Məhkəmə qərarları › İş №3(036)-209/2024

İmişli Rayon Məhkəməsi Qərardad — İş №3(036)-209/2024

06.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD İmişli rayonu İş № 3(036)-209/2024 06.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsinin hakimi X5, İmişli Rayon Polis X9 Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayəti və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, Müəyyən etdi: X6 şikayət ərizəsi ilə məhkəməyə müraciət edərək İmişli Rayon Polis X9 Polis Bölməsinin rəisi X1 inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Məhkəmə iş materiallarını araşdıraraq hesab edir ki, şikayət geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 128.1-ci maddəsinə əsasən barəsində qərar çıxarılmış fiziki şəxs, yetkinlik yaşına çatmayanların qanuni nümayəndəsi, hüquqi şəxsin nümayəndəsi, zərər çəkmiş şəxs, müdafiəçi və nümayəndə, həmçinin bu Məcəllənin 43.2-ci maddəsində nəzərdə tutulan vəzifəli şəxs inzibati xəta haqqında iş üzrə qərardan şikayət, prokuror isə protest verə bilər. Şikayət ərizəsindən görünür ki, X2 Rayon Polis X9 Polis Bölməsinin rəisi X1 inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarının ləğv edilməsini xahiş edir. Lakin, X4 barəsində inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarın mövcudluğu müəyyən edilmir. İşə əlavə edilmiş inzibati tənbeh tətbiq etmə haqqında xx.xx.2024-cü il tarixli, TP ******* saylı qərarla müəyyən olur ki, X6 Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 329.3 və 343.1-ci maddələrində nəzərdə tutulmuş inzibati xətanı törətdiyinə görə, barəsində 400 manat məbləğində cərimə tənbeh növü tətbiq edilmişdir. Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 109.1.6-cı maddəsinə əsasən inzibati xəta haqqında işin baxılmağa hazırlanması zamanı protokol və digər materiallar səlahiyyəti olmayan şəxslər tərəfindən tərtib edildikdə, protokol və digər sənədlər düzgün tərtib olunmadıqda, yaxud təqdim edilmiş materiallar natamam olduqda işə baxılarkən tamamlamaq mümkün olmadıqda, inzibati xətalar haqqında protokolun və ya digər sənədlərin onu tərtib etmiş orqana, vəzifəli şəxsə geri qaytarılması barəsində qərardad qəbul edilir. Göründüyü kimi X6 barəsində mövcud olmayan inzibati tənbeh tətbiq etmə haqqında qərardan məhkəməyə şikayət vermişdir. Ona görə də məhkəmə hesab edir ki, şikayət ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır. Yuxarıda qeyd olunanlara əsasən Azərbaycan Respublikası İXM-nin 133-134-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İmişli Rayon Polis X9 Polis Bölməsinin xx.xx.2024-cü il tarixli, TP ******* saylı inzibati tənbeh vermə haqqında qərarından X6 tərəfindən verilmiş şikayət və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. Hakim: Telman Quliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar