Məhkəmə qərarları › İş №3(036)-213/2024

İmişli Rayon Məhkəməsi Qərar — İş №3(036)-213/2024

05.03.2024 · İnzibati xətalar haqqında iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR İmişli rayonu İş № 3(036)-213/2024 05.03.2024 İMİŞLİ RAYON MƏHKƏMƏSİ İmişli Rayon Məhkəməsi Qənbərov Ülvi Oktay oğlunun sədrliyi, Əsədli Xuraman Emin qızının katibliyi ilə, xx.xx.1983-cü ildə anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, İmişli rayon Bəhrəmtəpə qəsəbəsində yaşayan Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında protokola və toplanmış materiallara baxaraq MÜƏYYƏN ETDİ: Şəxs barəsində ondan ötrü inzibati xəta haqqında protokol tərtib edilmişdir ki, o, xx.xx.2024-cü il tarixdə, saat 01-20 radələrində, İmişli rayon Bəhrəmtəpə qəsəbəsində ictimai asayişi mühafizə edən polis əməkdaşlarının qanuni tələbinə əməl etməmişdir. Şəxs izahatında göstərmişdir ki, xx.xx.2024-cü il tarixdə, saat 01-20 radələrində İmişli rayon Bəhrəmtəpə qəsəbəsi ərazisindəki dairənin ətrafında olarkən Əlirza və Sakit adlı qəsəbə sakinləri arasında mübahisə olduğunu görüb onlara yaxınlaşmış ətrafda olan bir neçə nəfərlə birlikdə onları sakitləşdirərək bir-birindən kənaralaşdırmışdır. Həmin vaxt hadisə yerinə polis əməkdaşları gəlmiş və Əlirzanı maşına mindirib aparmaq istərəkən onlardan birini tanıdığı üçün ona yaxınlaşıb Əlirzanı aparmamalarını xahiş etmişdir. Bundan sonra polis əməkdaşları Əlirza ilə birlikdə onu da maşına mindirərək polis şöbəsinə gətirmişlər. İş üzrə şahid X3 göstərmişdir ki, o, İmişli RPŞ-nin PPXB-nin polis nəfəri vəzifəsində işliyir və xx.xx.2024-cü il tarixdə, saat 01-20 radələrində İmişli rayon Bəhrəmtəpə qəsəbəsi ərazisdə xidmətdə olmuşdur. Həmin vaxt qəsəbə ərazisindəki dairənin ətrafında səs-küy eşidərək digər polis əməkdaşları ilə birlikdə həmin tərəfə getmiş və toplaşan adamlardan qəsəbə sakinləri Əlirza və Sakit arasında münaqişə olduğunu, lakin ətrafdakıların müdaxiləsi ilə münaqişənin aradan qaldırıldığını və Sakitin hadisə yerindən kənarlaşdığını öyrənmişlər. Həmin adamlar Əlirzanın polislər tərəfindən saxlanılmasına maneçilik törətməyə çalışmış, Bəyişov Daxıl isə polis əməkdaşının qarşısına keçərək Əlirzanın maşına mindirilməsinə maneçilik törətmişdir. Ona görə də, Şəxs Əlirza ilə birlikdə saxlanılaraq Polis şöbəsinə gətirilmişdir. İş üzrə şahid X2 şahid X1 göstərdiyi xüsusatları eyni ilə təsdiq etmişdir. Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsinə əsasən polis işçisi və ya hərbi qulluqçu ictimsi qaydanın mühafizə vəzifələrini icra edərkən onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə inzibati məsuliyyət müəyyən edilmişdir. Məhkəmədə tədqiq olunmuş sübutlara əsasən xx.xx.2024-cü il tarixdə, saat 01-20 radələrində, İmişli rayon Bəhrəmtəpə qəsəbəsində Şəxs ictimai qaydanın mühafizə vəzifələrini icra edən polis işçisinin qnuni tələblərinə qəsdən tabe olmadığı müəyyən edilməmişdir. AR İXM-nin 3-cü maddəsinə əsasən yalnız bu Məcəllə ilə nəzərdə tutulmuş inzibati xətanın törədilməsində təqsirli hesab edilən və inzibati xəta tərkibinin bütün digər əlamətlərini daşıyan əməli (hərəkət və ya hərəkətsizlik) törətmiş şəxs inzibati məsuliyyətə cəlb olunur və tənbeh edilir. Həmin Məcəllənin 53.0.2-ci maddəsinə əsasən inzibati xəta tərkibi olmadıqda başlanmış inzibati xəta haqqında iş üzrə icraata xitam verilir. Məhkəmə hesab edir ki, Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 43,50, 114,115, 117,130 və 138-ci maddələrini rəhbər tutaraq QƏRARA ALDİ: Şəxs barəsində Azərbaycan Respublikası İXM-nin 535.1-ci maddəsi ilə olan inzibati xəta haqqında iş üzrə icraata xitam verilsin. Qərardan 10 (on) gün müddətində İmişli Rayon Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Şirvan Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Ülvi Qənbərov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar