Məhkəmə qərarları › İş №3(036)-20/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-20/2024

15.01.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-20/2024 15.01.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi və zərərçəkmiş şəxs X1 iştirakı ilə, xx.xx.1990-cı ildə İmişli rayonunun Gövhərli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, İmişli rayonunun Gövhərli kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraat materiallarına açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında iş üzrə icraat başlanmışdır ki, o, 04 iyun 2024-cü il tarixdə saat 24 radələrində X2 aralarında baş vermiş mübahisə zamanı döymüşdür. Barəsində inzibati icraat aparılan şəxs Şəxs izahatında göstərmişdir ki, o, X3 ilə həmkəndlidir. 04 iyun 2024-cü il tarixdə saat 24 radələrində atasına məxsus olan “VAZ 2106” markalı, **-BC-*** dövlət qeydiyyat nişanlı avtomobili idarə edərək Mircəfər adlı sinif yoldaşı ilə birlikdə İmişli rayonu Gövhərli kənd orta məktəbin yaxılığında olarkən avtomobil nasazlıq səbəbindən dayanmışdır. Həmin vaxt X3 idarə etdiyi “Vaz2106” markalı **-BL-*** dövlət qeydiyyat nişanlı avtomobillə gələrək onların yanında dayanmış və kömək məqsədi ilə onlara yaxılaşmışdır. Zamid ona məxsus olan avtomobilin matorxana hissəsinə müdaxilə edərək mühərrikə həddindən çox sürət vermiş, ona mühərrikin sıradan çıxacağı barədə xəbərdarlıq etsə də, Zamid qəsdən hərəkətləri davam etdirərək onu qıcıqlandırmışdır. Mühərrikin səsindən eşitmək çətinləşdiyi üçün o, içərisində su olan plastik butulkanı Zamidə tərəf atıb ona işarə etmiş, . Zamid başını qaldırıb butulkanı kimin atdığı sourşaraq nalayiq söyüş söymüş və bu səbəbdən aralarında mübahisə başlamışdır. Zamid həmin vaxt onu əlindəki kəlbətinlə vurmuş və avtomobilindən bıcaq götürüb bədənin 4 müxtəlif yeindən vuraraq ona xəsarətlər yetirmişdir .Həmin vaxt Zamid onun 600 manat dəyərində olan telefonunu da avtomobildən götürərək sındırmış və ona maddi zərər vurmuşdur. İş üzrə zərərçəkmiş şəxs X3 göstərmişdir ki, o, ailə üzvləri ilə birlikdə İmişli rayonunun Gövhərli kəndində yaşayır və fərdi təsərrüfat məşqul olur. 2023-cü ilin mövsüm dövründə əkin sahələrinə şuluzla suyun bölünməsi üstündə Şəxs ilə aralarında mübahisə olmuş və münasibətləri bir müddət pozulmuşdur. Şəxs 04 iyul 2023-cü il tarixdə, saat 20- 00 radələrində Əlirzanın təklifi ilə kəndin kənarında yerləşən “Sünbül” kafesində onun (Zamidin) hesabına yeyib içərək barışmışdılar. Sonra Əlirzanın xahişi ilə başqa kafedə onunla piyvə içmiş və əlavə olaraq Əlirza üçün 3 bakal piyvə alıb evlərində gəlmişdir.Bir qədər keçdikdən sonra özünə məsus olan “Vaz2106” markalı **-BL-*** avtomobillə siqaret almaq məqsədi ilə kəndin mərkəzinə getmiş və yolda Əlirazın idarə etdiyi avtomobilin dayandığını və matorxanın açıq olduğunu görüb avtomobilin saxlayaq kömək məqsədi ilə onlara yaxıllaşmışdır. Həmin vaxt mühərrikin tiyaqası dartıldığı üçün həddən çox sürət almış, bu da Əlirazın xoşuna gəlməyərək onu söyməsinə səbəb olmuşdur. O isə öz avtomobilindən kəlbətin və məftil götürərək yenə də Əlirzanın avtomobilini təmir etmek istəmiş, lakin Əlirza onun ünvana nalayiq ifadələr işlətməyə davam etmiş və avtomobildə olan 2 litrlik su butulkasını ataraq onun sifət nahiyyəsindən vurmuşdur. Bundan sonra onlar əlbəyaxa dava etmiş və həmin vaxt yanlarında olan Mircəfər onları ayırmışdır. Lakin Əlirza sakitləşməmiş, öz avtomobilin sürət qutusunun keçirəcək dəmirini çıxarmış və onu bir neçə dəfə vurmuşdur. Onlar yenidən əlbəyaxa olaraq yerə yıxılmış və bir-birinə zərbələr vurmuşlar. Onları Mircəfər ayıraraq bir-birindən kənarlaşdırmışdır. İşdə olan MTE və PA Birliyi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 191 saylı ekspert rəyinə əsasən X1 bədəni üzərində - sağ gözaltı nahiyədə, sağ bazu oynağının bayır səthində, sağ mil bilək oynağının üst səthində qançırlar, alt dodaqda selikli qişada qansızma, sağ gözaltı nahiyədə səthi yara, sağ dirsək oynağının bayır səthində, sağ diz oynağının ön səthində sıyrıqlar küt əşyanın (əşyaların) təsirindən əmələ gəlmiş xəsarətlərin olması müəyyən edilmiş, qeyd edilən xəsarətlər sağlamlığa zərərvurmayan xəsarətlər oİduğu üçün dərəcəsi təyin edilmir. AR İXM-nin 76.1-ci maddəsinə əsasən inzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir Məhkəmə barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsi və zərərçəkmiş şəxsi dinləyib toplanmış materialları araşdıraraq hesab edir ki, Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsində nəzərdə tutulmuş inzibati xəta hadisəsini törətmişdir. Ona görə də, o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. Azərbaycan Respublikası İXM-nin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuliyyəti ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən olunmamışdır. Məhkəmə törədilmiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs barəsində maddənin sanksiyasında nəzərdə tutulmuş həbs növündə tənbeh tədbiri tətdiq edilməsini məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İXM-nin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ:: Şəxs Azərbaycan Respublikası İXM-nin 157-ci maddəsi ilə təqsirli bilinib 20 (iyirmi) gün müddətində inzibati qaydada həbs edilsin. Həbsetmənin əvvəli Şəxs həbsə alındığı gündən və andan hesablansın. Qərar dərhal icra olunsun. Qərarın icrası İmişli rayon polis şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində İmişli rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar