Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-2/2021 09.07.2021 İMİŞLİ RAYON MƏHKƏMƏSİ X1 Hacıyevin sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi ilə, Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsində nəzərdə tutulmuş inzibati xəta törətməsi barədə İmişli rayon Polis şöbəsindən daxil olmuş inzibati xəta haqqında materiala açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, 28 avqust 2019-cu il tarixində saat 00-15 radələrində Hacıqabul-Horadiz yolunun İmişli rayonu ərazisindın keçən 94-cü km-də Şəxs idarə etdiyi Zil MMZ 554 markalı ** BK *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Horadiz istiqamətində hərəkətdə olan vaxtı, yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı və öz hərəkəti və hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda, manevr edərək əks hərəkət zolağına çıxaraq avtomaşını düzünə hərəkətdə olan Man markalı ** JT *** nömrə nişanlı avtomaşınla toqquşmasının səbəbkarı olmuşdur. Nəticədə Zil markalı avtomaşının sürücüsü Şəxs dərəcəsi təyin edilmədən bədən xəsarəti almışdır. İş materialında olan 06 sentyabr 2019-cu il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, Şəxs əməlində cinayət tərkibi olmadığından cinayət işinin başlanılması rədd edilmiş, bundan sonra barəsində Azərbaycan Respublikası İXM-nin 334.3-cü maddəsi ilə inzibati xəta haqqında iş üzrə icraata başlanılmaqla protokol tərtib olunmuş və baxılması üçün aidiyyəti üzrə məhkəməyə göndərilmişdir. İşdə olan İmişli rayon məhkəməsinin 18 oktyabr 2019-cu il tarixli 3(036)-549/2019 saylı qərardadından görünür ki, işin açıq məhkəmə baxışı 30 oktyabr 2019-cu il tarixə saa 10:30-a təyin edilmişdir. İş materiallarında olan İmişli rayon məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 3(036)- 549/2019 saylı qərarından görünür ki, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs 30 oktyabr 2019-cu il tarixə saat 10:30-a təyin edilmiş məhkəmə iclasına gəlmədiyinə görə onun İmişli rayon məhkəməsinə məcburi gətirilməsi barədə qərar qəbul edilmişdir. İşdə olan 29 yanvar 2020 və 06 oktyabr 2020-ci il tarixli xatırlatma məktublarından görünür ki, İmişli rayon məhkəməsinin 30 oktyabr 2019-cu il tarixli, 3(036)- 549/2019 saylı qərarının icrasının və Şəxs İmişli rayon məhkəməsinə məcburi gətirilməsinin zəruriliyi İmişli rayon polis şöbəsinə xatırladılmış, lakin qərar icra edilməmiş və barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs məhkəməyə gətirilməmişdir. İşdən görünür ki, xətatın törədiolməsindən bir ildən artıq müddət keçməsinə baxmayaraq barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxs Şəxs qaçıb gizlənərək məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası İXM-nin 38.5-ci maddəsinə əsasən inzibati xəta törətmiş şəxs qaçıb gizlənərsə, müddətin axımı dayanır. Bu halda müddətin axımı, həmin şəxsin aşkarlandığı vaxtdan bərpa olunur. Lakin inzibati xətanın törədildiyi vaxtdan bir il keçərsə, qaçıb gizlənən şəxs inzibati məsuliyyətə cəlb oluna bilməz. Həmin Məcəllənin 53.1.6-cı maddəsinə görə bu Məcəllənin 38-ci maddəsində nəzərdə tutulmuş müddətlər başa çatdıqda inzibati xətalar haqqında işlər üzrə icraat başlanıla bilməz, başlanmış icraata isə xitam verilir. Həmin məcəllənin 114.2.1-ci maddəsinə görə inzibati xəta haqqında işə baxılarkən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulan hallardan biri mövcud olduqda inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında qərar qəbul edilir. Məhkəmə yuxarıda qeyd edilənlərə və istinad olunmuş hüquq normalarına əsaslanaraq hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Аzərbaycan Рespublikası İXM-nin 38, 53, 114, 115, 117 və 128-130-cu maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 334.3-cü maddəsi ilə başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan surəti təqdim edildiyi və ya alındığı gündən 10 gün müddətində İmişli rayon Məhkəməsinə və ya birbaşa Şirvan Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədirlik edən: Qurban Hacıyev
Məhkəmə qərarları › İş №3(036)-2/2021
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-2/2021
09.07.2021 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver