Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-199/2025 06.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Şirəliyeva Günel Mirzə qızının katibliyi ilə, Hüquqi şəxs "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında materiala məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə Müəyyənetdi: Azərbaycan Respublikasının Mərkəzi Bankı hüquqi şəxs "xxxx" ASC-nin barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə 10 yanvar 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edərək, baxılması üçün İmişli Rayon Məhkəməsinə göndərmişdir. İnzibati xəta haqqında həmin protokoldan görünür ki, hüquqi şəxs "xxxx" ASC Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli, 6-1.26/2-11485/2024 saylı məktubu ilə tələb edilən sənədləri (maliyyə hesabatını 2024-cü ilin yekunu üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokollarının surətini, səhmdarların reyestri, nizamnaməinin surəti) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə qanunamüvafiq qaydada məlumat verilməsinə baxmayaraq, hüquqi şəxs "xxxx" ASC-nin və səlahiyyətli orqanın nümayəndəsi məhkəməyə gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə, işə səlahiyyətli orqanın nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Azərbaycan Respublikasının Mərkəzi Bankının Hüquq departamentinin rəisi X1 tərəfindən tərtib edilmiş Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta haqqında 10 yanvar 2025-ci il tarixli, EP seriyalı ******* nömrəli protokoldan görünür ki, hüquqi şəxs "xxxx" ASC Mərkəzi Bankın xx.xx.2024-cü il tarixli, 6-1.26/2-11485/2024 saylı məktubu ilə tələb edilən sənədləri (maliyyə hesabatını 2024-cü ilin yekunu üzrə keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokollarının surətini, səhmdarların reyestri, nizamnaməinin surəti) göstərilmiş müddət ərzində Mərkəzi Banka təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs "xxxx" ASC-yə ünvanlanmış 19 noyabr 2022-ci il tarixli 6-1.26/2-M-42-19355/2024 nömrəli məktubu ilə bildirilmişdir ki, “Azərbaycan Respublikasının Mərkəzi Bankına (bundan sonra-Mərkəzi Bank) vətəndaş Nəsib Məmmədovun 15 noyabr 2024-cü il tarixli 6-1/1-M-125xx-xx/2024 saylı müraciəti daxil olmuşdur. Vətəndaş öz müraciətində "xxxx" Açıq Səhmdar Cəmiyyətinin maliyyə hesabatlarını, 2024-cü il ərzində keçirilmiş səhmdarların ümumi yığıncaqlarının protokollarının surətini, səhmdarların reyestrini, nizamnamənin surətini əldə etmək üçün cəmiyyətə müraciət etdiyini, lakin qeyd edilən məlumat və sənədlərin ona təqdim edilmədiyini bildirmişdir. Nəzərinizə çatdırırıq ki, səhmdar, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 106-1.3.2-ci, 106-2.3-cü, 102.4-cü və 107-6.3-cü maddələrinə müvafiq olaraq səhmdar cəmiyyətinin fəaliyyətinə dair məlumat almaq, ildə bir dəfə onun illik hesabatı, maliyyə hesabatları ilə tanış olmaq, səhmdarların reyestrinin, nizamnamənin surətinin və səhmdarların ümumi yığıncaqlarının protokollarının surətinin ona təqdim edilməsini tələb etmək hüququna malikdir. Qeyd edilənləri nəzərə alaraq N.Məmmədovun "xxxx" ASC-nin fəaliyyəti ilə tanış olması üçün şəraitin yaradılması, yuxarıda göstərilən sənədlərin surətlərinin ona təqdim edilməsi və bu barədə təsdiqedici sənəd əlavə edilməklə 7 (yeddi) iş günü ərzində Mərkəzi Banka məlumat verilməsi xahiş olunur.” Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs "xxxx" ASC-yə ünvanlanmış 09 dekabr 2024-cü il tarixli 6-1-26/2-11485/2024 nömrəli məktubdan görünür ki, hüquqi şəxs tərəfindən 19 noyabr 2022-ci il tarixli 6-1.26/2-M-42-19355/2024 nömrəli məktubda qeyd olunan sənədlər Mərkəzi Banka təqdim edilmədiklərindən, həmin sənədlərin 05 (beş) gün ərzində Mərkəzi Banka təqdim etmələri xahiş olunmuş, əks təqdirdə Azərbaycan Respublikası İXM-nin 548.2-ci maddəsi ilə inzibati məsuliyyətə cəlb olunacaqları barədə xəbərdar olunmuşlar. Azərbaycan Respublikası Vergilər Nazirliyinin Kommersiya qurumlarının dövlət reyestrindən çıxarışdan görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti 04 iyun 2004-cü il tarixində dövlət qeydiyyatına alınmışdır, VÖEN-i **********, hüquqi ünvanı AZ3000, İmişli rayonu, Çaxırlı kəndidir. Azərpoçt MMC tərəfindən verilmiş poçt qəbzindən görünür ki, Azərbaycan Respublikasının Mərkəzi Bankı tərəfindən hüquqi şəxs "xxxx" ASC-yə ünvanlanmış məktub sonuncu tərəfindən qəbul edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 18.1-ci maddəsinə əsasən, hüquqi şəxslər, o cümlədən xarici hüquqi şəxslər və xarici hüquqi şəxslərin filial və nümayəndəlikləri bu Məcəllənin Xüsusi hissəsində nəzərdə tutulmuş inzibati xətalara görə inzibati məsuliyyətə cəlb olunurlar; 18.5-ci maddəsinə əsasən, hüquqi şəxs barəsində inzibati tənbeh yalnız hakim tərəfindən tətbiq edilir; 31.3-cü maddəsinə əsasən, hüquqi şəxslər barəsində inzibati tənbeh tətbiq edilərkən, inzibati xətanın xarakteri, inzibati xəta nəticəsində hüquqi şəxsin əldə etdiyi xeyrin həcmi və ya onun maraqlarının təmin edilməsinin xarakteri və dərəcəsi, hüquqi şəxsi xarakterizə edən hallar, o cümlədən onun maliyyə və əmlak vəziyyəti, xeyriyyəçilik və ya digər ictimai faydalı fəaliyyətlə məşğul olması, habelə məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır; 548.2-ci maddəsinə əsasən, Müvafiq icra hakimiyyəti orqanının yaratdığı qurumun fəaliyyətinin həyata keçirilməsi üçün zəruri olan məlumatların həmin orqanın tələbi ilə maliyyə bazarlarında nəzarət edilən subyekt və emitent tərəfindən təqdim edilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə (sahibkarlıq fəaliyyətinin həyata keçirildiyi yerlərə gəlməklə aparılan yoxlamalara münasibətdə bu Məcəllənin 602.4-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olunmaqla) görə - vəzifəli şəxslər beş yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min manatadək məbləğdə cərimə edilir. Məhkəmə iclasında tədqiq edilmiş inzibati xəta haqqında protokol və inzibati materialda olan digər sənədlərlə sübuta yetirilmişdir ki, hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikasının Mərkəzi Bankının xx.xx.2024-cü il tarixli, 6-1.26/2-M- 4219355/2024 nömrəli, xx.xx.2024-cü il tarixli, 6-1.26/2-11485/2024 nömrəli məktubları ilə tələb edilən sənədləri və məlumatı Mərkəzi Banka təqdim etməmişdir. Məhkəmə araşdırması zamanı hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyətinin barəsində məsuliyyəti yüngülləşdirən və ya ağırlaşdıran hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə törədilmiş inzibati xətanın xarakterini, məsuliyyəti yüngülləşdirən və ağırlaşdıran halların müəyyən edilməməsini nəzərə alıb, iş üzrə sübutları qiymətləndirərək hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsi ilə təqsirli bilinməli və barəsində həmin maddənin sanksiyasının hədləri daxilində müəyyən məbləğdə cərimə növündə inzibati tənbeh tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 18.5, 40, 43, 48, 114-115, 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: Hüquqi şəxs "xxxx" Açıq Səhmdar Cəmiyyəti Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 548.2-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinsin və barəsində 1500 (bir min beş yüz) manat məbləğində cərimə növündə tənbeh tədbiri tətbiq edilsin. Qərardan, rəsmi qaydada verildiyi vaxtdan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə və ya birbaşa Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim Orxan Mahmud
Məhkəmə qərarları › İş №3(036)-199/2025
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-199/2025
06.02.2025 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver