Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-205/2024 01.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi Quliyev Telman Osman oğlunun sədrliyi, Şiralıyeva Günel Mirzə qızının katibliyi, İnzibati xəta törətmiş şəxs Şəxs iştirakı ilə, xx.xx.1984-cü ildə İmişli rayonunda doğulmuş Azərbaycan Respublikasının vətəndaşı, evli, işləməyən, İmişli şəhəri, S.Şirəliyev küçəsi, ev 3 ünvanında qeydiyyatda olmaqla yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq М Ü Ə Y Y Ə N E T D İ: İmişli Rayon Polis Şöbəsi tərəfindən Şəxs barəsində Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə xx.xx.2024-cü il tarixli, MN ******* nömrəli inzibati xəta haqqında protokol tərtib olunmuşdur ona görə ki, o, xx.xx.2024-cü il tarixdə saat 02:45-radələrində İmişli şəhəri Meliorator qəsəbəsi ərazisində ictimai qaydanı pozmuş, ictimai asayişi mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Məhkəmə iclasında inzibati xəta törətmiş şəxs Şəxs izahat verərək Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə özünü təqsirli bilərək göstərdi ki, o, xx.xx.2024-cü il tarixdə saat 02:45 radələrində yaşadığı evin yaxınlığında ailə mübahisəsi nəticəsində əsəbləşib səsini ucaldaraq, nalayiq ifadələr işlədərək küçədə hərəkətdə olarkən polis əməkdaşlarının ictimai qaydaya riayət etməsi barədə tələblərinə qəsdən tabe olmamış və polis əməkdaşlarından yayınmaq üçün qaçmağa başlamışdır. Sonradan polis əməkdaşları tərəfindən yaxalanaraq İmişli Rayon Polis Şöbəsinə gətirilmişdir. Hazırda əməlindən peşmandır. Məhkəmə iclasında İmişli Rayon Polis Şöbəsinin İTB-nin polis sahə rəisi Babaşov Nəbi Məlik oğlu izahat verərək göstərdi ki, inzibati xəta törətmiş şəxs Şəxs xx.xx.2024-cü il tarixdə saat 02:45 radələrində İmişli şəhəri Meliorator qəsəbəsi ərazisində ictimai asayişi mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. İş üzrə şahid qismində dindirilmiş İmişli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı X3 məhkəmə iclasında izahat verərək göstərdi ki, xx.xx.2024-cü il tarixdə İmişli şəhəri, Şadlinski küçəsi ərazisində digər polis əməkdaşı X5 ilə birlikdə xidməti fəaliyyəti yerinə yetirərəkən bir nəfərin uca səslə nalayiq ifadələr işlətdiyini eşitmişlər. Onlar hadisə yerinə gələrək özlərini təqdim etdikdə, həmin vətəndaş onların qanuni tələblərinə tabe olmamış və onu nizam-intizama dəvət etsələr də, o, hadisə yerindən yayınaraq qaçmağa cəhd etmişdir. Sonradan polis əməkdaşlarının köməyi ilə Şəxs yaxalayıb İmişli Rayon Polis Şöbəsinə gətirmişlər. Şahid qismində dindirilmiş İmişli Rayon Polis Şöbəsinin əməkdaşı, polis serjantı X5 izahat verərək, polis əməkdaşı X1 məhkəmə iclasında izahatında göstərdiyi xüsusatları bir daha təsdiq etmişdir. İş materiallarına əlavə edilmiş İmişli Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı X4 Rayon Polis Şöbəsinin rəisinə ünvanlanmış xx.xx.2024-cü il tarixli raportundan görünür ki, İmişli şəhəri, Şadlinski küçəsində xidmətdə olarkən özünü şübhəli aparan şəxsə yaxınlaşıb özlərini təqdim etdikdə həmin şəxs polis əməkdaşlarına tabesizlik göstərərək qaçmağa başlamış, polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymamışdır. Həmin şəxsin sonradan adı polis əməkdaşlarına bəlli olan Şəxs olduğu müəyyən olunmuş və o İmişli RPŞ-nin növbətçi hissəsinə təhvil verilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsi Maddə 2. Azərbaycan Respublikasının inzibati xətalar qanunvericiliyinin vəzifələri insan və vətəndaş hüquqlarını və azadlıqlarını, onların sağlamlığını, əhalinin sanitariyaepidemioloji salamatlığını, ictimai mənəviyyatı, mülkiyyəti, şəxslərin iqtisadi maraqlarını, ictimai qaydanı və ictimai təhlükəsizliyi, ətraf mühiti, idarəçilik qaydalarını qorumaqdan, qanunçuluğu möhkəmləndirməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 3. Bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Maddə 4. Bu Məcəllə insan və vətəndaş hüquqlarına və azadlıqlarına hörmət edilməsi, qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirsizlik prezumpsiyası, ədalətlilik və inzibati xətaların qarşısının alınması prinsiplərinə əsaslanır. Maddə 8.1. Barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin təqsiri bu Məcəllədə nəzərdə tutulmuş qaydada sübuta yetmədikdə və bu, inzibati xəta haqqında iş üzrə icraata baxmış hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) qüvvəyə minmiş qərarı ilə müəyyən edilmədikdə o, təqsirsiz hesab edilir. Maddə 12.1. Bu Məcəllə ilə qorunan ictimai münasibətlərə qəsd edən, hüquqazidd olan, təqsirli sayılan (qəsdən və ya ehtiyatsızlıqdan törədilən) və inzibati məsuliyyətə səbəb olan əməl (hərəkət və ya hərəkətsizlik) inzibati xəta hesab olunur. Maddə 48. İnzibati xətalar haqqında işlər üzrə icraatın vəzifələri şəxslərin hüquqlarını və azadlıqlarını, onların qanuni mənafelərini qorumaqdan, inzibati xəta haqqında hər bir işin hallarını vaxtında, hərtərəfli, tam və obyektiv surətdə aydınlaşdırmaqdan, inzibati xəta törətmiş şəxsi aşkar etməkdən və onu inzibati məsuliyyətə cəlb etməkdən, çıxarılmış qərarın icrasını təmin etməkdən, habelə inzibati xətanın törədilməsinə kömək edən səbəbləri və şəraiti aşkar etməkdən və inzibati xətaların qarşısını almaqdan ibarətdir. Maddə 76.1. İnzibati xətanın olub-olmamasını, inzibati xəta törədən şəxsin təqsirini və işin düzgün həlli üçün əhəmiyyətli olan digər halları müəyyən etmək üçün hakimin, səlahiyyətli orqanın (vəzifəli şəxsin) əsaslana bildiyi hər cür faktik məlumatlar inzibati xətalar haqqında işlər üzrə sübutlar sayılır. Bu məlumatlar maddi sübutlarla, barəsində inzibati xəta haqqında iş üzrə icraat aparılan şəxsin, zərər çəkmiş şəxsin, şahidlərin izahatları ilə, digər sənədlərlə, xüsusi texniki vasitələrin göstəriciləri ilə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) informasiya sistemində, habelə digər dövlət informasiya sistemlərində (ehtiyatlarında) aşkar olunan məlumatlarla, ekspertin rəyi ilə, inzibati xəta haqqında protokolla, bu Məcəllə ilə müəyyən edilmiş digər protokollarla müəyyən edilir. Maddə 84.1. İnzibati xətalar haqqında işlərə baxan hakim, səlahiyyətli orqan (vəzifəli şəxs) işin bütün hallarının məcmusunun hərtərəfli, tam və obyektiv surətdə baxılmasına əsaslanan öz daxili inamı ilə sübutları qiymətləndirir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamaq inzibati məsuliyyətə səbəb olur. Məhkəmə inzibati xəta haqqında iş üzrə icraatın iştirakçılarını dinləyib, işdə olan materialları tədqiq edərək hesab edir ki, Şəxs xx.xx.2024-cü il tarixdə saat 02:45 radələrində İmişli şəhəri Meliorator qəsəbəsi ərazisində ictimai asayişi mühafizə edən polis əməkdaşlarının qanuni tələblərinə qəsdən tabe olmamışdır. Ona görə də, Aslanov X2 Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdır. İnzibati Xətalar Məcəlləsinin 32.2-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. Məhkəmə şəxsin əvvəllər məhkum olunmamasını, himayəsində azyaşlı uşağının olmasını, təqsirini boynuna almasını məsuliyyəti yüngülləşdirən hallar olaraq nəzərə alır. İş üzrə məsuliyyəti ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə inzibati xətanın xarakterini və işin faktiki hallarını nəzərə alaraq Şəxsnın barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə tənbeh tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Şəxs Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsi ilə təqsirli bilinib, 200 (iki yüz) manat məbləğində inzibati qaydada cərimə edilsin. Qərardan 10 gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Telman Quliyev
Məhkəmə qərarları › İş №3(036)-205/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-205/2024
01.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver