Məhkəmə qərarları › İş №3(036)-194/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-194/2024

18.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-194/2024 18.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi və icra məmuru X1 iştirakı ilə, xx.xx.1993-cü ildə anadan olmuş, AR vətəndaşı, evli, orta təhsilli, İmişli rayon Gövhərli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nın 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində AR İXM-nin 528.1-ci maddəsi ilə ondan ötrü inzibati xəta haqqında Protokol tərtib olunmuşdur ki, o, tələbkar X2 xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq birgə nikahdan doğulmuş xx.xx.2019-cu təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay cəmi, 260 (iki yüz altmış) manat aliment ödəməsi barədə İmişli rayon məhkəməsinin xx.xx.2023-cü il 2(036)-1067/2023 saylı icra sənədini üzürsüz səbəbdən icra etməmiş və cəmi 1756 manat aliment borcu yaranmışdır. Barəsində inzibati xəta haqqında Protokol tərtib olunmuş şəxs Şəxs özünü qismən təqsirli bilərək göstərmişdir ki, tələbkar X2 xeyrinə xx.xx.2023-cü il tarixdən başlayaraq xx.xx.2019-cu təvəllüdlü X3 və xx.xx.2021-ci il təvəllüdlü X4 yetkinlik yaşına çatanadək saxlanılmasından ötrü hər ay cəmi, 260 (iki yüz altmış) manat aliment ödəməsi barədə İmişli rayon məhkəməsinin xx.xx.2023-cü il 2(036)-1067/2023 saylı icra sənədi üzrə tələbi ödəməməsi üzürsüz səbəbdən olmamışdır. Belə ki, xx.xx.2023-cü il 2(036)-1067/2023 saylı icra sənədinə əsasən kəsilmiş alimenti o maddi imkanı olmadığından hər ay natamam ödədiyi üçün qalıq məbləğlər toplanaraq ümumi borca çevrilmişdir. Hal-hazırda icra sənədi üzrə tələbkar X5 150 manat ödəniş etmiş və qalıq məbləği hissə-hissə ödənilməsinə imkan yaradılmasını xahiş etmişdir. AR İXM-nin 528.1-ci maddəsinə əsasən məhkəmə və ya digər orqanların qərarlarının icrası ilə əlaqədar icra məmurunun qanuni tələblərinin yerinə yetirilməməsinə və ya icra məmuru tərəfindən müəyyən olunmuş müddətdə borclunu müəyyən hərəkətləri etməyə və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə məcbur edən icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. İcra işinin materiallarından görünür ki, İmişli rayon məhkəməsinin xx.xx.2023-cü il 2(036)-1067/2023 saylı icra sənədi xx.xx.2023-cü il tarixdə icraata qəbul edilmiş və könüllü icra üçün müəyyən edilmiş müddətdə tələb təmin edilməmişdir. Həmin icra sənədinin icrası ilə əlaqədar icra məmuru tərəfindən görülmüş tədbirlər nəticəsində 18 mart 2024-cü il tarixdə 150 manat ödənilmişdir. Borclu Şəxs tələb yönələ biləcək gəlirləri və qiymətli əmlakları aşkar edilməmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmədə təqdim olunmuş sübutlara əsasən Şəxs xx.xx.2023-cü il 2(036)-1067/2023 saylı icra sənədini üzürsüz səbəbdən icra etməməsi müəyyən edilməmişdir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 528.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar