Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-2/2025 04.02.2025 İMİŞLİ RAYON MƏHKƏMƏSİ Hakim Mahmud Orxan Əlövsət oğlunun sədrliyi, Məhkəmə iclas katibi Şiralıyeva Günel Mirzə qızının katibliyi, X1 iştirakı ilə, Azərbycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis X6 Polis Bölməsinin səlahiyyətli vəzifəli şəxsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarından X3 tərəfindən verilmiş şikayətə açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ: X3 məhkəməyə şikayətlə müraciət edərək, Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin Yol hərəkət qaydaları, yol hərəkət təhlükəsizliyinin təmin edilməsi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan və bu qaydaların pozulması ilə əlaqədar digər inzibati xətalarla bağlı çıxarılan inzibati tənbeh vermə haqqında xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati elektron qərarının ləğv edilməsi və barəsində başlanılmış inzibati xətta haqqında iş üzrə icraata xitam verilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin İmişli Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən barəsində xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında elektron qərar qəbul edilmişdir. Həmin inzibati xəta haqqında elektron qərarda qeyd olunur ki, o, xx.xx.2023-cü il tarixində, saat 09:55-də İmişli rayonu, S.Fətəliyev küçəsində “Mercedes Benz E270 CDİ” MİNİK markalı **-OG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. Nəticə etibari ilə onun tərəfindən Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilmişdir. Nəticə etibari ilə o, həmin maddə ilə təqsirli bilinərək 40 manat miqdarında cərimə edilmişdir. Hesab edir ki, həmin qərar əsasız və qanunsuzdur. Belə ki, həmin ərazidə hərəkət surəti saatda 60 km/saat olmuşdur. X7 tərəfindən həmin ərazidə olan marketin kamerasına baxış keçirilərkən avto qəzadan əvvəl “OPEL” minik markalı, **-EG- *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə onun idarə etdiyi “MERCEDES BENZ E270 CDİ” minik markalı, **-OG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin eyni hərəkət zolağında olduğu açıq aydın görsənir. O, döngəyə çatmamışdan əvvəl sol zolaqla hərəkət edən “OPEL” minik markalı, **-EG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə onun idarə etdiyi “MERCEDES BENZ E270 CDİ” MİNİK markalı **-OG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin ara məsafəsinin 60 metr olduğunu nəzərə alaraq dönmə işarəsini yandıraraq yolun sağ hərəkət istiqamətindən sol hərəkət istiqamətinə keçmişdir. Arxasınca gələn həmin nəqliyyat vasitəsi onun sola dönəcəyini görmüşdür. Lakin İmişli Rayon X8 Şöbəsinin tərtib etdiyi xx.xx.2023-cü il tarixli TP ******* saylı inzibati xəta haqqında elektron qərardan elə anlaşılır ki, o, sola dönərkən yolun sağ hərəkət istiqamətindən bir başa döngəyə daxil olmuşdur. Halbuki ərazidə olan marketin kamerasına baxış keçirilərkən bu faktın tam əksini sübut edir. Hesab edir ki, Daxili İşlər Nazirliyi Baş X8 İdarəsinin İmişli Rayon Polis Şöbəsinin əməkdaşı tərəfindən barəsində xx.xx.2023-cü tarixli TP ******* saylı inzibati xəta haqqında elektron qərarı tam qərəzlidir. Həmin inzibati qərarla razı olmadığı üçün şikayət vermək qərarna gəlmişdir. İnzibati tənbeh vermə haqqında qərardan şikayət vermiş şəxs X3 məhkəmə iclasında şikayəti müdafiə edərək təmin olunmasını xahiş etdi. Məhkəmə şikayət vermiş şəxsi dinləyib, iş materiallarını tədqiq edərək aşağıda qeyd olunanlara əsasən hesab edir ki, şikayət təmin edilməməlidir. Belə ki, İmişli Rayon Polis Şöbəsinin DYPB tərəfindən X2 barəsində xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə İXP ******* nömrəli inzibati xəta haqqında protokol tərtib edilmişdir ona görə ki, o, həmin tarixdə, saat 09:55 radələrində “Mercedes Benz E270 CDİ minik” markalı **-OG-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsini idarə edərkən əks istiqamətli hərəkət zolağına çıxmadan manevr etmişdir. İmişli Rayon Məhkəməsinin 3(036)-977/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, İmişli Rayon Polis X6 Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, TP5982300 saylı inzibati tənbeh vermə haqqında qərarından X3 tərəfindən verilmiş şikayət təmin edilməmiş və İmişli Rayon Polis X6 Polis Bölməsinin xx.xx.2023-cü il tarixli, TP5982300 saylı inzibati tənbeh vermə haqqında qərarı dəyişdirilmədən saxlanılmışdır. Şirvan Apellyasiya Məhkəməsinin 3(106)-196/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından görünür ki, şikayətçi X3 tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilmiş, İmişli Rayon Məhkəməsinin 3(036)-4/2024 saylı, 29 fevral 2024-cü il tarixli ləğv edilmiş və inzibati xəta haqqında işin yenidən baxılması üçün İmişli Rayon Məhkəməsinə qaytarılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 8/2158 nömrəli rəyindən görünür ki, İ variant: hadisədən əvvəl hər iki avtomobil eyni hərəkət zolağında hərəkətdə olarkən avtomobillər arasında toqquşmanın baş verməsi şəraitində:
1. “Mercedes Benz E270” markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısını alınması ilə hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İİ variant: “Opel” markalı avtomobil sol zolaq ilə hərəkətdə olarkən “Mercedes Benz E270” markalı avtomobil yolun sağ hissəsindən sola doğru istiqamətlənərək toqquşmanın baş verməsi şəraitinə:
1. “Mercedes Benz E270” markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Həmin tarixdə X3 TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarla Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilinib 40 manat məbləğində cərimə cərimə edilmişdir. X3 şikayətində göstərmişdir ki, “OPEL” minik markalı ** EG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi ilə onun idarə etdiyi “MERCEDES BENZ E270 CDİ MİNİK” markalı, ** OG *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi eyni hərəkət zolağında olmuş və o, xarici işıq siqnallarının köməyi ilə arxadan gələn nəqliyyat vasitəsini məlumatlandırmaqla manevr etmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin: 3-cü maddəsinə əsasən, yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizliyi) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur; 12.1-ci maddəsinə əsasən bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur; 84.1-ci maddəsinə əsasən inzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir; 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər; 130.1-ci maddəsinə əsasən bu Məcəllənin 126.1-ci maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, qərarın surəti bu Məcəllənin 57-ci maddəsində nəzərdə tutulmuş rəsmi qaydada verildiyi vaxtdan on gün müddətində inzibati xəta haqqında iş üzrə qərardan şikayət verilə bilər; 133.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə hakim və ya vəzifəli şəxs tərəfindən təkbaşına baxılır; 134.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılaraq aşağıdakı qərarlardan biri qəbul edilir: 134.1.1-ci maddəsinə əsasən qərarın dəyişdirilmədən, şikayətin və ya protestin isə təmin edilmədən saxlanılması haqqında; 134.1.2-ci maddəsinə əsasən bu Məcəllənin 135.1.2-135.1.5-ci maddələri ilə müəyyən edilmiş hallarda qərarın dəyişdirilməsi haqqında və ya qərarı ləğv edərək yeni qərarın çıxarılması haqqında; 134.1.3-cü maddəsinə əsasən bu Məcəllənin 53-cü maddəsində nəzərdə tutulduğu hallarda qərarı ləğv edərək inzibati xəta haqqında iş üzrə icraata xitam verilməsi haqqında; 134.1.4-cü maddəsinə əsasən bu Məcəllənin 135.1.1 və 135.1.6-cı maddələri ilə müəyyən edilmiş hallarda qərarın ləğv edilməsi və inzibati xəta haqqında işin yenidən baxılmaq üçün hakimə, səlahiyyətli orqana (vəzifəli şəxsə) göndərilməsi haqqında; 134.1.5-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılarkən inzibati xəta haqqında iş üzrə qərarı buna səlahiyyəti çatmayan hakimin, orqanın (vəzifəli şəxsin) qəbul etdiyi müəyyən olunduqda, qərarın ləğv edilməsi və işin aidiyyəti üzrə baxılmaq üçün göndərilməsi haqqında; 134.2-ci maddəsinə əsasən şikayətə və ya protestə baxılma haqqında qərarda bu Məcəllənin 115-ci maddəsində qeyd edilən məlumatlar göstərilir; Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 42-ci maddəsinə əsasən: İ Sürücü hərəkətə başlamazdan, yerdəyişməzdən, dönməzdən, ötməzdən və dayanmazdan qabaq müvafiq istiqamətə dönmək üçün xarici işıq siqnallarının köməyi ilə, bunlar olmadıqda və ya nasazlıq yarandıqda isə əl işarələri ilə siqnal verməlidir. Bu zaman manevr təhlükəsiz olmalı və hərəkətin digər iştirakçıları üçün maneə yaratmamalıdır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsinə əsasən yol nişanlarının və ya yolların hərəkət hissəsinin işarələrinin tələblərinə riayət edilməməsinə, yaxud nəqliyyat vasitəsinin yolların hərəkət hissələrində yerləşdirilməsi, yaxud araməsafəsi, yedəyə alma, yük daşıma, sürmə təlimi keçmə, yaşayış zonasında hərəkət etmə, əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə qaydalarının pozulmasına, səkilərlə və “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmamış hallarda yolun çiyni ilə hərəkət edilməsinə görə qırx manat məbləğində cərimə edilir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133.2.8-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayətə və ya protestə baxılarkən qəbul edilmiş qərarın qanuniliyi və əsaslılığı iş üzrə olan və əlavə təqdim edilmiş materiallar əsasında yoxlanılır. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 137.1-ci maddəsinə əsasən inzibati xəta haqqında iş üzrə qərardan verilən şikayət və ya protest üzrə qəbul edilmiş qərardan fiziki şəxs, yetkinlik yaşına çatmayanın qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, habelə müdafiəçi və nümayəndə tərəfindən verilən şikayətə, habelə prokurorun protestinə məhkəmələrdə bu Məcəllədə müəyyən edilmiş qaydada və müddətdə baxılır. İşin tam, hərtərəfli və obyektiv araçdırılmasını təmin etmək məqsədilə məhkəmə yol nəqliyyat hadisələrinin ekspertiza təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2024-cü il tarixli 8/2158 nömrəli rəyindən görünür ki, İ variant: hadisədən əvvəl hər iki avtomobil eyni hərəkət zolağında hərəkətdə olarkən avtomobillər arasında toqquşmanın baş verməsi şəraitində:
1. “Mercedes Benz E270” markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hadisənin qarşısını alınması ilə hərəkətlərinin tədqiqi xüsusi texniki bilik tələb etmir. İİ variant: “Opel” markalı avtomobil sol zolaq ilə hərəkətdə olarkən “Mercedes Benz E270” markalı avtomobil yolun sağ hissəsindən sola doğru istiqamətlənərək toqquşmanın baş verməsi şəraitinə:
1. “Mercedes Benz E270” markalı **-OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Məhkəmə iclasında hadisənin rəydə göstərilən iki variantdan hansında baş verməsi şikayəçtinin izahatı dəqiqləşdirilmişdir. Şikayətçi məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, “Opel” markalı avtomobil sol zolaq ilə hərəkətdə olarkən, “Opel” markalı avtomobil uzaqda olduğu o, idarə etdiyi “Mercedes Benz E270” markalı avtomobil ilə yolun sağ hissəsindən sola doğru istiqamətlənərək, sola dönmək üçün dayanmışdır və qarşıdan gələn avtomobili buraxmışdır. Bu vaxt “Opel” markalı avtomobil gələrək onun idarə etdiyi avtomobillə toqquşmuşdur. Göründüyü kimi, şikayətçi hadisənin İİ variantda baş verdiyini bildirmişdir. Belə olan halda, məhkəmə hesab edir ki, “Mercedes Benz E270” markalı **- OG-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü X2 hərəkətlərində «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, X3 xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı (əks istiqamətli hərəkət zolağına çıxmadan ötmə və ya manevr etmə) törətmişdir. X3 şikayətin dəlillərini təsdiq edən heç bir sübut təqdim edə bilməmişdir. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, səlahiyyətli orqan X2 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 327.1-ci maddəsi ilə təqsirli bilərək inzibati qaydada tənbeh etməkdə haqlı olmuşdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 133-136-cı maddələrini rəhbər tutaraq
Q Ə R A R A A L D İ: Şikayət təmin olunmasın. Azərbycan Respublikası Daxili İşlər Nazirliyi İmişli Rayon Polis X6 Polis Bölməsinin «inzibati tənbeh vermə haqqında» xx.xx.2023-cü il tarixli TP ******* nömrəli qərarı qanuni hesab edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Orxan Mahmud