Məhkəmə qərarları › İş №3(036)-189/2021

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-189/2021

19.03.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-189/2021 19.03.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim: Nüsrətov Tərlan Vaqif oğlunun sədrliyi, Məhkəmə iclasının katibi: Əhmədova Günel Mirzə qızının katibliyi, İnzibati xəta haqqında protokolu tərtib edən İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu: X4, İnzibati xəta törətmiş şəxs: X6 iştirakı ilə, xx xxx 1984-cü ildə Füzuli rayonu, Mollaməhərrəmli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, fərdi əməklə məşğul olan, ünvan 1 ünvanda yaşayan şəxs X6 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta törətməsinə dair Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Rayon İcra və Probasiya Şöbəsi tərəfindən daxil olmuş inzibati xəta haqqında materiala baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Rayon İcra və Probasiya Şöbəsi tərəfindən X6 barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1ci maddəsi ilə nəzərdə tutulan inzibati xəta haqqında protokol daxil olmuşdur. “İnzibati xəta haqqında” protokola əsasən İmişli Rayon Məhkəməsinin 2(036)- 1883/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsi ilə X2 birgə nikahlarından xx xxxxxx 2017-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay müəyyən edilmiş 160 (yüz altımış) AZN sabit pul məbləğində alimenti tələbkar X3 xeyrinə tam və vaxtı-vaxtında ödəmir. Məhkəmə iclasında İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X10 izahatında bildirmişdir ki, İmişli Rayon Məhkəməsinin 2(036)- 1883/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsinə əsasən...tərəflərin birgə nikahından xx xxxxxx 2017-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay X2nun qazancından xx xxxx 2019-cu il tarixdən etibarən 160 (yüz altımış) AZN sabit pul məbləğində aliment tutularaq, tələbkar X3 xeyrinə ödənilməlidir. İcra sənədi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, “Tələbin könüllü icrası haqqında” X2na bildiriş göndərilmiş və icra sənədinin icrası haqqında bir neçə dəfə rəsmi formada xəbərdarlıq edilmişdir. Eyni zamanda bildirir ki, X2 icra məmurunun çağırışlarına gəlmədiyi barəsində “Borclunun məcburi gətirilməsi haqqında” qərar qəbul edilmişdir. Borclu X1 Rayon İcra və Probasiya Şöbəsinə gələrək bildirmişdir ki, maddi cəhətdən çətinlik çəkdiyi üçün yaranmış aliment borcunu birdəfəlik ödəyə bilməyəcək və maddi imkanı olacağı zaman hissə-hissə ödəyəcəkdir. X2 tərəfindən bu müddət ərzində tələbkar X3 xeyrinə aliment ödənişi həyata keçirilməmişdir. Beləliklə, X2nun xx xxxx 2021ci il tarixə 3200 (üç min iki yüz) AZN məbləğində ödənilməmiş aliment borcu mövcuddur. Görülmüş icra tədbirlərinə baxmayaraq, X2 icra sənədinə əsasən aliment borcunu tələbkar X3 xeyrinə tam və vaxtı-vaxtında ödəməmişdir. Bütün bunlara baxmayaraq, icra sənədi üzrə tələbin yerinə yetirilmədiyi təqdirdə məsuliyyətə cəlb olunacağı barədə icra məmuru tərəfindən edilmiş xəbərdarlıq heç bir müsbət nəticə verməmişdir. Ümumiyyətlə, X2 icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. Bununla da, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Hesab edir ki, X2 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb edilməlidir. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs X9 izahatında bildirmişdir ki, o, ailəsi ilə birlikdə İmişli şəhərində yaşayır. Maddi cəhətdən çətinlik çəkdiyi üçün müəyyən edilmiş sabit pul məbləğində alimenti hər ay vaxtı-vaxtında tələbkar X3 xeyrinə ödəməmişdir. Eyni zamanda bildirir ki, artıq uzun müddətdir ki, birgə nikahlarından anadan olmuş yetkinlik yaşına çatmayan, azyaşlı oğlan uşaqları “Tunar” ilə də ünsiyyət saxlamır. Hal-hazırda isə, məhkəmə qətnaməsi ilə müəyyən edilmiş və ödənilməmiş aliment borcunu ödəməyə maddi cəhətdən imkanı yoxdur. Ümumiyyətlə, icra sənədinə əsasən müəyyən edilmiş aliment məbləğini tələbkar X3 xeyrinə hər ay vaxtı-vaxtında ödəmədiyinə görə, yəni inzibati xəta əməlinə görə özünü təqsirli hesab edir. Bütün bunları nəzərə alaraq, barəsində yüngül inzibati tənbeh növünün tətbiq edilməsi barədə məhkəmə tərəfindən qərar qəbul edilməsini xahiş etmişdir. İş materiallarında olan müvafiq qaydada təsdiq edilmiş “İmişli Rayon Məhkəməsinin 2(036)-1883/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsi”nin surətindən görünür ki, məhkəmənin icra sənədinə əsasən...tərəflərin birgə nikahından xx xxxxxx 2017-ci ildə anadan olmuş X5 yetkinlik yaşına çatanadək saxlanması üçün hər ay X2nun qazancından xx xxxx 2019-cu il tarixdən etibarən 160 (yüz altımış) AZN sabit pul məbləğində aliment tutularaq, tələbkar X3 xeyrinə ödənilməlidir. İş materiallarında olan MN ******* №-li, xx xxxx 2021-ci il tarixli “İnzibati xəta haqqında” protokoldan görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)-1883/2019 saylı, xx xxxxxx 2019-cu il tarixli icra vərəqəsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İmişli Rayon İcra və Probasiya Şöbəsinə daxil olduqdan sonra “İcraata başlamaq haqqında” qərar qəbul edilmiş, “Tələbin könüllü icrası haqqında” X2na bildiriş göndərilmiş, “Borclunun məcburi gətirilməsi” haqqında qərar qəbul edilmiş və icra sənədinin icrası haqqında bir neçə dəfə rəsmi formada xəbərdarlıq edilmişdir. Görülmüş icra tədbirlərinə baxmayaraq, icra sənədinə əsasən aliment borcunu tam və vaxtı-vaxtında ödəməmişdir. Ümumiyyətlə, X2 icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir. İş materiallarında olan 19991 №-li, xx xxxx 2021-ci il tarixli arayışdan görünür ki, İmişli Rayon Məhkəməsinin 2(036)-1883/2019 saylı, xx xxxxxx 2019-cu il icra vərəqəsinə əsasən X2nun xx xxxx 2021-ci il tarixə 3200 (üç min iki yüz) AZN məbləğində ödənilməmiş aliment borcu mövcuddur. Məhkəmə inzibati xəta haqqında protokolu tərtib edən şəxs İmişli Rayon İcra və Probasiya Şöbəsinin icra məmuru, İ dərəcəli ədliyyə qulluqçusu X4 və inzibati xəta törətmiş şəxs X6 izahatını dinləyib, inzibati xəta haqqında iş materialını tam, hərtərəfli və obyektiv araşdırıb, iş üzrə müəyyən edilmiş hallara hüquqi qiymət verərək hesab edir ki, X2nun aliment borcunun ödənilməsi üçün kifayət qədər zamanı olsa da, onun bu müddət ərzində aliment borcu məbləğindən ödəniş etməməsini məhkəmə qərarlarının icrası ilə əlaqədar icra məmurunun tələblərinin yerinə yetirilməməsi, eləcə də, icra sənədinin üzrsüz səbəbdən icra edilməməsi kimi qiymətləndirilməlidir. X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilinir və əməlin inzibati xəta olmasını aradan qaldıran hallar yoxdur. Bununla yanaşı, inzibati xəta törətmiş şəxs X6 inzibati məsuliyyətdən və inzibati tənbeh növünün tətbiqindən azad olunması üçün əsaslar yoxdur. Bu səbəbdən də, X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulmuş inzibati xəta əməlinə görə inzibati məsuliyyətə cəlb edilməli və barəsində inzibati tənbeh növü tətbiq edilməlidir. “Uşaq hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət orqanları, bütün fiziki və hüquqi şəxslər öz fəaliyyətində uşaqların mənafelərini üstün tutmalı, onların hüquqlarının təmin olunmasına şərait yaratmalıdırlar. Həmin Qanununun 13-cü maddəsinə əsasən uşağın Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş minimum dolanacaq xərclərindən az olmayan maddi təminat almaq hüququ vardır. Azərbaycan Respublikasının Konstitusiyasının 129-cu maddəsinin İ və İİ hissəsinə əsasən məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Məhkəmə qərarının icra olunmaması qanunla müəyyən edilmiş məsuliyyətə səbəb olur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 7, 10, 24 və 26-cı maddələrinin Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin bəzi müddəaları baxımından şərh edilməsinə dair” xx xxxxxxxx 2015-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qərarının icrasının məhkəməyə müraciət etmək hüququnun tərkib hissəsi olmasını nəzərə alaraq, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, bu sahədə qanunvericinin seçdiyi model səmərəli və effektiv olmalıdır, əks hal məhkəmə qərarının vaxtında və düzgün icra olunmamasına gətirib çıxara bilər, məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz, qəbul olunmuş qərarı isə əhəmiyyətsiz edər. Eyni zamanda, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması cəmiyyətin məhkəmə hakimiyyətinə etimadını azalda bilər. Avropa İnsan Hüquqları Məhkəməsinin “Hornsbi Yunanıstana qarşı” iş üzrə xx xxxx 1997-ci il tarixli qərarında qeyd edilmişdir ki, son və məcburi qüvvəyə malik olan məhkəmə qərarı tərəflərdən birinin ziyanına olaraq icra edilmədikdə, ədalətli məhkəmə araşdırması xəyali hüquqa çevrilir. Ağlasığmaz haldır ki, tərəflərə verilən ədalətli, açıq və ağlabatan müddətdə məhkəmə araşdırması kimi prosessual təminatları ətraflı təsvir edən Konvensiyanın 6-cı maddəsi məhkəmə qərarlarının icrasını təmin etməmiş olsun. Həmin maddənin yalnız məhkəməyə müraciət etmək hüququ və məhkəmə iclasının aparılmasına aid edilməsi iştirakçı dövlətlərin Konvensiyaya qoşularkən üzərlərinə götürdükləri öhdəliklərlə bağlı qəbuledilməz vəziyyət yarada bilər. Ona görə də, hər hansı məhkəmə tərəfindən çıxarılmış qərarın icrası Konvensiyanın 6-cı maddəsinin mənasına görə “məhkəmə araşdırmasının” ayrılmaz tərkib hissəsi hesab edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “Burdov Rusiyaya qarşı” iş üzrə xx xxx 2002ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmə qərarının icrasının gecikdirilməsinə xüsusi hallarda haqq qazandırıla bilər. Amma bu gecikdirmə Konvensiyanın 6-cı maddəsinin 1-ci bəndi ilə qorunan hüququn mahiyyətinə xələl gətirməməlidir. Məhkəmə tərəfindən inzibati xəta törətmiş şəxs haqqında inzibati tənbeh tətbiq edilərkən onun şəxsiyyəti, inzibati xəta əməlinin hüquqazidd xarakteri, zərərli nəticələri, onun törədilməsi halları, inzibati xətaya görə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 9.1-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs haqqında tətbiq edilən tənbeh ədalətli olmalıdır, yəni inzibati xətaların xarakterinə, onun törədilməsi hallarına və inzibati xətanı törətməkdə təqsirli bilinənin şəxsiyyətinə uyğun olmalıdır. Həmin Məcəllənin 21-ci maddəsinə əsasən inzibati tənbeh məsuliyyət tədbiridir və inzibati xəta törədən şəxsi qanunlara əməl edilməsi ruhunda tərbiyələndirmək, habelə həm inzibati xəta törətmiş şəxs, həm də başqa şəxslər tərəfindən yeni inzibati xəta törədilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmin Məcəllənin 31.2-ci maddəsinə əsasən fiziki və ya vəzifəli şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyətini xarakretizə edən hallar, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xəta törətmiş şəxs X7 əməli etiraf etməsini Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 32-ci maddəsinə əsasən inzibati məsuliyyəti yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 33-cü maddəsində nəzərdə tutulan inzibati məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Həmin Məcəllənin 30.1-ci maddəsinə əsasən inzibati həbs, yalnız müstəsna hallarda, inzibati xətaların ayrı-ayrı növlərinə görə üç gündən üç ay müddətinədək hakim tərəfindən tətbiq edilir. Həmin Məcəllənin 31.5-ci maddəsinə əsasən inzibati tənbehin tətbiq edilməsi həmin inzibati tənbehə səbəb olmuş öhdəliklərin yerinə yetirilməsindən şəxsi azad etmir. Beləliklə, məhkəmə yuxarıda göstərilənlərə, qanunvericilik aktı normalarına və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin hüquqi mövqeyinə əsasən hesab edir ki, X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanı törətməkdə təqsirli bilindiyi üçün inzibati məsuliyyətə cəlb edilməli və həbs etmənin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablanmaqla, təqsirli bilindiyi inzibati xəta haqqında qanunun normasında nəzərdə tutulmuş “inzibati həbs” tənbeh növü tətbiq edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə məsrəfləri yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 114, 115 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: X9 Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə nəzərdə tutulan inzibati xətanın törədilməsində təqsirli bilinsin və 10 (on) gün müddətində inzibati həbs edilsin. Həbs etmənin əvvəli xx xxxx 2021-ci il tarixdən hesablansın. Qərarın surəti rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində birbaşa apellyasiya instansiyası məhkəməsinə və ya İmişli Rayon Məhkəməsi (həmin qərarı qəbul etmiş hakim) vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Tərlan Nüsrətov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar