüsusi yerlər və ya dolablar təşkil edilməmiş, izləmə ilə bağlı tələblərə əməl olunmamışdır. Bununla da, Azərbaycan Respublikasının Qida X1 19 saylı Qərarı ilə təsdiq olunmuş “Qida məhsulları üzrə gigiyena tələblərinə dair qaydalar”ın (Bundan sonra Qaydalar) 2 nömrəli əlavəsinin tələbləri pozulmuşdur. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, 3-44-10/2-3302-2025 saylı yoxlama materiallarına baxılmasına dair bildirişdən görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Sahibkarlıq sahəsində aparılan yoxlamaların vahid məlumat reyestrindən alınmış xx.xx.2025-ci il tarixli, KY252425092 nömrəli Çıxarışa və Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X4 xx.xx.2025-ci il tarixli, MMRB-YP-414 nömrəli yoxlamanın aparılması haqqında Qərarına əsasən "xxxx" MMC-yə məxsus heyvandarlıq təsərrüfatında həyata keçirilən planlı (növbəli) yoxlama zamanı sahibkarlıq fəaliyyətinə dair məcburi tələblərə, o cümlədən bu sahədə sahibkarlara kömək göstərilməsi yolu ilə insanların həyat və ya sağlamlığının, ətraf mühitin və dövlətin əmlak maraqlarının təhlükəsizliyinin təmin edilməsi məqsədi ilə planlı (növbəli) yoxlama həyata keçirilmişdir. İş materiallarında olan xx.xx.2025-ci il tarixli, MMRB-YP-414 nömrəli yoxlama aktından görünür ki, "xxxx" MMC-ə məxsus heyvandarlıq təsərrüfatında keçirilən planlı yoxlama zamanı yuyucu maddələr və dezinfeksiyaedici vasitələrin saxlanması üçün xüsusi yerlər və ya dolablar təşkil edilməmiş, izləmə ilə bağlı tələblərə əməl olunmamışdır. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X4 səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati xəta haqqında protokoldan görünür ki, "xxxx" MMC-də xx.xx.2025-ci il tarixində keçirilən planlı yoxlama zamanı müvafiq qrupla dezinfeksiya tədbirlərinin aparılmasına dair müqavilənin olmaması, təsərrüfatda izləmə sisteminin tətbiq edilməməsinə görə vəzifəli şəxs X10 barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.3-cü maddəsilə protokol tərtib olunmuşdur. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X4 səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərardan görünür ki, X11 400 manat məbləğində cərimə edilmişdir. “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, qida və yem məhsullarının təhlükəsizliyinə və qida məhsullarının minimum keyfiyyətinə, o cümlədən qida və yem məhsullarında qalıqların maksimum miqdarına, məhsulların tərkibində istifadəsinə yol verilən maddələr və onların müəyyən edilmiş hədlərinə, habelə qida məhsulları ilə təmasda olan material və məmulatlara, qida və yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi və utilizasiyası proseslərinə dair tələblər qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlarla (sanitariyagigiyena, baytarlıq, fitosanitar norma və qaydalar ilə) müəyyən edilir. Həmin Qanunun 27.1-ci maddəsinə əsasən, qida subyektləri onları qida və yem məhsulları, qida məhsulları əldə edilən heyvanlar, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrlə təchiz edən və ya onların qida və yem məhsulları ilə təchiz etdiyi subyektləri müəyyən etməyə imkan verən izləmə sisteminə və prosedurlarına malik olmalıdır. Qida subyektləri bu məqsədlə məhsulların izlənilməsi qaydası ilə müəyyən olunan sənədlərin kağız üzərində və (və ya) elektron daşıyıcılarda tərtib olunmasını və saxlanılmasını təmin etməlidir. Həmin Qanunun 27.2-ci maddəsinə əsasən, qida subyektləri müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) tələbi əsasında həmin sənədləri, habelə malik olduğu izləmə sistemi və prosedurları haqqında məlumatları həmin orqana təqdim etməlidirlər. Həmin Qanunun 27.3-cü maddəsinə əsasən, qida subyektləri bazara yerləşdirdikləri və ya yerləşdirilməsi nəzərdə tutulan qida və yem məhsulunun, qida məhsulları əldə edilən heyvanların, yaxud qida və yem məhsullarına əlavə edilməsi nəzərdə tutulan maddələrin asanlıqla izlənilməsini təmin etmək məqsədilə həmin məhsulların bu Qanuna uyğun olaraq müəyyən edilmiş qaydada etiketlənməsini, identikləşdirilməsini və tələb olunan sənədlərlə müşayiət olunmasını təmin etməlidirlər. Azərbaycan Respublikası Qida X1 3 noyabr 2020-ci il tarixli 19 nömrəli qərarı ilə təsdiq edilmiş “Qida obyektlərinə dair gigiyena tələblərinə dair Qaydalar”ın 1.6-cı bəndinə əsasən, Qida obyektlərinin istehsal və yardımçı sahələrində müvafiq qaydada yerləşdirilmiş və təbii, ümumi mübadiləli və öz-özünə (avtonom) mexaniki havalandırma sistemləri qurulmalıdır. Havanın çirkli zonadan təmiz zonaya mexaniki axınına yol verilməməlidir. Havalandırma sistemlərinin filtrləri, təmizləmə və ya əvəzləmə tələb edən digər hissələri əlçatan səviyyədə yerləşdirilməlidir. Həmin Qaydaların 1.7-ci bəndinə əsasən, sanitar məişət otaqlarında (istirahət, qida qəbulu və soyunub-geyinmə otaqları, sanitar qovşaqlar, duş kabinələri və s.) profilə müvafiq təbii və ya mexaniki havalandırma sistemləri qurulmalıdır. Sanitar qovşaqlarda tullantılar saxlanan otaqlarda öz-özünə (avtonom) mexaniki havalandırma sistemləri qurulmalıdır. Həmin Qaydaların 1.11-ci bəndinə əsasən, yuyucu maddələr və dezinfeksiyaedici vasitələr qida məhsullarının istehsal sahələrində və anbar otaqlarında saxlanmamalıdır. Onların ayrıca saxlanması üçün xüsusi yerlər və ya dolablar təşkil edilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 17-ci maddəsinə əsasən vəzifəli şəxslər öz vəzifələrinin yerinə yetirilməməsi və ya lazımınca yerinə yetirilməməsi ilə bağlı inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar. Həmin Məcəllənin 17-ci maddəsinin “Qeyd”–inə əsasən dövlət hakimiyyətinin nümayəndəsi funksiyasını həyata keçirən şəxslər, dövlət orqanlarında, bələdiyyələrdə, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə, dövlət və qeyridövlət təşkilatlarında, idarə və müəssisələrində, o cümlədən publik hüquqi şəxslərdə təşkilati-sərəncamverici və ya inzibati-təsərrüfat vəzifələrində daimi və ya müvəqqəti işləyən şəxslər və ya həmin vəzifələri xüsusi səlahiyyət əsasında həyata keçirən şəxslər, habelə hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olaraq belə səlahiyyətləri yerinə yetirən fiziki şəxslər vəzifəli şəxs hesab edilirlər. İnzibati xəta haqqında işin materiallarını tədqiq edərək məhkəmə hesab edir ki, toplanmış sübutlarla X6 inzibati xətanı törətməsində təqsiri tam sübuta yetir və onun törətdiyi əməl Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 220.3-cü maddəsi ilə düzgün tövsif olunmuş və törətdiyi inzibati xətaya görə barəsində düzgün inzibati tənbeh tətbiq edilmişdir. O, Azərbaycan Respublikası İXM-in 220.3-cü maddəsinin tələbini pozduğuna görə qanuni olaraq inzibati məsuliyyətə cəlb olunmuşdur. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 12-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıq üzündən törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Həmin Məcəllənin 21-ci maddəsinə görə inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 9.1-ci maddəsinə əsasən, inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına uyğun, qanuni və əsaslı olmalıdır. Həmin Məcəllənin 31.2-ci maddəsinə görə isə, fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 220.3-cü maddəsinə əsasən, qida zənciri subyektləri tərəfindən qida və (və ya) yem məhsullarının ilkin istehsalı, istehsalı, emalı, dövriyyəsi, utilizasiyası və məhv edilməsi proseslərinin həyata keçirilməsi zamanı “Qida təhlükəsizliyi haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilmiş tələblərə əməl edilməməsinə görə fiziki şəxslər yüz manatdan yüz əlli manatadək məbləğdə, vəzifəli şəxslər dörd yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 25.4-cü maddəsinə əsasən manatla hesablanan və inzibati xətaya görə fiziki şəxsdən alınan inzibati cərimənin məbləği beş min manatdan, vəzifəli şəxsdən alınan inzibati cərimənin məbləği on min manatdan, hüquqi şəxsdən alınan inzibati cərimənin məbləği əlli min manatdan artıq ola bilməz. Həmin Məcəllənin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Həmin Məcəllənin 134.1.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında qərar qəbul edilir. Beləliklə, məhkəmə hesab edir ki, Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X4 səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar qanuni və əsaslı olduğundan X6 şikayəti təmin edilməməli və qeyd edilən qərar dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 133-137-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X6 şikayəti təmin edilməsin. Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi X4 səlahiyyətli şəxsi tərəfindən qəbul edilmiş xx.xx.2025-ci il tarixli, MN ******* saylı inzibati tənbeh vermə haqqında qərar dəyişdirilmədən saxlanılsın. Qərarın surəti rəsmi qaydada təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya bilavasitə Şirvan Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Lətafət Ağakişiyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar