Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-208/2024 04.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi və Əsədli Xuraman Emin qızının katibliyi ilə, xx.xx.1993-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, Beyləqan rayonu Dünyamalılar kəndində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə saat 18-20 radələrində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi ərazisində YPX-nın inspektorlarının saxla əmrinə tabe olmamış və onu intizama dəvət edən polis əməkdaşlarının qanuni tələbinə əməl etməmişdir. Şəxs izahatında göstərmişdir ki, o, Beyləqan rayonu Dünyamalılar kəndində yaşayır. xx.xx.2024-cü il tarixdə saat 18-20 radələrində idarə etdiyi “SHAQMAN” markalı **-OU-*** nömrə qeydiyyat nişanlı avtomobillə İmişli rayonu Bəhrəmtəpə qəsəbəsi ərazisində hərəkətdə olarkən YPX-nın inspektorları tərəfindən ona saxla əmri verilmiş lakin o, yükün normadan çox olduğunu bildiyi üçün avtomobili saxlamamış və daha sonra YPX-nın əməkdaşları tıxac yaradaraq onu saxlamışdır. Həmin vaxt o, polis əməkdaşlarının bütün göstərişlərinə əməl etmiş və onlara qarşı heç bir müqavimət göstərməmişdir. İş üzrə şahid X3 izahatında göstərmişdir ki, o, İmişli RPŞ-nın DYPB-nin YPX-nın inspektoru vəzifəsində işləyir. xx.xx.2024-cü il tarixdə YPX-nın polis baş serjantı X4-Bəhrəmtəpə yolunda xidmətdə olarkən “SHAQMAN” markalı **-OU-*** nömrə qeydiyyat nişanlı avtomobilin yükü normadan artıq olduğuna görə sürücüyə saxla əmri verilmiş, lakin sürücü tabe olmayaraq hərəkəti davam etdirmişdir. Bundan sonra o, YPX-nin digər əməkdaşları ilə birlikdə həmin avtomobili xeyli müddət təqib edib saxlamağa məcbur etmişlər. Avtomobil dayandıqdan sonra sürücü düşməmiş və özünü təqdim etməyərək nalayiq ifadələr işlədərək polis əməkdaşlarına qarşı kobudluq etmişdir. İş üzrə şahid X2 şahid X1 göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişlər. İşdə olan xx.xx.2024-cü il tarixli 018399 nömrəli “inzibati qaydada tutma” haqqında protokola əsasən Şəxs həmin gün saat 19-00-da inzibati qaydada tutulmuşdur. AR İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət nəzərdə tutulmuşdur. Məhkəmə tədqiq olunmuş sübutlara qiymət verərək hesab edir ki, Şəxs əməlində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddələrinin tərkibi vardır. Ona görə də o, həmin maddə ilə təqsirli bilinib inzibati qaydada tənbeh olunmalıdırlar. Azərbaycan Respublikası İXM-nin 32.1-ci maddəsinə əsasən fiziki şəxslər barəsində inzibati tənbeh tədbiri tətbiq edilərkən xətanın xarakteri, inzibati xəta törədən şəxsin şəxsiyyəti, onun təqsirinin dərəcəsi, əmlak vəziyyəti, habelə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar nəzərə alınır. İş üzrə məsuıiyyəti yüngülləşdirən və ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə baş vermiş inzibati xətanın xarakterini nəzərə alıb Şəxs AR İXM-nin müvafiq maddəsinin sanksiyasında nəzərdə tutulmuş inzibati cərimə növündə tənbeh tədbiri tətbiq olunmasını məqsədəmüvafiq hesab edir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə təqsirli bilinib 200 (iki yüz) manat cərimə edilsin. Şəxs məhkəmə zalından həbsdən azad edilsin. Qərarın icrası Beyləqan rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsilə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov.
Məhkəmə qərarları › İş №3(036)-208/2024
İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-208/2024
04.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver