Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-1857/2025 11.12.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Ağakişiyeva Lətafət Almazxan qızının sədrliyi, Məhkəmə iclas katibi Tağıyev Rasət Şaiq oğlunun katibliyi, İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X1, Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs - Şəxs iştirakları ilə, xx.xx.1976-ci ildə İmişli şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, 2-ci qrup əlil, İmişli şəhəri, H.Aslanov küçəsi, ev 14, mənzil 5 ünvanında qeydiyyatda olan və yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokola açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən 10 dekabr 2025ci il tarixdə Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə MN ******* saylı inzibati xəta haqqında protokol tərtib olunmuşdur, ona görə ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1944/2023 nömrəli, xx.xx.2023-cü il tarixli, İmişli Rayon Məhkəməsinin 2(036)-1993/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, İmişli Rayon Məhkəməsinin e-2(036)-1478/2024 saylı, xx.xx.2024-cü il tarixli, İmişli Rayon Məhkəməsinin 2(036)-2153/2020 saylı, xx.xx.2020-ci tarixli və İmişli regional “ASAN xidmət” mərkəzinin xx.xx.2025-ci il tarixli 8İ-2099 saylı icra sənədləri üzrə Şəxs icra məmurunun qanuni tələblərini üzrlü səbəb olmadan icra etməmişdir. İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə tərtib olunmuş inzibati xəta haqqında protokol və həmin protokolla bağlı inzibati materiallar xx.xx.2025-ci ildə məhkəməyə daxil olmuşdur. İmişli rayon İcra və probasiya şöbəsinin icra məmuru X3 məhkəmə iclasında çıxış edərək bildirdi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-1944/2023 nömrəli, xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 4500 manat məbləğində pul vəsaiti tutularaq X4 ödənilməlidir. İmişli Rayon Məhkəməsinin 2(036)-1993/2024 nömrəli, xx.xx.2024 il tarixli icra sənədinə əsasən Şəxs 7000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 90 manat məbləğində pul vəsaiti alınaraq iddaçı X5 ödənilməli, İmişli Rayon Məhkəməsinin e-2(036)-1478/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs Tətulla oğlundan 4800 manat pul vəsaiti alınaraq iddiaçı X7 ödənilməli, 68 manat məbləğində dövlət rüsumu cavabdeh Şəxs alınaraq dövlət büdcəsinə köçürülməli, İmişli Rayon Məhkəməsinin 2(036)-965/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 3.400 manat məbləğində zərər tutularaq X2 ödənilməli və İmişli regional “ASAN xidmət” mərkəzinin xx.xx.2025-ci il tarixli 8İ-2099 saylı icra qeydinə əsasən Şəxs 5000 manat və 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 5025 pul X6 ödənilməlidir. İcra sənədləri üzrə borclunun pensiyasına tutulma yönəldilmiş və hər ay pensiyasından tutulmalar aparılmışdır. Borclunun pensiyası 3 aydır kəsilib, bu səbəbdən tutulmalar aparılmır və ödənişlərin olmaması tələbkarların narazılığına səbəb olmuşdur. Odur ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur. Yekun məhkəmə qərarını məhkəmənin mülahizəsinə verir. Məhkəmə iclasında çıxış edən barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan Şəxs izahatında bildirdi ki, ikinci qrup əlildir. Əlilliyə görə pensiya alırdı və pensiyasından pul tutulurdu, lakin 3 aydır əlillik dərəcəsinin verilməsindən imtina edilib, hazırda bununla bağlı məhkəmə mübahisəsi gedir. Əmək qabiliyyəti olmadığına görə işləyə bilmir, başqa qazanc yeri yoxdur. Pensiyası bərpa olunduqdan sonra ödənişlər edəcək. Borcun ödənilməsi üçün ona möhlət verilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq tələbkarlar məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)- 1944/2023 nömrəli xx.xx.2023-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 4500 manat məbləğində pul vəsaiti tutularaq X4 ödənilməlidir. İmişli Rayon Məhkəməsinin 2(036)- 1993/2024 nömrəli, xx.xx.2024 il tarixli icra sənədinə əsasən Şəxs 7000 manat və ödənilmiş dövlət rüsumunun əvəzi 90 manat məbləğində pul vəsaiti alınaraq iddaçı X5 ödənilməli, İmişli Rayon Məhkəməsinin e-2(036)-1478/2024 nömrəli, xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən, cavabdeh Şəxs Tətulla oğlundan 4800 manat pul vəsaiti alınaraq iddiaçı X8 ödənilməli, 68 manat məbləğində dövlət rüsumu cavabdeh Şəxs alınaraq dövlət büdcəsinə köçürülməli, İmişli Rayon Məhkəməsinin 2(036)-965/2024 saylı xx.xx.2024-cü il tarixli icra vərəqəsinə əsasən Şəxs 3.400 manat məbləğində zərər tutularaq X2 ödənilməli və İmişli regional “ASAN xidmət” mərkəzinin xx.xx.2025-ci il tarixli 8İ-2099 saylı icra sənədinə əsasən Şəxs 5000 manat və 25 manat məbləğində dövlət rüsumu olmaqla cəmi 5025 pul X6 ödənilməlidir. İşdə olan xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli regional “ASAN xidmət” mərkəzinin xx.xx.2025-ci il tarixli 8İ-2099 saylı icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, İmişli regional “ASAN xidmət” mərkəzinin xx.xx.2025-ci il tarixli 8İ-2099 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 gün müddət verilmişdir İşdə olan xx.xx.2025-ci il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-1993/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2025-ci il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(036)-1993/2024 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 gün müddət verilmişdir İşdə olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-965/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-965/2024 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 gün müddət verilmişdir İşdə olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il il tarixli 2(036)-1478/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il il tarixli 2(036)-1478/2024 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 gün müddət verilmişdir İşdə olan xx.xx.2023-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2023-cü il il tarixli 2(010)-1944/2023 saylı icra sənədi üzrə icraata başlanılmışdır. xx.xx.2023-cü il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2023-cü il il tarixli 2(010)-1944/2023 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 gün müddət verilmişdir. İş materiallarından görünür ki, İmişli rayon İcra və probasiya şöbəsinin xx.xx.2025-ci il tarixli qərarına əsasən 2(036)-1993/2024-008 saylı xx.xx.2024-cü il tarixli, 2(036)- 2153/2020 saylı xx.xx.2020-cü il tarixli, 2(036)-1478/2024-012 saylı xx.xx.2024-cü il tarixli, xx.xx.2025-ci il tarixli 8İ-2099 saylı və 2(010)-1944/2023-012 saylı xx.xx.2023-cü il tarixli icra sənədləri “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 54.1-ci maddəsinə əsasən ümumi icraatda birləşdirilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli qərardan görünür ki, baş leytenant Şəxs xx.xx.1999-cu il tarixdə xəsarət (qapalı kəllə-beyin travması. Baş beyinin silkələnməsi. Sağ qulaq, gicgah və təpə nahiyələrinin kəsilmiş yaraları. Sağ qalça sümüyünün qapalı yerini dəyişməyən sınığı) və xx.xx.1999-cu ildən xx.xx.1999-cu ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olduğu travma –diaqnoz “qapalı kəllə-beyin travması, baş beyin silkələnməsi. Sağ gicgah-təpə nahiyəsinin yumşaq toxumalarının cirilmiş yaralarının İ-li cərrah işləməsi əməliyyatından (xx.xx.1999) sonrakı vəziyyət” (Azərbaycan Respublikasının SHXÇDX-nın İmişli rayon şöbəsinin xx.xx.2014-cü il tarixli 1030 saylı göndərişi, xx.xx.2014-cü il tarixli 50 saylı hərbi xidmətkeçmə haqqında arayış, Silahlı Qüvvələrin Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.2015-ci il tarixli 734 saylı arayış, N saylı hərbi hissə komadiri tərəfindən verilmiş xx.xx.1999-cu il tarixli travma haqqında arayış, xəstəlik tarixindın çıxarışlar, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir). “ Hərbi travmadır, hərbi xidmət vəzifələrini yerinə yetirərkən almışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya xəstəxanası tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli həkim-psixiatr komissiyasının rəyindən görünür ki, Şəxs xidmət vəzifələrini yerinə yetirən zaman alınmış travma nəticəsində şəxs pozuntusu, koqnitiv funksiyararın enməsi, funksional tutmalar, intihar cəhdləri ilə F 07.0 diaqnozu qoyulmuşdur. Məhkəmə, inzibati xəta haqqında protokolu tərtib etmiş İmişli rayon İcra və probasiya şöbəsinin icra məmurunun barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin izahatlarını dinləyib, inzibati xəta haqqında protokolu və iş materiallarına əlavə edilmiş digər sənədləri tədqiq edərək hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-cı maddəsinə əsasən icra sənədindəki tələbin üzrsüz səbəbdən icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə icra edilməməsinə və ya icra məmurunun məhkəmə və ya başqa dövlət orqanlarının qərarlarının icrası ilə əlaqədar digər qanuni tələblərinin yerinə yetirilməməsinə görə - fiziki şəxslər beş yüz manatdan min manatadək miqdarda cərimə edilir və ya işin hallarına görə, pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla bir ayadək inzibati həbs tətbiq olunur, vəzifəli şəxslər min iki yüz manatdan iki min beş yüz manatadək məbləğdə, hüquqi şəxslər üç min manatdan beş min manatadək məbləğdə cərimə edilir. Həmin Məcəllənin 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətaların törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Məhkəmə qeyd edir ki, borclunun icra sənədləri üzrə ödəniş etməməsinin səbəbi qərəzli şəkildə deyil, onun hərbi xidmət vəzifələrini yerinə yetirərkən almış olduğu xəsarətlər nəticəsində əmək qabiliyyətinə təsir etdiyi və heç bir gəlir yerinin olmaması səbəbindən olmuşdur. Qeyd olunan hal onun ödənişlər etməkdən imtina etməsi yaxud qərəzli olaraq icra sənədlərini icra etməkdən boyun qaçırması kimi qiymətləndirilə bilməz. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 8-ci maddəsinə əsasən, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllə ilə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsiri olmayan hesab edilir. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunmuş şəxs öz təqsirsizliyini sübut etməyə borclu deyildir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən inzibati məsuliyyətə cəlb olunan şəxsin təqsirli olması barəsində olan şübhələr onun xeyrinə həll olunur. Həmin Məcəllənin 53.1.2-ci maddəsinə əsasən, inzibati xəta tərkibi olmadıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta tərkibi müəyyən edilmədiyinə görə inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 53.1.2, 114.1.4, 115, 129- 130-cu maddələrini rəhbər tutaraq məhkəmə, qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata İXM-in 53.1.2-ci maddəsinə əsasən əməlində inzibati xəta tərkibi olmadığından xitam verilsin. Qərarın surəti təqdim olunduğu və ya alındığı gündən 10 gün müddətində İmişli Rayon Məhkəməsin vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Hakim: Lətafət Ağakişiyeva
Məhkəmə qərarları › İş №3(036)-1857/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-1857/2025
11.12.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver