Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-191/2025 27.01.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Balacayev Elməddin Xudan oğlunun katibliyi, İmişli Rayon İcra və Probasiya Şöbəsinin böyük icra məmuru X2, Barəsində inzibati xəta haqqında icraat aparılan şəxs Şəxs iştirakı ilə, xx.xx.2000-ci ildə İmişli rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, İmişli rayonu, Gövhərli kəndində qeydiyyatda olmaqla yaşayan Şəxs. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq, MÜƏYYƏNETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında protokol tərtib olunmuşdur ki, tələbkar X1 xeyrinə 960 manat dəyərində 12 qram çəkidə 1 ədəd 585 əyarlı boyunbağı, 640 manat dəyərində 8 qram çəkidə 1 ədəd 585 əyarlı qolbağı, 384,00 manat dəyirində 4,8 qram çəkidə 585 əyarlı 1 cüt sırğa, 256 manat dəyərində 3,2 qram çəkidə 1 ədəd 585 əyarlı 1 ədəd üzük, 416,00 manat dəyərində 5,2 qram çəkidə 585 əyarlı 1 ədəd nişan üzüyü, 480,00 manat dəyərində 6 qram çəkidə 1 ədəd 585 əyarlı qolbağı, 15,00 manat dəyərində 1 ədəd Bakal (1/6), 76,50 manat dəyərində 1 ədəd çilçıraq, həmin əmlaklar olmadığı halda isə onların dəyəri olan 3227,50 (üç min iki yüz iyirmi yeddi manat əlli qəpik) manat pulun cavabdeh Şəxs tutularaq iddiaçı X3 qaytarılması və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 52,27 (əlli iki manat iyirmi yeddi qəpik) manat məbləğində hissəsi, mediasiya xərcinin 41 (qırx bir) manat məbləğində hissəsi, qızıl-zinət əşyalarının və əmlakların qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyərinin 118.90 (yüz on səkkiz manat doxsan qəpik) manat məbləğində hissəsi cavabdeh Şəxs tutulması barədə İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-1455/2024 saylı icra sənədini üzrsüz səbəbdən icra etməmişdir. İmişli rayon icra və probasiya şöbəsinin icra məmuru X5 izahat verərək göstərdi ki, borclu Şəxs İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-1455/2024 saylı icra sənədini icra etməmiş, dəfələrlə xəbərdarlıq edilməsinə baxmayaraq icra məmurunun qanuni tələblərini yerinə yetirməmişdir, aliment borcunun ödənilməsi üçün heç bir hərəkət etmir və üzərinə düşən vəzifəsini icra etməmişdir. Məhkəmə qərarının icra edilməməsi tələbkarların haqlı narazılıqlarına səbəb olmuşdur. Ona görə də inzibati qaydada məsuliyyət cəlb edilməsini xahiş etmişdir. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli hesab etməyərək izahatında göstərmişdir ki, həmin əmlakların onda olmamasını, işləmidiyini, hazırda ödəniş edə bilmədiyini bildirdi. İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-1455/2024 saylı icra sənədindən görünür ki, 960 manat dəyərində 12 qram çəkidə 1 ədəd 585 əyarlı boyunbağı, 640 manat dəyərində 8 qram çəkidə 1 ədəd 585 əyarlı qolbağı, 384,00 manat dəyirində 4,8 qram çəkidə 585 əyarlı 1 cüt sırğa, 256 manat dəyərində 3,2 qram çəkidə 1 ədəd 585 əyarlı 1 ədəd üzük, 416,00 manat dəyərində 5,2 qram çəkidə 585 əyarlı 1 ədəd nişan üzüyü, 480,00 manat dəyərində 6 qram çəkidə 1 ədəd 585 əyarlı qolbağı, 15,00 manat dəyərində 1 ədəd Bakal (1/6), 76,50 manat dəyərində 1 ədəd çilçıraq, həmin əmlaklar olmadığı halda isə onların dəyəri olan 3227,50 (üç min iki yüz iyirmi yeddi manat əlli qəpik) manat pulun cavabdeh Şəxs tutularaq iddiaçı X3 qaytarılması və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun 52,27 (əlli iki manat iyirmi yeddi qəpik) manat məbləğində hissəsi, mediasiya xərcinin 41 (qırx bir) manat məbləğində hissəsi, qızıl-zinət əşyalarının və əmlakların qiymətləndirilməsi üzrə keçirilmiş tədqiqatın dəyərinin 118.90 (yüz on səkkiz manat doxsan qəpik) manat məbləğində hissəsi cavabdeh Şəxs tutulması qət edilmişdir; İşdə olan xx.xx.2024-cü il tarixli icraata başlamaq haqqında qərardan görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)-1455/2024 saylı icra sənədi üzrə icraata başlanılmışdır; xx.xx.2024-cü il tarixli bildirişdən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024cü il tarixli 2(036)-1455/2024 saylı icra sənədinin könüllü icrası üçün borcluya 10 müddət verilmişdir; X1 xx.xx.2025-ci il tarixli İmişli Rayon İcra və Probasiya Şöbəsinə ünvanlanmış ərizəsindən görünür ki, İmişli Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2(036)- 1455/2024 saylı icra sənədinin icrasının təmin edilməsini xahiş etmişdir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə barəsində inzibati xəta haqqında protokol tərtib olunmuş şəxsi dinləyib işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətmişdir. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARAALDİ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 528.1-ci maddəsi ilə təqsirli bilinib 10 (on) gün inzibati qaydada həbs edilsin. Şəxs həbsdə saxlama müddətinin əvvəli 27 yanvar 2025-ci il tarixdən saat 14:30-dan hesablansın. Qərar dərhal icra edilsin. Qərarın icrası İmişli Rayon Polis Şöbəsinə həvalə edilsin. Qərarın surəti, təqdim edildiyi və ya alındığı gündən 10 (on) gün müddətində qərardan İmişli Rayon Məhkəməsi vasitəsi ilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-191/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-191/2025
27.01.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver